Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib Siyasət
  • Türkiyə XİN İsrailin hücumlarını pislədi Siyasət
  • Təzəpir məscidində bayram namazı qılınıb Cəmiyyət
  • Azərbaycana qarşı saxta xəbərlər yayan kanalın təsisçisi deport edildi Cəmiyyət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • Rusiya dayansa, dayanarıq – Zelenski Siyasət
  • Casus Piroqov 23 il müddətinə azadlıqdan məhrum edildi Dünya
  • Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin Cəmiyyət

Həyat dinozavrlardan sonra düşündüyümüzdən daha tez qayıtdı – Alimlərin tədqiqatı

Posted on 22 Mart 2026 By admin Şərh yoxdur Həyat dinozavrlardan sonra düşündüyümüzdən daha tez qayıtdı – Alimlərin tədqiqatı

ABŞ-ın Texas Universitetinin Ostin şəhərində fəaliyyət göstərən alimləri sensasiyalı nəticəyə gəlib: Yer üzündə həyat dinozavrları məhv edən nəhəng asteroid zərbəsindən sonra düşündüyümüzdən qat-qat tez bərpa olunmağa başlayıb.

Tədqiqat “Geology” jurnalında dərc olunub.

Təxminən 66 milyon il əvvəl diametri 10 kilometrə yaxın olan asteroid indiki Meksikanın Yukatan yarımadası ərazisinə düşərək Çiksulub kraterini yaradıb. Bu toqquşma qlobal yanğınlara, iqlim dəyişikliyinə və kütləvi məhvə səbəb olub.

Uzun illər hesab edilirdi ki, ekosistemlərin bərpası on minlərlə il çəkib. Amma yeni araşdırma göstərir ki, həyatın yenidən formalaşması cəmi bir neçə min ildən sonra başlayıb.

Tədqiqatın rəhbəri Kris Lauri bildirib:

“Bu, inanılmaz dərəcədə sürətlidir. Nəticələrimiz göstərir ki, ekstremal hadisələrdən sonra yeni növlər çox tez yaranır və ətraf mühit sürətlə bərpa olunur”.

Alimlər araşdırma zamanı mikroskopik dəniz orqanizmləri – foraminiferləri tədqiq ediblər. Onların əhəngli qabıqları çöküntülərdə qorunaraq ekosistemlərin bərpa prosesini izləməyə imkan verir. Daha dəqiq zaman təyini üçün helium-3 izotopundan istifadə olunub.

Avropa, Şimali Afrika və Meksika körfəzi bölgələrində aparılan analizlər göstərib ki, əsas növlərdən biri olan “Parvularugoglobigerina eugubina” asteroid zərbəsindən cəmi 3,5–11 min il sonra ortaya çıxıb. Bəzi növlər isə 2000 ildən də az müddətdə yaranıb. Təxminən 6 min il ərzində 10–20 yeni plankton növü formalaşıb.

Tədqiqatın həmmüəllifi Timoti Bralouer vurğulayıb:

“Həyatın bərpa sürəti onun nə qədər dayanıqlı olduğunu göstərir. Mürəkkəb ekosistemlərin geoloji baxımdan ani sayılan müddətdə formalaşması həqiqətən heyrətamizdir”.

Alimlər qeyd edir ki, tam bioloji müxtəlifliyin bərpası milyonlarla il çəkib. Buna baxmayaraq, bu nəticələr sübut edir: Yer üzündə həyat ən böyük fəlakətlərdən sonra belə sürətlə uyğunlaşa və yenidən dirçəldə bilir.

Dünya

Yazı naviqasiyası

Previous Post: Məscidə girib yarıçılpaq video çəkdi, saxlanıldı 
Next Post: Qanunsuz saxlanılan avtomat və tüfəng aşkarlandı

Related Posts

  • Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşub: 11 nəfər ölüb, 10 nəfər yaralanıb Dünya
  • SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi Dünya
  • Belçika Şimal dənizində Rusiyanın kölgə donanmasına aid tankeri saxlayıb Dünya
  • Daha bir milyarder Britaniyanı tərk etdi Dünya
  • Almaniyada məktəbə hücum: Ölənlər var Dünya
  • “Planetin ən gözəl qadınından boşandım, çünki.. Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq Ölkə
  • Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu Cəmiyyət
  • Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər Cəmiyyət
  • Putinin məşhur avtomobili sultanın sarayında Dünya
  • UFC prezidentindən azərbaycanlı azarkeşlərə xüsusi çağırış – VİDEO İdman
  • WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib Ölkə
  • Əliyar Ağayevin səhv qərar verdiyi TƏSDİQLƏNDİ: 2-si də penaltidir İdman
  • İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by