Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Yaxın Şərqdə nə baş verir? – Dubaya uçuşlar ləğv olunur Dünya
  • Yevlaxın bir hissəsində qaz kəsiləcək Cəmiyyət
  • Müəllimi onu qovdu, Anası evliliyinə qarşı çıxdı: Albert Eynşteynin maraqlı həyat hekayəsi – VİDEO Dünya
  • Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu Kriminal
  • Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı Dünya
  • Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK – RƏSMİ İqtisadiyyat
  • Məhkəmə sədrinə AĞIR İTKİ Cəmiyyət
  • Dunkan Norman Azərbaycan xalqını təbrik edib Ölkə

Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib

Posted on 13 Mart 2026 By admin Şərh yoxdur Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib

“Milli tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olan 2025-ci il Azərbaycan dövlətinin siyasi və hüquqi yetkinliyinin rəmzinə çevrilmiş, eyni zamanda, ölkəmizin ardıcıl və dinamik inkişafında yeni mərhələ təşkil edib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti həm ölkə daxilində, həm də beynəlxalq arenada çoxsaylı böyük uğurların əldə olunmasına şərait yaradıb”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlament hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.

Spiker bildirib ki,  Prezidentin təşəbbüsü ilə başlanmış sülh prosesinin institusional əsaslarını möhkəmləndirən, Cənubi Qafqazda yaranmış yeni reallıqları təsbit edən Vaşinqton razılaşmaları dövlətimizin növbəti diplomatik uğuru olub:

‘Həyata keçirilən müstəqil və düşünülmüş xarici siyasət Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmişdir. Bizim dövlətimiz regional və qlobal məsələlərin həllində fəal iştirak etmiş, enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat dəhlizlərinin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verib.
Azərbaycanın 8 böyük müsəlman ölkəsini birləşdirən D-8 beynəlxalq təşkilatına qəbul edilməsi, Orta Asiya ölkələrinin Məşvərət Şurasının tam hüquqlu üzvü olması böyük tarixi nailiyyətlərdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə Görüşü  dövlətimizin siyasi və iqtisadi gücünü bir daha nümayiş etdirmişdir. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşü isə türk dünyasının inteqrasiyası yolunda mühüm addım olub”,- o qeyd edib.
Spiker əlavə edib ki, son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanıb:  “Azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası reallaşdırılır, yeni iqtisadi və sosial mərkəzlər yaradılır. Böyük qayıdış dövlət proqramı mərhələ-mərhələ həyata keçirilir.

2025-ci ildə sosial siyasətə xüsusi diqqət yetirilmişdir. Əhalinin rifahının yüksəldilməsi ilə bağlı proqramlar icra olunmuş, sosial müdafiə tədbirləri genişləndirilmiş, səhiyyə və təhsil sistemlərində təkmilləşdirmə işləri aparılıb.

Ötən il ümumi daxili məhsulun artımı davam etmiş, ölkənin strateji valyuta ehtiyatları 20 faizə yaxın artaraq 85 milyard ABŞ dollarını ötmüşdür. Bu da məmnunluqla qeyd edilməlidir ki, iqtisadi artım qeyri-neft-qaz sektorunda daha yüksək olmuş, iqtisadiyyata yönələn investisiyaların təqribən 75 faizi də bu sahənin payına düşmüşdür.
2025-ci ildə biznes və investisiya mühitinin yaxşılaşdırılması, institusional islahatların aparılması, korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir – Baş nazir 
Next Post: Şənbə günü hava dumanlı olacaq

Related Posts

  • İlham Əliyev “Bir kəmər, bir yol” layihəsinin önəmini qeyd etdi Ölkə
  • Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək Ölkə
  • Sabah Bakıda 25 dərəcə isti olacaq Ölkə
  • Həsən Əliyev və Tbilisi prospektinin kəsişməsində YENİLİK Ölkə
  • 1 Avqust – Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Ölkə
  • İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq öldü Hadisə
  • İran Hörmüz boğazını açıb Siyasət
  • Almaniyada məktəbə hücum: Ölənlər var Dünya
  • Qadın alış-veriş edərkən canavarın hücumuna məruz qalıb Hadisə
  • Məhkəmə keçmiş məcburi köçkünün evi ilə bağlı MÜHÜM QƏRAR VERDİ Cəmiyyət
  • Şiddət görüntüləri uşaqlara necə təsir edir? Cəmiyyət
  • Qrenlandiyalılar ABŞ konsulluğunun yaxınlığında etiraz aksiyası keçirdilər Dünya
  • Azərbaycanda pul bazası artdı Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by