Bu gün Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nazim oğlu Eminovun doğum günüdür.
Bu münasibətlə Anar Eminovu təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və rəhbərlik etdiyi universitetin inkişafı istiqamətində fəaliyyətində yeni uğurlar arzulayırıq.
Anar Eminovun MDU-ya rəhbərliyi universitetin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
O, 9 aprel 2025-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib. Bundan sonra universitetin idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsil prosesinin müasir tələblərə uyğunlaşdırılması, elmi fəaliyyətin genişləndirilməsi, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilib.
Rektorun rəhbərliyi dövründə tələbələrin universitet idarəçiliyində iştirakının artırılması istiqamətində də yeni mexanizmlər tətbiq olunub. Bu baxımdan “Tələbə-rektor” institutunun yaradılması diqqət çəkən yeniliklərdən biri olub. Sözügedən təşəbbüs tələbələrin fikir və təkliflərinin daha yaxından öyrənilməsinə, onların universitet həyatında fəal iştirakına imkan yaradıb.
MDU-nun son dövrdə əmək bazarı ilə əlaqələrinin genişləndirilməsi də diqqət çəkən məqamlardandır. Universitetin 350-dən çox müəssisə və təşkilatla əməkdaşlıq etməsi tələbələrin praktiki biliklərinin artırılması, təcrübə imkanlarının genişləndirilməsi və məzunların əmək bazarına daha hazırlıqlı çıxması baxımından mühüm əhəmiyyət daşıyır.
Universitetdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi, gənc alimlərin dəstəklənməsi və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi də prioritet istiqamətlər sırasında yer alır.
Bununla yanaşı, MDU-nun beynəlxalqlaşma istiqamətində də yeni addımlar atılır. Xarici universitet və təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, müxtəlif beynəlxalq layihələrdə iştirak və tədrisin ayrı-ayrı istiqamətlərinin xarici dillərdə təşkili universitetin yeni inkişaf strategiyasının mühüm elementlərindəndir.
Anar Eminovun rəhbərliyi dövründə MDU-da yalnız tədris prosesinin deyil, universitet–tələbə, universitet–elm və universitet–əmək bazarı münasibətlərinin də yeni müstəvidə qurulmasına diqqət artırılıb.
Qeyd edək ki, Anar Eminov elmi-pedaqoji fəaliyyəti ilə də seçilir. O, iqtisad üzrə fəlsəfə doktoru, dosentdir. Müxtəlif illərdə ali təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb, çoxsaylı elmi əsərlərin, dərs vəsaitlərinin və monoqrafiyanın müəllifidir.
Bu gün Mingəçevir Dövlət Universiteti regionun mühüm ali təhsil ocaqlarından biri olmaqla yanaşı, elm, innovasiya, rəqəmsal texnologiyalar, beynəlxalq əməkdaşlıq və əmək bazarı ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni hədəflərə doğru irəliləyir.
İdralxeber xəbər portalının kollektivi olaraq Anar Eminovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində böyük uğurlar arzulayırıq.
Arzu edirik ki, Anar Eminovun rəhbərliyi ilə Mingəçevir Dövlət Universiteti qarşıdakı illərdə də yeni nailiyyətlərə imza atsın, elmi və təhsil potensialını daha da gücləndirsin və Azərbaycanın ali təhsil məkanında öz mövqeyini daha da möhkəmləndirsin.
Doğum gününüz mübarək, Anar müəllim!