Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin Cəmiyyət
  • Yaponiyada mübahisə ölümlə nəticələndi: 17 yaşlı uşaq öldürüldü Dünya
  • Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ Cəmiyyət
  • Azərbaycan karateçisi qızıl medal qazanıb – FOTO İdman
  • Cüdoçumuz Avropa Kubokunun qalibi oldu İdman
  • Qisasını qardaşı arvadının maşınından aldı – Bakıda qəribə ailə münaqişəsi Cəmiyyət
  • Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb Ölkə
  • 239 balla hansı universitet? Sosial şəbəkələrdə MDU-ya maraq diqqət çəkdi Təhsil

Azərbaycanda kredit kartlarına maraq azalır – Ekspert səbəbləri açıqladı

Posted on 9 İyun 2026 By admin Şərh yoxdur Azərbaycanda kredit kartlarına maraq azalır – Ekspert səbəbləri açıqladı

“Son illər Azərbaycanda nağdsız ödənişlərin həcmi artsa da, kredit kartları bazarında əks tendensiya müşahidə olunur. Nağdsız ödəniş kredit kartları demək deyil, nağdsız ödəniş əsasən elektron portallar vasitəsilə ödəniş, eləcə də marketlərdə və alış-veriş mərkəzlərində vətəndaşların nağdsız ödənişə üstünlük verməsi daxildir. Bu isə ölkədə nağdsız ödənişlərin getdikcə daha çox populyarlaşdığını göstərir. Hazırda nağd ödənişlər ikinci planda qalır”.

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında deyib.

Onun sözlərinə görə, qısa bir müddət ərzində nağdsız ödənişlərin təşviqi Mərkəzi Bank tərəfindən, maliyyə-kredit siyasətimiz tərəfindən öz effektini verib:

“Nağdsız ödənişlərin artması, qeyd etdiyim kimi, kredit kartlarının artması hesabına baş vermir. Hal-hazırda daha çox debet kartlarına üstünlük verirlər. Bu, əməkhaqqı kartlarıdır, depozit kartlarıdır və s.

Və ödənişlərdə kredit kartlarından istifadə etməkdən vətəndaşlar bir formada çəkinirlər. Nəyə görə çəkinirlər? Çünki kredit kartları çox ciddi xərclərlə müşayiət olunur. Sonradan həmin kredit kartlarında edilmiş xərclərin yerini, belə deyək, kompensasiya etmək, ödəmək insanları əlavə maliyyə xərclərinə, çətinliklərinə düçar edir. Bu baxımdan vətəndaşlar özləri ilk növbədə kredit kartlarına ehtiyatlı yanaşmağa başlayıblar.

Ölkədə 2026 və 2027-ci illərdə xərclərin optimallaşdırılması ilə bağlı tələblərdən irəli gələn bir məsələdir. Ailə büdcələrində də xərclər optimallaşdırılır və qənaət mexanizmi tətbiq olunur. Kredit kartları isə bu qənaət mexanizminin pozulmasıdır. Yəni kredit kartları insanları daha çox xərcləməyə sövq edən bir vasitədir və eyni zamanda kredit kartları iqtisadi aktivliyin nümunəsidir.

Yəni hansı ölkələrdə iqtisadi aktivlik güclüdürsə, daimi əməkhaqları və gəlirlər stabil şəkildə mövcuddursa, həmin ölkənin vətəndaşları daha çox kreditə, kredit kartlarına üstünlük verirlər”.

571239

“İkinci amil bankların öz yürütdüyü sərt siyasətdir. Əvvəllər kredit kartları daha yumşaq şərtlərlə verilirdi, daha böyük məbləğlərdə verilirdi. İndi isə bunun üçün müvafiq sərtləşdirmə tədbirləri görülüb ki, vətəndaşlar çox borclanmasın, istehlak borclarının ümumi çəkisi artmasın.

Bu da pul-kredit siyasəti baxımından olduqca, belə deyək, hal-hazırda öz bəhrəsini verir və həm inflyasiyanın qarşısını almaq baxımından, həm də eyni zamanda əlavə borc kütləsinin yaranmaması baxımından öz bəhrəsini verən addımlardır.

Hər bir dövr üçün, bir müştəri və yaxud vətəndaş fərq etməz, davranış qaydaları var. Bu davranış qaydalarının bir müddət əvvəlki forması daha çox kredit götürmək, daha çox xərcləmək idisə, indi ehtiyatlı davranış üstünlük kəsb edir və bu ehtiyatlı davranış da kredit kartlarına daha az müraciətlə səciyyələnir.

Düşünürəm ki, kredit kartlarının azalması, sayının azalması əslində nağdsız iqtisadiyyatın zəifləməsi və sıradan çıxması deyil. Əksinə, hal-hazırda, yuxarıda qeyd etdiyim kimi, iqtisadi münasibətlər, pul-kredit münasibətləri daha sağlam istiqamətdə təzahür edir. Banklar öz risklərini qoruyur, vətəndaşlar öz ailə büdcəsini planlayır və buna görə addımlar atırlar.

Hesab edirəm ki, indiki dövr üçün, həm qlobal inflyasiyanın olduğu bir zamanda, həm iqtisadi çətinliklər fonunda, həm də mövcud iqtisadi durum baxımından belə bir vəziyyət diktə edir ki, həm banklar öz pul-kredit siyasətlərini və kredit kartları siyasətini sərtləşdirsinlər, həm də vətəndaşlar bu istiqamətdə daha ehtiyatlı davransınlar.

Amma iqtisadi aktivlik artdığı zaman yenidən kredit kartlarının sayının artacağını proqnozlaşdırmaq olar. Hər şey ölkə iqtisadiyyatının aktiv fəaliyyətə keçməsi ilə bağlıdır. Bunun üçün də investisiyaların cəlbi, iş yerlərinin yaradılması, daha çox istehsalın həyata keçirilməsi, idxaldan çox ixracata dayanan iqtisadiyyatın qurulması baş verərsə, o zaman həm əməkhaqqı sistemində, həm də gəlirlər sistemində böyük dəyişikliklər baş verər və bu da kredit kartlarına müraciətlərin sayını artıra bilər”, – deyə V.Oruc açıqlamasında qeyd edib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı
Next Post: Sabah Şərurun bəzi ərazilərində işıq olmayacaq

Related Posts

  • Külək güclənəcək (XƏBƏRDARLIQ) Ölkə
  • Bu saatlarda qətiyyən ATM-dən pul çıxartmayın! Ölkə
  • “8 Noyabr”dakı dəmir yolu sökülür – 10 kilometrlik mikrotunel tikilir Ölkə
  • Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək Ölkə
  • Sabah yağış və dumanla əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq Ölkə
  • Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • MİDA güzəştli mənzillərin satışına BAŞLADI Ölkə
  • Sabah yollarda duman səbəbindən hərəkət çətinləşəcək Ölkə
  • Bir əsgəri belə yoxdur: NATO-nun ordusuz yeganə üzvü müharibəyə necə hazırlaşır? Siyasət
  • İranda zəlzələ oldu Dünya
  • Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – AÇIQLAMA Cəmiyyət
  • Məşhur müğənniyə ilik köçürüləcək Mədəniyyət
  • Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA Ölkə
  • Bu İrəvan-Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir – Deputat Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by