Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Luçesku süni komaya salındı İdman
  • Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB Cəmiyyət
  • Sözün və Elmın Vəhdəti: Gənc şair Nərmin Əliyevanın vətənpərvərlik missiyası Cəmiyyət
  • Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib Siyasət
  • Hava kəskin dəyişir – Leysan, şimşək, daşqın Ölkə
  • Yeni koronavirus “Cicada”: Uşaqlar xüsusilə risk altında ola bilər – Nə məlumdur Dünya
  • WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Ölkə
  • Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyevin abidəsinin açılışı olub Cəmiyyət

FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb

Posted on 16 May 2026 By admin Şərh yoxdur FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb

Fövqəladə Hallar Nazirliyində (FHN) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Qərargah və işçi qruplar yaradılıb.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsinin rəis müavini Ağali Hüseynov deyib.

Onun sözlərinə görə, WUF13 Azərbaycanın beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verməklə dünyanın diqqətini yenidən Bakıya yönəldəcək:

“Nazirlik sessiyaya hazırlıqla bağlı üzərinə düşən vəzifələri uğurla icra edir. Bu məqsədlə FHN-də nazirliyin rəhbər vəzifəli şəxslərinin də təmsil olunduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib. Təsdiq olunan Tədbirlər Planı üzrə qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə icrası üçün nazirliyin müvafiq qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə FHN-in strukturları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi və digər istiqamətlərdə zəruri tədbirlər görülüb”.

⁠⁠A.Hüseynov həmçinin nazirliyin müvafiq strukturları, o cümlədən yanğın-xilasetmə qurumları tərəfindən WUF13-ə hazırlıq çərçivəsində vəzifələrin uğurla yerinə yetirilməsi üçün ötən dövr ərzində zəruri tədbirlər həyata keçirilib:

“Belə ki, nazirlikdə yaradılmış Qərargah tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mümkün fövqəladə hallara çevik və effektli reaksiyavermə imkanlarının təmin edilməsi üçün mövcud əməliyyat şəraiti ətraflı öyrənilib, şəxsi heyətin səmərəli bölgüsü aparılıb, texnika və avadanlıqların tam döyüş hazırlığı səviyyəsində saxlanılması üçün zəruri tədbirlər görülüb. Bundan əlavə, şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif obyektlərdə, o cümlədən hotel, metro stansiyaları, ticarət və əyləncə mərkəzləri, insanların kütləvi toplaşdığı digər məkanlarda çoxsaylı təlimlər keçirilib, müxtəlif ssenarilər üzrə şəraitə uyğun simulyasiyalar edilib”.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Sürücülər bu xidmətlərə “mygov”dan müraciət edə biləcəklər
Next Post: 300 bal toplasa da – Adı siyahıda yoxdur

Related Posts

  • Deputatlardan etiraz: Nə vaxt bu yad adlardan əl çəkəcəyik  Ölkə
  • Pünhan Əlizadəyə yüksək vəzifə VERİLDİ Ölkə
  • Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK Ölkə
  • Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır – BİRGƏ MƏLUMAT Ölkə
  • Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib Ölkə
  • Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ukrayna iri neft emalı zavodunu vurdu Dünya
  • Cüdoçumuz Avropa Kubokunun qalibi oldu İdman
  • Mədəniyyəti yeni iqtisadi gücə necə çevirək? – Deputatdan maraqlı açıqlama Mədəniyyət
  • Kiyevdə daha bir körpü hədəfə alındı – Nəqliyyat dayandırıldı Siyasət
  • Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT Cəmiyyət
  • Avropa İttifaqından Rusiya ilə bağlı geri addım Siyasət
  • “Sabah” futbol klubundan mühüm addım – Bu sahəyə 10 milyon manat ayrıldı İdman
  • UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by