Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sürücülərin nəzərinə! Ölkə
  • Tehranla Ağ Ev razılaşmanı bu tarixdə imzalayacaq Siyasət
  • Dahilik kodu: Bu 6 tarixdə doğulanlar üstün zəkaya malikdirlər Maraqlı
  • “Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır Ölkə
  • Mingəçevir Su anbarında iki fəhlə quyuya düşdü – VİDEO Hadisə
  • WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Ölkə
  • Azərbaycandan Ermənistana dizel göndərilib – YENİLƏNİB İqtisadiyyat
  • Tramp: “Bomba səsini eşitməyəndə əsəbləşirlər” Siyasət

Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb

Posted on 22 Oktyabr 2026 By admin Şərh yoxdur Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb

2026-cı il oktyabrın 22-də Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR Texniki Xidmətlər Şirkəti, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyası (ESRA), Gürcüstanın Tbilisi Dövlət Universiteti, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutu, İtaliyanın Milan Politexnik Universiteti və Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) tərəfdaşlığı ilə “Torpaq bəndlərində kaskad qəza riskləri üzrə VIII Avrasiya Konfransı (RISK-2026) və Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyasının Cənubi Qafqaz Seminarı” öz işinə başlayıb.

Oktyabrın 22–23-nü əhatə edən konfransın əsas elmi müzakirələri iki gün ərzində Bakı və Mingəçevir şəhərlərində təşkil olunur. Konfransın rəsmi açılış mərasimi oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında keçirilib. Beynəlxalq tədbirin əsas proqramının ikinci günü isə oktyabrın 23-də Mingəçevir şəhərində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin konfrans zalında yekunlaşacaq.

Açılış mərasimində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, su infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, təbii və texnogen risklərin idarə olunmasında elmi yanaşmaların tətbiqi, eləcə də universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında bilik və təcrübə mübadiləsinin əhəmiyyəti diqqət mərkəzində olub.

Açılış mərasimində çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın elmi və strateji əhəmiyyətindən bəhs edərək müasir dövrdə iqlim dəyişiklikləri, su ehtiyatlarının təhlükəsizliyi və enerji infrastrukturunun dayanıqlılığı kimi qlobal çağırışların universitetlər qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

 

Rektor qeyd edib ki, ali təhsil müəssisələrinin missiyası yalnız yüksəkixtisaslı kadr hazırlığı ilə məhdudlaşmır, həm də cəmiyyətin və iqtisadiyyatın aktual problemlərinə elmi əsaslandırılmış, innovativ həllər təqdim etməyi əhatə edir.

Anar Eminov Mingəçevir Dövlət Universitetinin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, yaşıl texnologiyaların inkişafı, su və enerji təhlükəsizliyi sahəsində tədqiqatların gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, konfransın Mingəçevirdə davam etdirilməsinin şəhərin enerji və su ehtiyatları potensialının beynəlxalq elmi müzakirələr müstəvisində dəyərləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi və regionda innovasiya ekosisteminin inkişafı baxımından mühüm imkanlar yaratdığını bildirib.

Coğrafiya İnstitutunun direktoru Zaur İmrani çıxışında su ehtiyatlarının idarə olunması, hidrotexniki qurğuların təhlükəsizliyi və iqlim dəyişikliklərinin təbii sistemlərə təsirinin öyrənilməsində kompleks elmi yanaşmaların əhəmiyyətini vurğulayıb.

O, xüsusilə Kür-Araz hövzəsində hidroloji proseslərin tədqiqinin, daşqın və digər təbii təhlükələrin proqnozlaşdırılmasının, coğrafi informasiya sistemləri və müasir monitorinq texnologiyalarının tətbiqinin vacibliyinə diqqət çəkib. Zaur İmrani konfransın müxtəlif ölkələrin alimlərini bir araya gətirməklə ortaq elmi problemlərin həllinə, birgə tədqiqat təşəbbüslərinin formalaşdırılmasına və əldə olunan nəticələrin praktik sahələrdə tətbiqinə əlverişli zəmin yaratdığını bildirib.

AMIR Texniki Xidmətlər Şirkətinin direktoru, professor Vüqar Əliyev isə beynəlxalq tədbirin əsas məqsədlərindən, elmi proqramın prioritet istiqamətlərindən və bəndlərdə baş verə biləcək kaskad qəzaların yaratdığı çoxşaxəli risklərin qiymətləndirilməsində beynəlxalq təcrübənin əhəmiyyətindən danışıb.

