Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • 50 mindən çox vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəkiyə 8 il həbs istənildi Kriminal
  • Yer kürəsi 54 il fərqlə.. – FOTO Maraqlı
  • Tehran Vaşinqtondan kompensasiya tələb etdi – Şərtlər AÇIQLANDI Siyasət
  • Prezident bu memorandumu təsdiqlədi Ölkə
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Böyük hesab səhvi: Dəniz səviyyəsi illərdir yanlış ölçülüb Dünya
  • Nigar Fərhaddan yeni xəbər var Cəmiyyət
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq Maraqlı

Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?

Posted on 12 İyul 2026 By admin Şərh yoxdur Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?

Bu həftə məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb. Hər il olduğu kimi, minlərlə valideyn övladını bağçaya yerləşdirmək üçün mübarizə aparır. Bu il də valideynləri ən çox düşündürən məsələlər dövlət bağçalarında yer təminatı, yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi və özəl bağçalarda tətbiq olunan qiymətlərdir.

Bu ili əvvəlki illərdən fərqləndirən əsas yenilik məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilib .Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?

“Təhsil haqqının bir hissəsini dövlət ödəyəcək”

Elm və Təhsil Nazirliyindən bildirilir ki, yeni model çərçivəsində müəyyən ediləcək qaydalara əsasən, övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Başqa sözlə, aylıq təhsil haqqının müəyyən hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq. Nazirlik qeyd edir ki, bu yanaşma daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına töhfə verəcək.

Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?

“13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 2025-2026-cı tədris ilində ümumi tutumu 1 384 nəfər olan 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinin qəbul imkanlarına gəldikdə isə, Agentlikdən bildirildi ki, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub: “Ümumilikdə 6 605 qrup olmaqla, 1 671 məktəbəqədər təhsil müəssisəsi üzrə qəbulun aparılması planlaşdırılır”.

Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?

MÜTDA-nın məlumatına görə, Bakı və Abşeron rayonu əhalinin məskunlaşma səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq müşahidə olunur: “Bunu aradan qaldırmaq üçün alternativ təhsil modellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədər təhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi, ailə tipli təlim qrupları). Alternativ modellərlə yanaşı bağça infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik və prioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri inşa edilir”.

Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?

İnfrastruktur və tələbat arasında uyğunsuzluq

Təhsil eksperti İlqar Orucov deyir ki, məktəbəqədər təhsil sistemində elektron qəbulun tətbiqi şəffaflığın artırılmasına xidmət etsə də, infrastrukturla tələbat arasındakı uyğunsuzluq hələ də əsas problem olaraq qalır: “Ölkədə məktəbəqədər yaşda təxminən 600 min uşaq olduğu halda, dövlət bağçalarında mövcud yerlər bu rəqəmin çox kiçik hissəsini əhatə edir. Yer çatışmazlığı xüsusilə regionlar üzrə qeyri-bərabər şəkildə özünü göstərir. Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə, eləcə də əhalinin sıx məskunlaşdığı yeni yaşayış massivlərində dövlət uşaq bağçalarında yer çatışmazlığı ciddi problemdir”.

“Valideynlər sistemə uyğunlaşa bilmir”

İ.Orucovun fikrincə, elektron qəbul sisteminin tam səmərəli işləməsinə mane olan problemlər hələ də qalır: “Sistem aktivləşən kimi bəzi bağçalarda yerlər bir neçə dəqiqə, hətta bəzən saniyələr ərzində dolur. Bu da valideynlərin narazılığına səbəb olur və uzun növbələr yaradır. Valideynlərə maksimum üç bağça seçmək imkanı verilsə də, daha çox tələbat olan bağçalarda növbəyə yazılan uşaqlar aylarla gözləməli olurlar. Digər tərəfdən, yaşayış yerini dəyişən və ya elektron xidmətlərdən istifadə bacarıqları zəif olan valideynlər üçün sistemə uyğunlaşmaq da çətinliklər yaradır”.

İlqar Orucovun sözlərinə görə, dövlət uşaq bağçalarında yer çatışmazlığının əsas səbəbləri infrastruktur problemləri və kadr çatışmazlığıdır: “Paytaxtda və iri şəhərlərdə yeni yaşayış kompleksləri tikilsə də, paralel olaraq kifayət qədər uşaq bağçası və məktəb inşa edilmir. Bəzi yaşayış massivlərində hətta yeni təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi tapmaq çətinləşir. Bu problem xüsusilə Binə, Masazır və oxşar ərazilərdə daha qabarıq hiss olunur. Digər tərəfdən, mövcud məktəbəqədər təhsil müəssisələrinin bir hissəsi köhnəlib. Müstəqilliyin ilk illərində isə bir sıra bağçalar özəlləşdirilərək və ya təyinatı dəyişdirilərək başqa məqsədlər üçün istifadə olunub”.

