Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb Ölkə
  • Ermənistandan Naxçıvana dəmir yolu ilə bağlı QƏRAR Siyasət
  • “Real Madrid” müdafiə xəttini yenidən qurur İdman
  • Ötən gün itkin düşən 9 nəfər tapılıb Cəmiyyət
  • Bu gün imtahan var – YENİLƏNİB Təhsil
  • “Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir” – Ekspert Ölkə
  • Bakıda qəza: “Hyundai” əks yola düşdü – VİDEO Hadisə
  • Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi Ölkə

Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT

Posted on 9 Fevral 2026 By admin Şərh yoxdur Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT

Bakı şəhərində əhalinin ən sıx məskunlaşdığı rayonlardan biri Abşerondur. Zamanla ucuz qiymətə torpaq sahələri alan minlərlə insan bu ərazilərdə ev tikərək məskunlaşıb. Bu gün Abşeronda Azərbaycanın müxtəlif bölgələrindən olan ailələr yaşayır.

Bizimesr.az bildirir ki, rayonun əsas problemləri illərdir həllini tapmır. Əksinə, vəziyyət getdikcə daha da gərginləşir.

Sakinlər bildirir ki, bəzi dövlət qurumlarının fəaliyyəti problemləri azaltmaq əvəzinə, narazılığı daha da artırır. İnsanlar artıq provlemlərdən cana doyublar.

Xüsusilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) apardığı işlər ciddi narahatlıq doğurur. Belə ki, guya əhalini su ilə təmin etmək məqsədilə rayonun müxtəlif küçələrində asfalt örtükləri dağıdılıb, qazıntı işləri aparılıb, lakin işlər yarımçıq saxlanılıb.

Sakinlərin sözlərinə görə, güclə asfaltlanmış küçələr yenidən dağıdılır, su xətləri çəkildikdən sonra isə torpaqlanma işləri yarımçıq saxlanılır, baxımsız günə salınıb. Nəticədə küçələr aylarla yararsız vəziyyətdə qalır, nəqliyyatın hərəkəti çətinləşir, toz-torpaq, palçıq, antisanitariya yaranır.

Əslində bu cür işlər mütləq şəkildə sistemli aparılmalıdır, aidiyyəti qurumlar arasında koordinasiya təmin edilməlidir. Bu nəzarət mexanizminin qurulması isə birbaşa Abşeron Rayon İcra Hakimiyyətinin və icra başçısı Abdin Fərzəliyevin səlahiyyətinə daxildir.

Unutmaq olmaz ki, Abşeron rayonu nə ADSEA-nın sədri Zaur Mikayılova, nə də digər qurum rəhbərlərinə həvalə edilib. Rayonun ümumi vəziyyətinə görə məsuliyyət Abşeronun icra başçısının üzərinə düşür. Ölkə rəhbəri İlham Əliyev Abşerona rəhbərliyi Abdin Fərzəliyevə tapşırıb.

Əgər su çəkən qurum işini yarımçıq görürsə, küçələri dağıdıb bərpa etmədən ərazini tərk edirsə, icra hakimiyyəti dərhal müdaxilə etməli, qurum rəhbərliyi qarşısında məsələ qaldırmalıdır. Amma Abdin Fərzəliyev bunu etmir və hansısa qurumu günahlandırır, “onun işidir, o edib” deməklə kifayətlənir. Bu o deməkdir ki, Abdin Fərzəliyev üçün rayonun hansı durumda olduğu qəti maraqlı deyil, rayondan xəbəri yoxdur və əksinə belə problemlərin artması ona sərf edir.

Mövcud vəziyyət belə bir təəssürat yaradır ki, bəzi qurumların fəaliyyəti vətəndaşların dövlətə olan etimadını sarsıtmağa, insanları narazı salmağa yönəlib. Bu narazılığın artması isə cəmiyyətdə ciddi sosial gərginlik yaradır. Təəssüf ki, rəsmi qurum rəhbərləri bunu görmək istəmir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Aylarla beynini “söndürən” və ölməyən canlı
Next Post: Keçmiş baş həkim qəfildən vəfat etdi

Related Posts

  • Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır Cəmiyyət
  • Narkomaniya və zərərli vərdişlərə yox deyək!  Cəmiyyət
  • Su təsərrüfatının inkişafına verdiyi töhfəyə görə Fəxri Fərmanla təltif olundu Cəmiyyət
  • Diş ətiniz qanayırsa, bu vitamin çatışmır Cəmiyyət
  • İcra başçısı sürücüyə yeni vəzifə verdi Cəmiyyət
  • “İndiki gənclər uşaq dünyaya gətirmək istəmir” Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ana oğlunu evdən çıxarmaq üçün məhkəməyə verdi Dünya
  • Azərbaycanda bu bankın ləğvi tamamlandı İqtisadiyyat
  • Tehran Vaşinqtondan kompensasiya tələb etdi – Şərtlər AÇIQLANDI Siyasət
  • Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi Hadisə
  • Süni intellekt botları internetdə insanları geridə qoydu – “Cloudflare” Maraqlı
  • Mingəçevir Dövlət Universitetində Turizm Sənaye Şurası yaradılır Təhsil
  • Allahşükür Paşazadə II İlyanın dəfninə gedir Ölkə
  • Azərbaycanda kredit kartlarına maraq azalır – Ekspert səbəbləri açıqladı Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by