Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • AB liderləri Orbanın tələsinə düşdülər – KİV Siyasət
  • 70 yaşlı aktyor sirrlərini bölüşdü – Aslan müəllimdən səmimi etiraflar – MÜSAHİBƏ Mədəniyyət
  • 624 bal topladı – Ali məktəbə qəbul ola bilmədi Təhsil
  • Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu İdman
  • Azərbaycan boksçusu Avropa çempionu oldu İdman
  • Cəmiyyət
  • Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Ölkə
  • Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Ölkə

“Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək”

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək”

“Prezident İlham Əliyev 2025-ci ildə AMEA-nın 80 illik yubiley yığıncağında ana dilinin saflığının qorunması məsələsini strateji vəzifə olaraq müəyyənləşdirdi, “hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır” fikri ilə cəmiyyəti bu mövzuda ictimai səfərbərliyə çağırdı”.

Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bəyan edib.

O, deyib ki, Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumu ana dilinin saflığının qorunması mövzusunda QHT-lərlə silsilə ictimai müzakirələr təşkil edir:

“Bu xüsusda 2026-cı ilin aprelində “Yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda keçirilən ictimai müzakirə zamanı Forum üzvləri Elm və Təhsil Nazirliyi tərəfindən 2026-2027-ci tədris ilində şagirdlər arasında “Mənim adımın mənası nədir?” mövzusunda ümumrespublika inşa müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Hesab edirik ki, uşağa verilən ad yalnız fərdi zövq məsələsi deyil, eyni zamanda kollektiv yaddaşın, mədəni kodların və milli kimliyin mühüm daşıyıcısıdır. Bu mənada gələcək valideynlər – məktəblilər arasında belə bir müsabiqənin təşkili uşaqların öz adlarının mənasını araşdırmasına, bu prosesə ailə üzvlərini cəlb etməsinə və ümumilikdə cəmiyyətin diqqətinin milli ad ənənələrinə yönəldilməsinə böyük töhfə verə bilər”.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri bildirib ki, bu barədə Elm və Təhsil Nazirliyinə rəsmi müraciət ediblər, vətəndaş cəmiyyətinin təşəbbüsü Nazirlik tərəfindən dəstəklənib:

“Bu mühüm məsələdə çevik reaksiyasına görə Elm və Təhsil Nazirliyinə təşəkkür edirik. Bizə verilən məlumata görə, 2026-ci ilin sentyabr-dekabr ayları ərzində orta ümumtəhsil məktəblərində V–VII sinif şagirdləri arasında “Mənim adımın mənası nədir?” mövzusunda məktəb səviyyəli inşa müsabiqəsi elan olunacaq. Hər bir məktəb öz qalibini müəyyən edəcək. Bu müsabiqə ana dilinin saflığının qorunması istiqamətində aparılan dövlət siyasətinə və ictimai təşəbbüslərə dəstək deməkdir, şagirdlərdə milli kimlik, adların mənəvi və mədəni mahiyyəti barədə dərin düşüncə formalaşdırmağa, həmçinin ailə və cəmiyyət daxilində milli dəyərlərə bağlılığı gücləndirməyə kömək edəcək. Bu gün adının mənası barədə düşünən şagird sabah valideyn kimi övladına düzgün ad seçəcək”.

Ramil İskəndərlinin sözlərinə görə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunması da ciddi məsələdir. Yaxın günlərdə Azərbaycan Milli QHT Forumu “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda QHT-lərin iştirakı ilə növbəti ictimai dinləməsini keçirəcək.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi
Next Post: Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

Related Posts

  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • Mingəçevir liseyinin növbəti qürur mənbəyi: Burlaxatun qəbul imtahanında yüksək nəticə göstərdi Təhsil
  • Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI Təhsil
  • Məktəbdə insident: Müəllim valideyni döydü Təhsil
  • Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq Təhsil
  • Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycandakı Türkiyə bankının riskli aktivləri kəskin artdı İqtisadiyyat
  • Ağıllı saatlar yanıldıcı ola bilər: Bunun səbəbi nədir? Maraqlı
  • İki İran diplomatı ABŞ-dan qovuldu Siyasət
  • Mingəçevirdə növbəti səyyar qəbul keçirildi: sakinlərin müraciət və təklifləri dinlənildi Siyasət
  • Həyat dinozavrlardan sonra düşündüyümüzdən daha tez qayıtdı – Alimlərin tədqiqatı Dünya
  • Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı Kriminal
  • Nizami Gəncəvinin abidəsi təhqir olundu – VİDEO Hadisə
  • Cərrahlar xəstələri səhv saldılar: bunu əməliyyat zamanı bildilər Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by