Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
Mingəçevir Dövlət Universitetinin beynəlxalq akademik mobillik imkanlarından yararlanan tələbələri 2026/2027-ci tədris ilinin payız semestrində Türkiyə, Qazaxıstan və Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrində təhsilə başlayıblar. Universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsini və tələbələrin qlobal təhsil mühitinə inteqrasiyasını əks etdirən bu təşəbbüs gənclərin fərqli akademik sistemlərdə bilik və bacarıqlarını inkişaf etdirməsinə, beynəlxalq təcrübə qazanmasına və mədəniyyətlərarası ünsiyyət imkanlarını…