Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Avropada etiraz aksiyaları genişlənəcək – PROQNOZ Dünya
  • Azərbaycanda bu bankın ləğvi tamamlandı İqtisadiyyat
  • Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub Dünya
  • “İflicdən sonra düşündüm ki, teatrla qurtardım” – Kubra Əliyeva Mədəniyyət
  • Paşinyan Gürcüstanda səfərdədir Dünya
  • Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək Ölkə
  • İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirib Siyasət
  • Saqqızın tərkibindəki bu maddə faydalı imiş.. Maraqlı

Bu sahədə layihələrə qrant veriləcək

Posted on 10 Aprel 2026 By admin Şərh yoxdur Bu sahədə layihələrə qrant veriləcək

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi “Qrant haqqında” Qanununa uyğun olaraq həyata keçiriləcək.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Qanununa uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bildirilib ki, “Qrant haqqında” Qanununa əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.
Vurğulanıb ki, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lər ilə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.

Qeyd olunanları nəzərə alaraq mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Eyni zamanda, sözügedən qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. “Mədəni və yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası” və digər sənədlərdə istifadə edilib. Bu xüsusda layihədə “mədəni və yaradıcı sənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadiyyat

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda bu əməli törədənlər həbs ediləcək
Next Post: Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək

Related Posts

  • Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir – Baş nazir  İqtisadiyyat
  • Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat
  • Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını kəskin artırıb İqtisadiyyat
  • Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqləndi İqtisadiyyat
  • Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb İqtisadiyyat
  • Dünyada ərzaq qiyməti ucuzlaşır İqtisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Nizami Gəncəvinin abidəsi təhqir olundu – VİDEO Hadisə
  • Arıqlamaq istəyirsinizsə bu vərdişləri unudun Cəmiyyət
  • Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ Ölkə
  • Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Ölkə
  • Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib İqtisadiyyat
  • Moskvada mobil internet kəsilib Dünya
  • Bərdədə avtomat silah və patronlar aşkarlandı, saxlanılan var Kriminal
  • İstanbulda XİN rəhbərlərinin İran üzrə görüşü keçiriləcək Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by