Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İran və Ukrayna eyni müharibənin iki cəbhəsidir – Sibiqa Siyasət
  • Bakıda bu binalar plana düşdü Cəmiyyət
  • Bakı-Moskva münasibətlərində yeni etimad mərhələsi Siyasət
  • Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Ölkə
  • Mingəçevirdə üç müəllim Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub Təhsil
  • İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Mingəçevirə səfər edib – icra başçısı ilə görüş keçirilib Siyasət
  • Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi Kriminal
  • Bərdədə avtomat silah və patronlar aşkarlandı, saxlanılan var Kriminal

Süni intellekt botları internetdə insanları geridə qoydu – “Cloudflare”

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Süni intellekt botları internetdə insanları geridə qoydu – “Cloudflare”

Süni intellekt botları və avtomatlaşdırılmış agentlərin yaratdığı internet trafiki ilk dəfə real istifadəçilərin trafikini üstələyib.

Bunu “Cloudflare” açıqlayıb.

Şirkətin baş direktoru Matthew Prince sosial şəbəkə X-də paylaşdığı məlumatda bildirib ki, əvvəllər 2027-ci il üçün proqnozlaşdırılan bu dönüş nöqtəsi artıq baş verib. O, bununla bağlı şirkətin trafik monitorinq platforması olan Cloudflare Radar-ın statistikalarına istinad edib.

Məlumata görə, mayın 28-dən etibarən botların payına internet trafikinin 58%-i düşüb. İnsan istifadəçilərin payı isə 42% təşkil edib. Botların üstünlüyü sonrakı günlərdə də qorunub saxlanılıb.

Cloudflare Radar internetdəki trafik axınlarını izləyən ən böyük platformalardan biridir. Şirkətin infrastrukturundan dünya üzrə bütün veb-saytların təxminən beşdə biri istifadə etdiyindən, əldə olunan göstəricilər qlobal internet tendensiyalarını əks etdirmək baxımından əhəmiyyətli hesab olunur.

Şirkət bot və insan trafikini HTML məzmununa edilən sorğular əsasında müəyyənləşdirir və bunu davranış analizləri vasitəsilə fərqləndirir.

Mütəxəssislərin fikrincə, son illərdə generativ süni intellekt texnologiyalarının sürətli inkişafı avtomatlaşdırılmış trafikdə kəskin artıma səbəb olub. Süni intellektdən əvvəl botların payı ümumi internet trafikinin təxminən 20%-ni təşkil edirdi və bu göstəricinin əsas hissəsi axtarış sistemlərinin indeksləşdirici proqramlarının fəaliyyəti ilə bağlı idi.

Matthew Prince daha əvvəl qeyd etmişdi ki, adi istifadəçi hər hansı məhsulu axtararkən və ya məlumat toplayarkən orta hesabla 5 sayta daxil olur. Süni intellekt agentləri isə bir tapşırığı yerinə yetirmək və ya bir suala cavab tapmaq üçün minlərlə səhifəni eyni vaxtda araşdıra bilir.

Ekspertlər hesab edirlər ki, süni intellekt əsaslı xidmətlərin sürətlə yayılması nəticəsində yaxın illərdə botların internet trafikindəki payı daha da artacaq.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Bölmə rəisi işdən çıxdı – Yeni vəzifəyə təyin olundu
Next Post: Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək – SİYAHI

Related Posts

  • Bu qidalar böyrək daşı yaradır Maraqlı
  • “Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” Maraqlı
  • Virusların yayılmasına kömək edən mexanizm aşkarlandı Maraqlı
  • Fillərin burnundakı bığlar toxunma duyğularında əsas rol oynayır Maraqlı
  • Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər – Səbəb nə idi? Maraqlı
  • Günəşdə güclü alışma baş verib Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İlin ən pis filmləri və aktyorları – SİYAHI Mədəniyyət
  • Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA Cəmiyyət
  • Qvardiola diskvalifikasiya edildi İdman
  • İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirib Siyasət
  • Ucuz yeni çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? – Hansını alaq? Cəmiyyət
  • Ağıllı saatlar yanıldıcı ola bilər: Bunun səbəbi nədir? Maraqlı
  • Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər Ölkə
  • Ankara vacib qərarlar ərəfəsində: MTŞ-nin kritik iclası başladı Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by