Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Neftçi” onunla yollarını ayırdı İdman
  • Əliyar Ağayevin səhv qərar verdiyi TƏSDİQLƏNDİ: 2-si də penaltidir İdman
  • Dünyanın ən bahalı 5 yeməyi: beluqa kürüsü ilə 10 min avroluq pizza Maraqlı
  • Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyevin abidəsinin açılışı olub Cəmiyyət
  • Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir Cəmiyyət
  • Xameneinin həyat yoldaşı da ÖLDÜ Dünya
  • Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevirəcək – Baş nazir  Ölkə
  • Nadir Qafarzadə: Kül o ailənin başına ki, hədiyyəyə görə söz-söhbət yaranır Cəmiyyət

Mingəçevir Dövlət Universitetində Turizm Sənaye Şurası yaradılır

Posted on 31 Avqust 202631 Avqust 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Universitetində Turizm Sənaye Şurası yaradılır

Mingəçevir Dövlət Universitetində Turizm və marketinq kafedrası yeni əməkdaşlıq modeli ilə fəaliyyətə başlayır: Turizm təhsili, sənaye və dövlət qurumlarını bir araya gətirəcək Turizm Sənaye Şurası yaradılır

2026-cı ilin 31 avqust tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov yeni yaradılan Turizm və marketinq kafedrasının müəllimləri, işə qəbul müsabiqəsində uğurlu nəticə əldə etmiş namizədlər, Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi, eləcə də turizm və marketinq sahəsinin sənaye nümayəndələri ilə görüş keçirib.


Görüşün əsas məqsədi yeni yaradılan kafedranın fəaliyyətinin müasir turizm sənayesinin tələblərinə uyğun formalaşdırılması, əmək bazarının gözləntilərinin tədris prosesinə inteqrasiyası, tələbələrin nəzəri biliklərinin real iş mühiti ilə tamamlanması, dövlət və özəl sektorla davamlı əməkdaşlıq mexanizmlərinin qurulması, eləcə də Mingəçevir və regionun turizm potensialının təhsil, praktika və tətbiqi tədqiqat imkanlarına çevrilməsi istiqamətlərində fikir mübadiləsi aparmaq olub.


Görüşdə çıxış edən rektor Anar Eminov Turizm və marketinq kafedrasının yaradılması münasibətilə universitet kollektivini və tələbələri təbrik edib, kafedranın fəaliyyətində uğurlar arzulayıb. Rektor qeyd edib ki, turizm sənayesinin dinamik inkişafı, xidmət sektorunda yeni yanaşmaların formalaşması və əmək bazarının dəyişən tələbləri bu sahədə mütəxəssis hazırlığına yeni baxışın tətbiqini zəruri edir. Bu baxımdan kafedranın fəaliyyəti müasir tədris yanaşmaları ilə yanaşı, real sektorla sıx əməkdaşlıq, praktiki hazırlıq və tətbiqi tədqiqatlar üzərində qurulmalıdır.


Qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində turizm ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Yeni kafedranın yaradılması ilə bu istiqamətdə tədris, praktiki hazırlıq, elmi-tədqiqat və sənaye əməkdaşlığının daha sistemli şəkildə əlaqələndirilməsi üçün yeni imkanlar yaranır. Kafedranın formalaşdırılması prosesində Türkiyənin Dokuz Eylül Universitetinin turizm təhsili sahəsindəki təcrübəsindən, eləcə də turizm sektorunun müxtəlif istiqamətlərində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq çərçivəsində əldə edilmiş təklif və müraciətlərdən istifadə olunub. Sənaye nümayəndələrinin universitetə müraciətlərində sektorda praktik bacarıqlara malik, müasir texnologiyalardan və idarəetmə alətlərindən istifadə edə bilən, xarici dilləri bilən və real iş mühitinə hazır mütəxəssislərə ehtiyacın artdığı diqqətə çatdırılıb.


