Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Diş ətiniz qanayırsa, bu vitamin çatışmır Cəmiyyət
  • “İllər keçir, bəzi yaralar sağalmır” Mədəniyyət
  • Başına ot bağlaması düşən kişi öldü Hadisə
  • “Sea Breeze”dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK Cəmiyyət
  • Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar İdman
  • Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş Cəmiyyət
  • Bakıda azyaşlı bağlı qapı arxasında qaldı Hadisə
  • Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası Maraqlı

Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar

Posted on 26 Oktyabr 2026 By admin Şərh yoxdur Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar

Mingəçevir Dövlət Universitetinin beynəlxalq akademik mobillik imkanlarından yararlanan tələbələri 2026/2027-ci tədris ilinin payız semestrində Türkiyə, Qazaxıstan və Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrində təhsilə başlayıblar. Universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsini və tələbələrin qlobal təhsil mühitinə inteqrasiyasını əks etdirən bu təşəbbüs gənclərin fərqli akademik sistemlərdə bilik və bacarıqlarını inkişaf etdirməsinə, beynəlxalq təcrübə qazanmasına və mədəniyyətlərarası ünsiyyət imkanlarını genişləndirməsinə şərait yaradır.

Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyi çərçivəsində həyata keçirilən “Orhun Mübadilə Proqramı” üzrə bir semestrlik akademik mobilliyə cəlb olunan MDU tələbələri artıq qəbul olunduqları universitetlərin tədris prosesinə qoşulub, mühazirə və praktiki məşğələlərdə iştirak etməyə başlayıblar.

Proqram çərçivəsində MDU-nun tələbələrindən Gülzar Niftəliyeva Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində, Aygün Əlizadə Adana şəhərindəki Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində, Polad Süleymanlı İstanbul Ticarət Universitetində, magistrant Umar Asimov isə Eskişehir şəhərində yerləşən Anadolu Universitetində təhsilini davam etdirir. Digər iştirakçılardan Fatimə Əlizadə Qazaxıstanın paytaxtı Astana şəhərindəki L.N. Qumilyov adına Avrasiya Milli Universitetində, Turqut Həziyev isə Özbəkistanın Kokand Universitetində akademik fəaliyyətə başlayıb.

Beynəlxalq mübadilə proqramında iştirak edən tələbələr təhsil aldıqları universitetlərin akademik mühitinə inteqrasiya olmaqla yanaşı, müxtəlif ölkələrdən olan gənclərlə birgə öyrənmə, yeni tədris metodları ilə tanışlıq və beynəlxalq əməkdaşlıq şəbəkələrində iştirak imkanları əldə edirlər. Bu təcrübə onların akademik inkişafı ilə yanaşı, müstəqil qərarvermə, adaptasiya, ünsiyyət və gələcək peşəkar fəaliyyət üçün zəruri olan kompetensiyalarının formalaşmasına mühüm töhfə verir.

Qeyd edək ki, 2026/2027-ci tədris ili ərzində Mingəçevir Dövlət Universitetinin ümumilikdə 56 tələbəsinin “Orhun Mübadilə Proqramı” çərçivəsində xarici universitetlərdə təhsil alması nəzərdə tutulub. Tələbələrin bir qismi payız, digər qismi isə yaz semestrində mübadiləyə qoşulacaq. Müqayisə üçün bildirək ki, 2025/2026-cı tədris ilində MDU-nun 10 tələbəsi bu proqramdan yararlanıb. Beləliklə, cari tədris ili üçün nəzərdə tutulan iştirakçı sayı əvvəlki illə müqayisədə 5,6 dəfə çoxdur. Bu göstərici universitetdə beynəlxalq akademik mobilliyin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndiyini nümayiş etdirir.

Mingəçevir Dövlət Universiteti tələbələrin beynəlxalq təhsil imkanlarına çıxışının artırılmasını, akademik mühitdə müxtəlifliyin təşviqini, bərabər inkişaf imkanlarının yaradılmasını və beynəlxalq təcrübənin universitetin təhsil mühitinə inteqrasiyasını prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır. Xarici universitetlərdə qazanılan bilik və təcrübənin paylaşılması akademik mühitin zənginləşməsinə, tələbəyönümlü təhsil yanaşmalarının inkişafına və universitetlərarası tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə yeni imkanlar yaradır.

Qeyd edək ki, beynəlxalq mübadilə proqramlarında iştirakın genişlənməsi MDU-nun yalnız regional deyil, həm də beynəlxalq ali təhsil məkanında fəal iştirakçı kimi mövqeyinin güclənməsini, tələbələrinin isə qlobal əmək bazarına və müasir akademik çağırışlara daha hazırlıqlı yetişməsini əks etdirir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
Next Post: ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

Related Posts

  • 2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq  Təhsil
  • Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib Təhsil
  • MDU və “Bakı İnşaat Sənaye” ASC əməkdaşlığa başladı Təhsil
  • Anar Eminov: “Bu əməkdaşlıqlar Mingəçevir Dövlət Universitetinin rəqəmsal gələcəyinə və tələbələrimizin uğurlu karyerasına mühüm töhfə verəcək” Təhsil
  • Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI Təhsil
  • Vahid geyim məktəblərdə belə görüntülərə səbəb olur – VİDEO Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi. Cəmiyyət
  • Kolleclərə qəbul olanların siyahısı açıqlandı Təhsil
  • Motosikletlə “Mercedes” toqquşdu – Kuryer xəsarət aldı Hadisə
  • Dünyanın ən dadlı şorbaları açıqlandı – SİYAHI Dünya
  • Dəhlizdə bu 5 əşyanı saxlamayın – Uğurun qarşısını kəsir Cəmiyyət
  • Paşinyan Gürcüstanda səfərdədir Dünya
  • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by