Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Xameneinin həyat yoldaşı da ÖLDÜ Dünya
  • Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb İdman
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil
  • Komitə sədrindən məktəbli geyimləri ilə bağlı açıqlama: “Doğru deyil” Təhsil
  • Pavel Durov müasir dövrün 11 fırıldağını açıqladı Maraqlı
  • Mingəçevirdə ilan və zərərli həşəratlara qarşı profilaktik tədbirlər görüldü – Zəngəzur küçəsində dərmanlama aparıldı Cəmiyyət
  • Metrodan istifadə edənlərə ŞAD XƏBƏR Cəmiyyət
  • İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib Ölkə

Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub

Posted on 20 Oktyabr 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub

2026-cı ilin 20 oktyabr tarixində – Energetiklər Günündə Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılış mərasimi keçirilib. Yaşıl enerji texnologiyalarının inkişafı, mühəndislik təhsilinin müasirləşdirilməsi və elmi-tədqiqat imkanlarının genişləndirilməsi məqsədilə yaradılan laboratoriya müəllim və tələbələrin istifadəsinə verilib.

Açılış mərasimində MDU-nun rektoru Anar Eminov, universitetin professor-müəllim heyəti və əməkdaşları, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının rəisi Səbuhi Mürsəlov, filialın enerji müfəttişi Qabil Vəliyev və “Azərenerji” ASC-nin tabeliyində olan Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktor müavini Əhəd Quliyev iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Anar Eminov bildirib ki, “GreenAI” Günəş Enerji Laboratoriyasının istifadəyə verilməsi universitetdə müasir mühəndislik təhsilinin inkişafı, tələbələrin praktiki bacarıqlarının gücləndirilməsi və bərpa olunan enerji sahəsində innovativ tədqiqatların aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor laboratoriyanın məhz 20 Oktyabr – Energetiklər Günündə açılmasını xüsusi əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycanın mühüm energetika mərkəzlərindən biri olan Mingəçevirdə belə bir laboratoriyanın yaradılması enerji sektorunun gələcək inkişafına, yaşıl texnologiyaların tətbiqinə və yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasına töhfə vermək məqsədi daşıyır.

“Energetiklər Günündə yeni laboratoriyanın istifadəyə verilməsi həm ölkəmizin energetika sahəsində çalışan mütəxəssislərinə göstərilən ehtiramın, həm də bu sahənin gələcəyinə yönəlmiş mühüm təşəbbüsün ifadəsidir. Məqsədimiz nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirən, müasir enerji texnologiyalarını mənimsəyən və innovativ həllər təqdim edə bilən mütəxəssislər yetişdirməkdir”, – deyə Anar Eminov vurğulayıb.

Bildirilib ki, yeni laboratoriya müəllim və tələbələrə günəş enerjisi sistemlərinin layihələndirilməsi, modelləşdirilməsi, enerji səmərəliliyinin təhlili və texniki-iqtisadi göstəricilərin qiymətləndirilməsi imkanları yaradacaq. Laboratoriyada SAM (System Advisor Model), PVsyst və digər müasir proqram təminatlarından istifadə, həmçinin süni intellekt və rəqəmsal texnologiyaların bərpa olunan enerji sistemlərinə inteqrasiyası istiqamətində tədris və tədqiqat fəaliyyətləri nəzərdə tutulur.

Laboratoriyanın yaradılmasında Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTÜ) Günəş Enerjisi Araşdırma və Tətbiq Mərkəzinin (GÜNAM) elmi təcrübəsi və beynəlxalq əməkdaşlıq imkanları xüsusi əhəmiyyət daşıyır.

Mərasim zamanı iştirakçılar laboratoriyanın imkanları ilə tanış olublar. Rektor Anar Eminov açılışda iştirak edən enerji sektoru nümayəndələrinə təşəkkürünü bildirərək təhsil–elm–sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, “GreenAI” Günəş Enerji Laboratoriyasının yaradılması MDU-nun 2030-cu ilədək Strateji İnkişaf Planının və “Green Campus 2030” konsepsiyasının hədəflərinə uyğun olmaqla, universitetdə yaşıl transformasiyanın sürətləndirilməsinə, elmi-innovasiya mühitinin inkişafına və gələcəyin enerji mütəxəssislərinin hazırlanmasına xidmət edir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə böyrək xəstəliklərinin müalicəsi: 45 ildən artıq təcrübəsi olan Allahverdi həkim
Next Post: Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.

Related Posts

  • Niyə məhz Mingəçevir Dövlət Universiteti? — 12 SƏBƏB Təhsil
  • Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? – NAZİRDƏN MÜHÜM AÇIQLAMA Təhsil
  • Universitet proqramlarına yeni mövzu daxil ediləcək Təhsil
  • Mingəçevirdə üç müəllim Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub Təhsil
  • Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək Təhsil
  • Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyədə doktorantura təhsili almaq istəyən əməkdaşlarla görüşüb Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Kreml: İrəvan qərar verməlidir, nə qədər tez olsa.. Dünya
  • İsrail qırıcıları Macarıstan təyyarəsinə görə havaya qalxdı Dünya
  • Sumqayıtda fərdi ev tam yanıb Hadisə
  • “Veliaht” izləyicilərinə pis xəbər Mədəniyyət
  • Mayda bu BÜRClər pul içində üzəcək – Karyera və şans partlayışı Maraqlı
  • “Səbail” Alxasovu heyətinə qatdı İdman
  • Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı Dünya
  • Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by