Anar Eminov 2026/2027-ci tədris ilindən etibarən Mingəçevir Dövlət Universitetində turizm sahəsində ilk dəfə ingilis dilində də kadr hazırlığına başlanılacağını vurğulayıb. Bildirib ki, turizm təhsilinin beynəlxalq dil mühitində təşkili tələbələrin qlobal turizm bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına, beynəlxalq turistlərlə və xarici tərəfdaşlarla peşəkar kommunikasiya qurmasına, beynəlxalq əməkdaşlıq və karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Rektor bu istiqamətin universitetin turizm təhsilinin beynəlxalqlaşmasına və məzunların rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini qeyd edib.
Görüş zamanı 2030-cu ildə turizm mütəxəssisinə qoyulacaq tələblər, məzunların əmək bazarına daxil olduqları zaman birbaşa hansı vəzifələrdə fəaliyyət göstərə bilmələri və tədris proqramlarının gələcəyin peşə bacarıqlarına uyğunlaşdırılması ətrafında geniş müzakirələr aparılıb. Rəqəmsal texnologiyalar, turizm marketinqi, məlumatların təhlili, xarici dillər, müştəri təcrübəsinin idarə olunması, kommunikasiya, innovativ düşüncə, xidmət keyfiyyəti, idarəetmə və dayanıqlı turizm yanaşmalarının gələcəyin turizm mütəxəssisinin əsas kompetensiyaları sırasında yer almasının vacibliyi vurğulanıb.
Sənaye nümayəndələri tərəfindən tədris proqramlarına real sektorun ehtiyaclarını əks etdirən fənn və modulların daxil edilməsi, tələbələrin təhsil müddətində daha böyük hissəsinin real müəssisələrdə praktiki hazırlığa yönəldilməsi, hotel, restoran, turizm şirkətləri və digər xidmət müəssisələri ilə davamlı əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Bununla yanaşı, tələbələrin yalnız təcrübə keçən deyil, real layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edən tərəf kimi formalaşdırılmasının əhəmiyyəti qeyd olunub.