“Dövlət uşaq bağçaları tələbatı qarşılaya bilmir”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Xalidə Həmidova bildirir ki, məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi “Məktəbəqədər təhsil haqqında” qanunla tənzimlənir: “Qanuna əsasən, 3-6 yaş qruplarında maksimum 20, 1-3 yaş qruplarında isə 15 uşaq ola bilər. Qarışıq yaş qruplarında bu rəqəm müvafiq olaraq 15 və 10 nəfərdir. Elektron qəbul sistemi də məhz bu normalara uyğun işləyir və müəyyən edilmiş limitdən artıq qəbul aparılmasına imkan vermir. Əvvəllər bəzi bağçalarda bir qrupda 40-50 uşağın olması halları müşahidə olunurdu, lakin hazırda sistem buna imkan vermir”.

Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?

X.Həmidovanın sözlərinə görə, dövlət uşaq bağçaları tələbatı qarşılamır: “Hesablamalara əsasən, dövlət bağçaları məktəbəqədər yaşlı uşaqların təxminən 16 faizini qəbul edə bilir. Yerdə qalan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün məktəbəhazırlıq qrupları, icma əsaslı qruplar və digər alternativ modellər tətbiq olunur. Hazırda valideyn-dövlət-özəl əməkdaşlığı modeli də bu istiqamətdə nəzərdə tutulan mexanizmlərdəndir. Bu modellər hesabına məktəbəqədər təhsilin əhatə dairəsi təxminən 36 faizə çatır”.

X.Həmidova hesab edir ki, bu il də əvvəlki illərlə müqayisədə əsas problemlər dəyişməyib: “Bağçalarda yerlərin sayı əvvəlki səviyyədə qalır. Bir neçə yeni bağçanın istifadəyə verilməsi tələbatı qarşılamaq üçün kifayət etmir. Yer çatışmazlığı əsasən Bakı və digər iri şəhərlərdə müşahidə olunur. Bir çox rayon və kəndlərdə isə əksinə, qruplar uşaq azlığı səbəbindən bağlanır. Qeydiyyatda olmayan, kirayədə yaşayan və ya müvəqqəti olaraq paytaxta köçən ailələrin övladlarının bağçaya yerləşdirilməsi də əlavə çətinlik yaradır”.

“Ailələrin əksəriyyəti üçün özəl bağçalar əlçatan deyil”

Dövlət bağçalarında yer çatışmazlığı səbəbindən bir çox valideyn alternativ kimi özəl məktəbəqədər təhsil müəssisələrinə üz tutur. Lakin özəl bağçalarda tətbiq olunan aylıq ödənişlər hər ailənin büdcəsinə uyğun gəlmir. Burada aylıq ödənişlər müəssisənin yerləşdiyi əraziyə, təqdim olunan xidmətlərə və tədris proqramına görə dəyişir. Hazırda Bakıda özəl uşaq bağçalarında aylıq ödənişlər, əsasən, 350-400 manatdan başlayır. Tədris proqramı, xarici dil tədrisi, iş saatları və əlavə xidmətlərdən asılı olaraq qiymətlər 700-1000 manat, bəzi premium müəssisələrdə isə 1000 manatdan yuxarı dəyişə bilir.

Təhsil eksperti İlqar Orucov hesab ki, özəl bağçalarda yüksək təhsil haqları da dövlət bağçalarına tələbatı artıran əsas amillərdəndir: “Orta aylıq əməkhaqqını nəzərə alsaq, iki uşağı olan ailələrin əksəriyyəti üçün özəl bağçalar əlçatan deyil. Nəticədə valideynlər dövlət bağçalarını yeganə münasib alternativ kimi görürlər ki, bu da müraciətlərin sayını artırır”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı
Next Post: Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Related Posts

  • Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır – SƏBƏBİ AÇIQLANDI Ölkə
  • Səhiyyədə yeni islahat mərhələsi: vətəndaşa daha səviyyəli tibbi xidmət Ölkə
  • Vəkillər Kollegiyası: “Son 2 ildə hüquq tələbələrinin inkişafına 55 min manatdan artıq maliyyə dəstəyi göstərilib” Ölkə
  • Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  Ölkə
  • Ceyhun Bayramov ilə Bolqarıstanın xarici işlər naziri arasında telefon danışığı olub Ölkə
  • Ötən ilin  inflyasiyası bu qədər olub Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ Ölkə
  • Nazir yeni rəis təyin etdi – FOTO Ölkə
  • Mingəçevirdə yay aylarında irinli xəstəliklər artır – Cərrah Kərim Kərimovdan əhaliyə mühüm xəbərdarlıq Cəmiyyət
  • “İflicdən sonra düşündüm ki, teatrla qurtardım” – Kubra Əliyeva Mədəniyyət
  • Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ Cəmiyyət
  • “Avropada ölüm doğumu üstələyir” – İlon Maskdan xəbərdarlıq Dünya
  • Fakültə birincisi Nuray Mustafazadə: “MDU mənim üçün sadəcə universitet deyil, böyük bir ailədir” Cəmiyyət
  • Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK – RƏSMİ İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by