Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Tarif Şurası QƏRAR VERDİ Ölkə
  • Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? Siyasət
  • Bu həftə hönkür-hönkür ağlayacaq BÜRCLƏR Cəmiyyət
  • Beşinci qrup üzrə qəbul planına nə qədər yer ayrılıb? Təhsil
  • Başqa planetdən radiosiqnal qeydə alındı – Yadplanetlilər gəlir? Maraqlı
  • Ronaldo niyə əvəzetmə olmadan oynayır? İdman
  • ABŞ-nin İranda şok əməliyyatı: Yaralı zabit belə xilas olunub – VİDEO  Siyasət
  • Böyük Britaniyanın 32 dövlət xidmətinin saytı sıradan çıxarıldı Dünya

Komitə sədrindən məktəbli geyimləri ilə bağlı açıqlama: “Doğru deyil”

Posted on 11 Oktyabr 2026 By admin Şərh yoxdur Komitə sədrindən məktəbli geyimləri ilə bağlı açıqlama: “Doğru deyil”

“Dövlət ümumi təhsil məktəblərində müəllimlərin işgüzar geyimi və şagirdlərin vahid məktəbli formasının tətbiq olunması qanunvericiliyimizin, hüququn və Konstitusiyanın tələblərinə uyğundur”.

 Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda ümumtəhsil məktəblərində təhsil dünyəvi xarakter daşıyır və təhsilin həm mahiyyəti, həm də forması dünyəvilik prinsipinə uyğunlaşmalıdır.

Nazirlər Kabinetinin 325 nömrəli qərarını çox vacib və doğru qərar sayan M.Quliyev qeyd edib ki, burada əsas məsələ dünyəvilik prinsipinin qəbul olunmasıdır:

“Bu prinsip nəyi ehtiva edir? Birinci növbədə, ayrı-seçkiliyin olmaması, vahid yanaşmanın tətbiqi, təhsilverənlərin və təhsilalanların rahatlığının təmin edilməsidir. Bəzi hallarda görürük ki, sosial şəbəkələrdə, müəyyən kütləvi informasiya vasitələrində bu məsələni lüzumsuz müzakirə obyektinə çevirirlər. Guya bu, islam dininə, dini atributlara qarşıdır. Bunlarla bağlı heç bir müzakirənin yeri yoxdur. Məktəblinin məktəb geyimi, mədrəsənin, mollaxananın da mollaxana geyimi var. Yəni biz mollaxana, mədrəsə ilə məktəbi səhv salmamalıyıq”.

 

Dini atributların məktəbə gətirilməsi doğru deyil

Deputat vurğulayıb ki, Azərbaycan dünyəvi, hüquqi, demokratik dövlətdir:

“Azərbaycanda hər kəsin dini inanclarına hörmətlə yanaşılır. Eyni zamanda, dinin dövlətdən ayrı olması da bizim Konstitusiyamızda təsbit edilib. Bu mənada dini atributların məktəbə gətirilməsi doğru deyil. Bu, məktəbin, təhsilverənlərin və təhsilalanların dünyəvilik prinsipinin pozulmasına gətirib çıxarar. Buna görə də vahid geyimin tətbiq olunması birinci növbədə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək, normalar da bizim milli-mənəvi dəyərlərə uyğun müəyyənləşəcək. Bu həm də təhsilin keyfiyyətinə öz təsirini göstərəcək. Burada başqa bir nüans axtarmaq, “bu, dinə qarşıdır, dini nüanslara qarşıdır”, – demək düzgün deyil. Belə bir şey yoxdur və ola da bilməz. Belə müzakirələri mən yersiz və mənasız hesab edirəm. Azərbaycan hüquqi dövlətdir və qanunun aliliyi hər yerdə tətbiq olunur, burada da tətbiq edilməlidir”.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
Next Post: Rusiya dayansa, dayanarıq – Zelenski

Related Posts

  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • Mingəçevir Dövlət Universiteti kiberdayanıqlı rəqəmsal kampus mühitinin formalaşdırılması istiqamətində “Cybersign” MMC ilə əməkdaşlığa başlayıb Təhsil
  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil
  • Mingəçevir Dövlət Universiteti 5 il müddətinə akkreditasiya olundu Təhsil
  • Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq Təhsil
  • Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Asif Nəsirli dəfn edildi  Hadisə
  • İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə – VİDEO Cəmiyyət
  • “Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır” Ölkə
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib Ölkə
  • Qlobal təhlükəsizlikdə – Bakı yumşaq güc və qlobal aktor rolunda Siyasət
  • Ağıllı saatlar yanıldıcı ola bilər: Bunun səbəbi nədir? Maraqlı
  • Buraxılış imtahanının nəticələri elan olundu Təhsil
  • Bu saatlarda qətiyyən ATM-dən pul çıxartmayın! Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by