O, təhlükəsizlik və etibarlılıq sahəsində qabaqcıl elmi metodların, rəqəmsal modelləşdirmə texnologiyalarının və erkən xəbərdarlıq mexanizmlərinin inkişafının əhəmiyyətini qeyd edərək müxtəlif ölkələrin elmi və mühəndislik potensialının birləşdirilməsinin daha təhlükəsiz və dayanıqlı infrastruktur sistemlərinin yaradılmasına töhfə verdiyini vurğulayıb.

Konfrans çərçivəsində Azərbaycanla yanaşı, Gürcüstan, İtaliya, Vyetnam, Türkiyə, Avstraliya, Qazaxıstan və digər ölkələri təmsil edən alim və tədqiqatçıların elmi məruzələri təqdim olunur. Məruzələrdə su anbarlarının və bəndlərin etibarlılığı, Kür-Araz hövzəsində daşqın riskləri, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, süni intellekt və maşın öyrənməsi vasitəsilə erkən xəbərdarlıq sistemləri, ekoloji təhlükəsizlik və dayanıqlı infrastrukturun inkişafı kimi aktual məsələlər araşdırılır.

Konfransın Mingəçevirdə davam etdirilməsi xüsusi elmi və strateji əhəmiyyətə malikdir. Azərbaycanın mühüm enerji istehsalı mərkəzlərindən biri olan Mingəçevir şəhərinin Kür çayı, su anbarı və iri enerji infrastrukturu ilə bağlı potensialı su təhlükəsizliyi, enerji dayanıqlılığı və ekoloji risklərin idarə olunması istiqamətində aparılan beynəlxalq elmi müzakirələr üçün əlverişli mühit formalaşdırır.

İki günlük əsas elmi proqramın yekun mərhələsində Mingəçevir şəhərində keçiriləcək ESRA Cənubi Qafqaz Seminarında Kür çayı hövzəsində bəndlərin kaskad zədələnmə risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi üzrə müzakirələr aparılacaq.

Bu istiqamətdə təqdim olunan elmi yanaşmalar su və enerji infrastrukturlarının təhlükəsizliyinin artırılması, ətraf mühitin qorunması və fövqəladə risklərə qarşı dayanıqlılığın gücləndirilməsi baxımından mühüm elmi nəticələrin formalaşmasına zəmin yaradır.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq konfransa həmtəşkilatçılıq etməsi ali təhsil müəssisəsinin qlobal akademik məkana inteqrasiyasını, elmi-tədqiqat potensialının gücləndirilməsini və regional inkişafın intellektual mərkəzlərindən birinə çevrilmək istiqamətində ardıcıl fəaliyyətini əks etdirir.

Universitet elm, sənaye və beynəlxalq tərəfdaşlıq arasında körpü rolunu gücləndirməklə dayanıqlı, təhlükəsiz və innovasiyalara əsaslanan gələcəyin formalaşdırılmasına töhfə vermək əzmini nümayiş etdirir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Laçının Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.
Next Post: Şəhid atası Arif Məmmədov: “Oğlumun ən böyük arzusu Azərbaycan torpaqlarını azad görmək idi”

Related Posts

  • Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb Təhsil
  • Bakıda bu məktəbdə tədris DAYANDIRILDI – SƏBƏB Təhsil
  • Mingəçevir Dövlət Universitetinin idmançıları ölkə çempionatında fərqləndi Təhsil
  • Anar Eminov: “Bu əməkdaşlıqlar Mingəçevir Dövlət Universitetinin rəqəmsal gələcəyinə və tələbələrimizin uğurlu karyerasına mühüm töhfə verəcək” Təhsil
  • MDU rektoru Anar Eminov 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib Təhsil
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 2026/2027-ci tədris ilində universitetə yeni qəbul olunmuş tələbələrlə görüş keçirib. Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur Dünya
  • Mingəçevir Modern Teatrında aktyorluq dərnəyi üzvlərinə sertifikatlar təqdim olunub Mədəniyyət
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Asif Nəsirli dəfn edildi  Hadisə
  • Jouer au casino sur smartphone : le guide essentiel Blog
  • Ərdoğanla Tramp danışdı: Nələr müzakirə edildi? İqtisadiyyat
  • 2 mindən çox insanabənzər robot yarışacaq Dünya
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by