Müzakirələrdə Mingəçevir Dövlət Universitetinin məzunlarının hotelçilik, restoran və xidmət sektoru, turizm şirkətləri, turizm məhsullarının hazırlanması və marketinqi, destinasiya idarəçiliyi, tədbir və xidmətlərin təşkili, eləcə də dövlət qurumlarında turizm istiqaməti üzrə fəaliyyət göstərə bilməsi üçün zəruri praktiki bacarıqların təhsil prosesində formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilib.
Turizm sahəsində tətbiqi tədqiqatların genişləndirilməsi də görüşün əsas müzakirə istiqamətlərindən biri olub. Universitetin elmi potensialının turizm sənayesinin real ehtiyaclarına yönəldilməsi, Mingəçevir və regionun turizm resurslarının sistemli şəkildə araşdırılması, yeni turizm məhsullarının və marşrutlarının hazırlanması, turizm axınlarının öyrənilməsi və əldə olunan elmi nəticələrin praktikada tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.
Bu baxımdan Mingəçevirin və regionun turizm potensialının universitet üçün canlı tədris və tədqiqat mühitinə çevrilməsi ideyası önə çıxıb. Şəhərin təbii, mədəni, tarixi və rekreasiya imkanlarının tələbələrin tədris, praktika və layihə fəaliyyətlərinə inteqrasiyası, yerli turizm ekosisteminin öyrənilməsi və regionun turizm imkanlarının daha geniş şəkildə təşviqi istiqamətində universitetin üzərinə düşən rol müzakirə olunub.
Görüşdə universitet və turizm sənayesi arasında əməkdaşlığın daha sistemli və davamlı xarakter alması məqsədilə “Mingəçevir Dövlət Universiteti Turizm Sənaye Şurası”nın yaradılması təşəbbüsü də irəli sürülüb. Şuranın Mingəçevir Dövlət Universitetinin müəllimləri, hotel rəhbərləri, turizm şirkətləri, restoran və xidmət sektoru nümayəndələri, eləcə də Dövlət Turizm Agentliyinin regional nümayəndəliyinin iştirakı ilə formalaşdırılması təklif edilib.
Yeni platformanın turizm təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, tədris proqramlarının sənaye nümayəndələrinin iştirakı ilə mütəmadi təkmilləşdirilməsi, tələbələrin praktiki hazırlığının gücləndirilməsi, təcrübə və məşğulluq imkanlarının artırılması, birgə layihə və tətbiqi tədqiqatların həyata keçirilməsi üçün davamlı əməkdaşlıq mexanizminə çevrilməsi nəzərdə tutulur. Şuranın fəaliyyəti çərçivəsində sənayedə yaranan yeni ehtiyacların universitetə operativ şəkildə ötürülməsi və təhsil prosesinin bu dəyişikliklərə çevik uyğunlaşdırılması da prioritet istiqamətlərdən biri olacaq.
Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi və sənaye nümayəndələri universitetlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək, tələbələrin praktiki hazırlığına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə imkanlarının genişləndirilməsinə və regionun turizm potensialının təşviqinə yönəlmiş təşəbbüslərdə iştirak etməyə hazır olduqlarını qeyd ediblər.
Müəllimlər və işə qəbul müsabiqəsində uğurlu nəticə əldə etmiş namizədlər isə kafedranın tədris və elmi fəaliyyətinin təşkili, müasir təlim metodlarının tətbiqi, sənaye nümayəndələrinin tədris prosesinə cəlb olunması, tələbələrin praktiki layihələrdə iştirakının genişləndirilməsi və turizm sahəsində aktual problemlərə həsr olunmuş tətbiqi tədqiqatların təşviqi ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə səsləndirilən təkliflərin Turizm və marketinq kafedrasının fəaliyyətinin əsas istiqamətlərinin formalaşdırılmasında nəzərə alınması, universitet–sənaye əməkdaşlığının institusional əsaslarının gücləndirilməsi və tələbələrin müasir turizm sektorunun tələblərinə uyğun hazırlanması istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.
Yeni kafedranın fəaliyyəti ilə Mingəçevir Dövlət Universitetində turizm üzrə təhsil, praktiki hazırlıq, tətbiqi tədqiqat və sənaye əməkdaşlığının vahid ekosistem daxilində inkişaf etdirilməsi, eyni zamanda Mingəçevir və regionun turizm potensialının yeni bilik, layihə və innovativ təşəbbüslərə çevrilməsi üçün daha geniş imkanlar formalaşır.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Next Post: İnqilab Şirinli:”Biz mütləq öz kəndimizə qayıdacağıq”

Related Posts

  • Niyə məhz Mingəçevir Dövlət Universiteti? — 12 SƏBƏB Təhsil
  • Mingəçevir Dövlət Universitetini seçmək – uğurlu gələcəyə atılan ən doğru addımdır Təhsil
  • Bu gün imtahan var – YENİLƏNİB Təhsil
  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • Mingəçevir Dövlət Universiteti ilə “FLEX” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb Təhsil
  • Bakıda bu məktəbdə tədris DAYANDIRILDI – SƏBƏB Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Qara dəniz üzərində qeyri-adi bir bulud peyda oldu – FOTO Maraqlı
  • Azərbaycan Gürcüstan və Ukraynaya pomidor tədarükünü kəskin artırıb İqtisadiyyat
  • Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb İqtisadiyyat
  • MDU 2026/2027-ci tədris ili üçün qəbul elan edir: Yeni ixtisaslar, ingilis dilində təhsil və ikili diplom imkanları Cəmiyyət
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları – SİYAHI Ölkə
  • Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir? Ölkə
  • Anar Məmmədli və Anar Abdullayevə hökm oxundu İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by