Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazanıb – YENİLƏNİB İdman
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq Maraqlı
  • İran asimmetrik müharibəyə tam hazırdır Siyasət
  • Naxçıvanda avtomobil su kanalına aşıb – xəsarət alanlar var Hadisə
  • Gəncədə azyaşlı qızdırmadan öldü Hadisə
  • Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenə işləyəcək Ölkə
  • Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib Ölkə
  • Xəzər dənizində zəlzələ olub Hadisə

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.

Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, son beş ildə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər fəal və ardıcıl şəkildə inkişaf edib: “Bu il mənim Qazaxıstandakı diplomatik fəaliyyətimin beş ili tamam olur. Bu dövr ərzində ikitərəfli münasibətlər fəal və ardıcıl inkişaf edib. Bu gün Azərbaycan və Qazaxıstan arasında demək olar ki, bütün məsələlər üzrə yüksək səviyyədə qarşılıqlı anlaşma, etimad və dəstək mövcuddur”.

A. Atamoğlanov qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri yeni səviyyəyə yüksəlib. O, 2022-ci ildə Strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanmasını, eləcə də 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması və iki iclasını xatırladıb.

Səfir həmçinin iki dövlət başçısı arasındakı intensiv siyasi dialoqa diqqət çəkib. Onun sözlərinə görə, son beş ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana 8 dəfə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Azərbaycana 6 dəfə səfər edib.

“Bu il Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir”, – diplomat vurğulayıb.

O əlavə edib ki, fəal təmaslar digər yüksək səviyyələrdə də davam edir. 2022–2025-ci illərdə iki ölkənin baş nazirləri səkkiz qarşılıqlı səfər, xarici işlər nazirləri isə yeddi qarşılıqlı səfər həyata keçiriblər.

A. Atamoğlanov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında müqavilə-hüquq bazası genişlənməyə davam edir: təkcə son dörd il ərzində 64 sənəd imzalanıb, ölkələr arasında imzalanmış sənədlərin ümumi sayı isə 190-a çatıb.

Səfir nəqliyyat, logistika, investisiya, energetika, “yaşıl energetika” və ticarət sahələrində əməkdaşlığın artdığını qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 5 dəfə artıb, yaradılmış Azərbaycan-Qazaxıstan Birgə İnvestisiya Fondu isə artıq bir neçə layihəni nəzərdən keçirir.

Diplomat xüsusi olaraq Orta Dəhlizin roluna toxunaraq bildirib ki, Azərbaycan və Qazaxıstan onun cəlbediciliyinin, rəqabət qabiliyyətinin, daşımaların sürətinin və təhlükəsizliyinin artırılması üzrə birgə səylərini davam etdirir. Hazırda dəhliz vasitəsilə daşıma 15–18 gün çəkir.

A. Atamoğlanov həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” kimi tanınan Zəngəzur dəhlizinin işə salınması Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində avtomobil yolunun 90 %-i, dəmir yolunun isə təxminən 70 %-i artıq hazırdır.

Diplomat bildirib ki, yaxın aylarda “Rəqəmsal İpək Yolu” layihəsinin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik rabitə xəttinin istifadəyə verilməsi planlaşdırılır.

O, həmçinin Xəzər dənizi vasitəsilə Avropa bazarlarına “yaşıl enerji” ixracı layihəsinin uğurla həyata keçirilməsini qeyd edib. Layihənin praktiki icrası üçün Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq saziş imzalayıb və birgə müəssisə yaradıblar.

Humanitar əməkdaşlıqdan danışan A. Atamoğlanov mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafını vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ildə Qazaxıstandan Azərbaycana gələn ziyarətçilərin sayı 104 min nəfərə çatıb, bu da 2021-ci illə müqayisədə 1,5 dəfə çoxdur.

O əlavə edib ki, 2025-ci ilin statistikasına əsasən, Qazaxıstan universitetlərində 346 Azərbaycan vətəndaşı, Azərbaycan universitetlərində isə 180 Qazaxıstan vətəndaşı təhsil alır.

Sonda diplomat Qazaxıstanın onun ailəsi üçün ikinci vətənə çevrildiyini vurğulayıb və iki qardaş ölkə arasında dostluğun bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Dünya

Yazı naviqasiyası

Previous Post: “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək”
Next Post: Dünyada milyonçuların sayı sürətlə artır

Related Posts

  • 3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi Dünya
  • Paşinyandan “Artsax”la bağlı ermənilərə XƏBƏRDARLIQ: Tamaşanı dayandırın Dünya
  • Ağıllı eynək böhranı böyüyür: “Meta” hesabları bağlamaq qərarına gəldi Dünya
  • Mansur Yavaş istefa verdi Dünya
  • Ana oğlunu evdən çıxarmaq üçün məhkəməyə verdi Dünya
  • Ərdoğan komandasında ciddi dəyişikliklərə hazırlaşır Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Cómo elegir un casino online fiable en España Blog
  • Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı Dünya
  • “Sabah” futbol klubundan mühüm addım – Bu sahəyə 10 milyon manat ayrıldı İdman
  • Qaranlıqdakı gizli düşmən: Dünya əhalisinin yarısı 2050-də eynək taxacaq Dünya
  • Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır Siyasət
  • 50 mindən çox vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəkiyə 8 il həbs istənildi Kriminal
  • Bakıda baş verən güclü yanğın söndürüldü – YENİLƏNDİ Hadisə
  • Allahşükür Paşazadə II İlyanın dəfninə gedir Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by