Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Edersona hücum edən şəxs saxlanıldı – “Fənərbaxça” bəyanat yaydı İdman
  • Ukraynanın istifadə etdiyi PUA-lar harada istehsal olunur? Dünya
  • Mingəçevirdə 20 Yanvar küçəsində qısa müddətdə iki yol-nəqliyyat hadisəsi baş verib Hadisə
  • Trucos para ganar en tragamonedas: lo que la probabilidad dicta Blog
  • Hacıqabulda qəza – 4 nəfər xəsarət alıb Hadisə
  • Bakıda avtobus piyadanı vurub öldürdü Hadisə
  • Yer üzündə hələ də insan ayağı dəyməyən məkanlar var Dünya
  • Makronun iqamətgahında axtarış aparılıb Dünya

“Real Madrid” müdafiə xəttini yenidən qurur

Posted on 9 İyun 2026 By admin Şərh yoxdur “Real Madrid” müdafiə xəttini yenidən qurur

“Real Madrid” klubu gələn mövsüm üçün heyətini iki futbolçu ilə gücləndirib.

Bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Kral klubu” İngiltərənin “Liverpul” komandasının müdafiəçisi İbraima Konate və İtaliyanın “İnter” klubunun arxa xətt oyunçusu Denzel Dumfrislə müqavilə imzalayıb.

İ.Konate iyunun 30-da müddəti başa çatan müqaviləsindən sonra “Liverpul”u azad agent statusunda tərk edəcək. Fransız futbolçunun “Real Madrid”lə imzaladığı müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

27 yaşlı Konate 2021-ci ildən bəri “Liverpul”un şərəfini qoruyurdu. O, mersisaydlıların heyətində çıxdığı 183 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız oyunçu bu müddət ərzində İngiltərə çempionu (2025), iki dəfə İngiltərə Liqa Kuboku (2022, 2024), eləcə də bir dəfə ölkə kuboku (2022) və superkubokunun (2022) qalibi olub. Karyerası ərzində Almaniyanın “Leypsiq” və Fransanın “Soşo” klublarında da çıxış etmiş müdafiəçi, Fransa millisinin heyətində 2022-ci il dünya çempionatının gümüş, 2024-cü il Avropa çempionatının isə bürünc medallarını qazanıb.

30 yaşlı Dumfris isə 2021-ci ildən “İnter”in formasını geyinirdi. Niderlandlı müdafiəçi Milan təmsilçisi ilə iki dəfə İtaliya çempionluğu (2024, 2026), üç dəfə İtaliya Kuboku (2022, 2023, 2026) və üç dəfə İtaliya Superkubokunu (2021, 2022, 2024) başı üzərinə qaldırıb. O, “İnter”də keçirdiyi 207 oyunda 27 qol vurub və 28 məhsuldar ötürmə edib. Həmçinin, Dumfris komandası ilə iki dəfə Çempionlar Liqasının finalına qədər (2023, 2025) irəliləyə bilib. Futbolçu daha əvvəl ölkəsinin “Sparta”, “Herenven” və PSV klublarında da çıxış edib.

Qeyd edək ki, “Real Madrid” geridə qalan mövsümdə son 5 ildə ilk dəfə olaraq heç bir kubok qazana bilməyib. “Kral klubu” İspaniya çempionatını “Barselona”dan 8 xal geri qalaraq 2-ci yerdə başa vurub. Komanda İspaniya Kuboku ilə 1/16 final mərhələsində “Albasete”yə (2:3), Çempionlar Liqası ilə isə 1/4 finalda Almaniyanın “Bavariya” klubuna (iki oyunun nəticəsinə görə 4:6) məğlub olaraq vidalaşıb. İspaniya Superkubokunun finalında isə “Real Madrid” əzəli rəqibi “Barselona”ya boyun əyib (2:3).(oxu.az)

İdman

Yazı naviqasiyası

Previous Post: Çində humanoid robot uşağa təpik atdı – VİDEO
Next Post: Ailə başçısını itirən 195 mindən çox şəxsə ödəniş edilib

Related Posts

  • “Zirə” Azərbaycan Kubokunun ilk yarımfinalçısı oldu  İdman
  • Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq  İdman
  • Roberto Karlos milyonlarlarını itirdi İdman
  • “Hakimin səhvi bizi uduzdurdu” İdman
  • Keçmiş “Şamaxı”lı Ermənistan klubuna keçdi İdman
  • Azərbaycan Tacikistana qarşı – Canlı İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İran ordusu Bəhreynin ən böyük telekom operatoruna dron zərbəsi endirib Siyasət
  • Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib Cəmiyyət
  • Yaponiyada rekord yağış faciəsi: 8 ölü, 4 yaralı Dünya
  • Hər kəs qabığını atır, amma… – Kivinin gizli faydası Maraqlı
  • Ötən gün itkin düşən 9 nəfər tapılıb Cəmiyyət
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür Cəmiyyət
  • Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı Maraqlı
  • Dünyanın ən xoşbəxt ölkəsi başqalarına da xoşbəxt olmağı öyrədəcək Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by