Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Lüks bazarında sürpriz: “Richemont” analitiklərin gözləntilərini ikiqat üstələdi İqtisadiyyat
  • Cüdoçumuz Avropa Kubokunun qalibi oldu İdman
  • Rektor Anar Eminov kafedra müdiri Mehdi Rəhimovun vəfatı ilə bağlı Qazaxıstandan başsağlığı ünvanlayıb Təhsil
  • Mətbuatın 151-ci ildönümü Mingəçevirdə coşquyla qeyd olundu: İcra Hakimiyyətində önəmli görüş Cəmiyyət
  • Qatar reyslərinin sayı artırılır – Yeni cədvəl Ölkə
  • Yanaşı iki mağaza – Necə olur ki biri yaxşı qazanır, digəri yox? Cəmiyyət
  • Azərbaycanda 63 yaşlı qadın illər sonra ana oldu – VİDEO Cəmiyyət
  • Əməkdar artist vəfat etdi Mədəniyyət

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: Bu qaydaların tətbiqi dini dəyərlərə qarşı yönəlməyib

Posted on 11 Oktyabr 202611 Oktyabr 2026 By admin Şərh yoxdur Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: Bu qaydaların tətbiqi dini dəyərlərə qarşı yönəlməyib

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.

“Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə edirik. Xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə təhrikləri qətiyyətlə pisləyirik.

Sıralarında yüzlərlə QHT-ni birləşdirən çətir təşkilat olaraq, Azərbaycan cəmiyyətini milli maraqlarımıza, Konstitusion dəyərlərimizə və ictimai həmrəyliyimizə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq.

Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində, Türk dünyasında dünyəvi dövlətçilik ənənəsini formalaşdıran ilk ölkə kimi tarixə düşüb. Xalqımız dini-mənəvi dəyərlərinə hər zaman böyük ehtiramla yanaşıb, İslam xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib hissəsinə çevrilib. Dövlət bayrağımızdakı yaşıl rəng də xalqımızın İslam sivilizasiyası ilə tarixi-mədəni bağlılığının rəmzidir. Bununla yanaşı, Azərbaycan dövlətçiliyinin gücü həm də müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşamasında təzahür edir. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərir. Dövlət tərəfindən dini ibadət yerlərinin qorunması, tarixi abidələrin bərpası və yeni ibadət məkanlarının inşasına göstərilən diqqət Azərbaycanın dini tolerantlıq və birgəyaşayış ənənələrinin bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin məhz məsciddən başlaması (Ağdam Cümə məscidi) və Şuşa azad edildiyi anda atəş səsləri altında azan səsinin ucalması xalqımızın İslama bağlılığının və dini dəyərlərinə ehtiramının rəmzi kimi yaddaşlarda qalıb.

Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə etmək, dini inancları cəmiyyətdə qarşıdurma vasitəsinə çevirmək isə nə İslamın mənəvi mahiyyətinə, nə də xalqımızın əsrlər boyu formalaşmış birgəyaşayış ənənələrinə uyğundur.

Bu gün təhsil müəssisələrində hamı üçün müəyyən edilmiş qaydalara əməl olunması ümumi hüquqi çərçivənin tələbidir. Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələblərdə vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir. Eyni zamanda, təhsilverənlərin geyiminə dair tələblər də müəllimlərin peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi xarakterinin qorunmasını nəzərdə tutur.

Azərbaycan Milli QHT Forumu olaraq təhsil müəssisələrində geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamı üçün bərabər şəkildə tətbiqini dəstəkləyirik. Çünki məktəblər dini təbliğatın və ideoloji təsirlərin deyil, elmin, təhsilin, milli-mənəvi dəyərlərin və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır.

Dinin dövlətdən ayrı olduğu cəmiyyət Azərbaycan xalqının şüurlu seçimidir, bu dəyərə hücumlar heç bir nəticə verə bilməz. Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır və Azərbaycan Maarifçilik Hərəkatı bu eybəcərliklərə qarşı əzmkarlıqla mübarizə aparıb, sivil dövlətçilik əsaslarını formalaşdırıb. Azərbaycanı həmin qaranlıq dövrlərə, cəhalətə sürükləmək istəyənlər, Azərbaycanı “mollalaşdırmaq”, “iranlaşdırmaq” və dini ehkamlar əsasında idarə olunan dövlətə çevirmək istəyənlər niyyətlərinə nail olmayacaqlar.

Azərbaycan cəmiyyəti öz dini dəyərlərinə sahib çıxmaqla yanaşı, dünyəvi dövlətçilik prinsipini də qətiyyətlə qorumaq əzmindədir. Hesab edirik ki, bu məsələdə əsas meyar emosiyalar, təxribatçı çağırışlar və xaricdən yönləndirilən təbliğat deyil, Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericiliyi və milli maraqları olmalıdır.

Milli həmrəylik və ictimai sabitlik hamımızın məsuliyyətidir. Azərbaycan Milli QHT Forumu olaraq vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri, media subyektlərini və bütövlükdə ictimaiyyəti dini həssaslıqlardan sui-istifadə edən, cəmiyyəti parçalamağa yönəlmiş informasiya kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırırıq. Vətəndaşlarımızı təxribatlara uymamağa, məsələlərə hüquqi, milli və ictimai maraqlar baxımından yanaşmağa dəvət edirik. Qanunun aliliyi, milli həmrəylik və dünyəvilik dövlətimizin və cəmiyyətimizin ayrılmaz dayaqlarıdır. Bu dəyərlərin qorunması hər birimizin vətəndaşlıq borcudur”.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Azərbaycana qarşı saxta xəbərlər yayan kanalın təsisçisi deport edildi
Next Post: Dünyanın ən varlı ölkələrinin SİYAHISI DƏYİŞDİ – Bu ölkələr zirvəyə qalxdı

Related Posts

  • Keçid balları enəcək – Abituriyentlərə ŞAD XƏBƏR Təhsil
  • Yeni təmayüllü tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə start verildi Təhsil
  • Beşinci qrup üzrə qəbul planına nə qədər yer ayrılıb? Təhsil
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil
  • 40 illik müəllim ömrü: Zülfiyyə Əliyevanın yetişdirdiyi nəsillər Təhsil
  • Niyə məhz Mingəçevir Dövlət Universiteti? — 12 SƏBƏB Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Məşhur “La casa de papel” qayıdır Mədəniyyət
  • Ramazanın 15-ci gününün imsak, iftar vaxtı Ölkə
  • Ərdoğan Makronu Ermənistandan Türkiyəyə buraxmayıb Siyasət
  • Zidan Fransa millisinin sükanı arxasına keçir: Deşamı əvəz edəcək İdman
  • Sumqayıtda tonqalda partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb Hadisə
  • Guide du baccarat pour joueurs français Blog
  • Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər Cəmiyyət
  • Ən çox qızıl alan ölkələr – Azərbaycan neçəncidir? Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by