Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İran Ərbil hava limanına zərbə endirib Siyasət
  • 80 milyon baxış, 1 milyon layk gəldi – Həmin VİDEO İdman
  • Məşhur Xalq artistinin villası satışa çıxarıldı Cəmiyyət
  • “Qarabağ” – “Sabah” matçında 6 qolluq heç-heçə qeydə alınıb İdman
  • Ölkə
  • Mingəçevirdə üç müəllim Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub Təhsil
  • Bakıda bu məktəbdə tədris DAYANDIRILDI – SƏBƏB Təhsil
  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət
Posted on 12 Mart 2026 By admin Şərh yoxdur

12 mart 2026-cı il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə geniş iftar süfrəsi təşkil olunub. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, şəhid ailələri, qazilər, ağsaqqallar, din xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müqəddəs Ramazan ayının insanların mənəvi dünyasının zənginləşməsində, cəmiyyətdə həmrəylik və mərhəmət hisslərinin güclənməsində mühüm rol oynadığını bildirib. Şəhər rəhbəri qeyd edib ki, Ramazan ayı insanlar arasında birlik, xeyirxahlıq və qarşılıqlı dəstək kimi ali dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.

İlham İsmayılov çıxışında xalqımıza və dövlətimizə firavanlıq və əmin-amanlıq arzulayıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı diləyib. O, həmçinin tutulan orucların, edilən duaların və görülən bütün xeyirxah əməllərin Allah dərgahında qəbul olunmasını arzulayıb.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı Əli Məmmədov və şəhid anası Nəhayət Həsənova çıxış edərək müqəddəs Ramazan ayının mənəvi dəyərlərindən bəhs edib, belə tədbirlərin cəmiyyətdə birlik və həmrəyliyin güclənməsinə töhfə verdiyini bildiriblər.

Çıxışlarda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb.

Sonda iftar süfrəsi arxasında Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub, ölkəmizdə sülh, sabitlik və əmin-amanlığın daim qorunması üçün dualar edilib.

Qeyd edək ki, təşkil olunan iftar süfrəsində şəhid ailələri, qazilər, ağsaqqallar və şəhər ictimaiyyətinin nümayəndələri üçün xüsusi süfrə açılıb və müqəddəs Ramazan ayının mənəvi dəyərləri birgə bölüşülüb.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Narkomaniya və zərərli vərdişlərə yox deyək! 
Next Post: Bakı faktoru ilə hesablaşan Brüssel: Strateji tərəfdaşlığın yeni mərhələsi

Related Posts

  • Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Cəmiyyət
  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verib – FOTO Cəmiyyət
  • Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE Cəmiyyət
  • Bu qidalar hamilə xanımlara olmaz Cəmiyyət
  • Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən 3 gənc həbs edildi Cəmiyyət
  • Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir. Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • Arda Turan hamını qabaqladı İdman
  • Rusiyada sirkdə pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO Dünya
  • Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki Maraqlı
  • Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı Dünya
  • Aktiv ƏDV ödəyicilərinin sayı çox artıb Cəmiyyət
  • ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib Siyasət
  • Daha bir milyarder Britaniyanı tərk etdi Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by