Mingəçevirdə yay aylarında irinli xəstəliklər artır – Cərrah Kərim Kərimovdan əhaliyə mühüm xəbərdarlıq
44 günlük Vətən müharibəsinin iştirakçısı, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahı Kərim Kərimov yay mövsümündə irinli yaralar, dolamalar və digər iltihabi xəstəliklərlə bağlı müraciətlərin artdığını açıqlayıb. Yay mövsümündə havaların kəskin istiləşməsi ilə birlikdə irinli iltihabi xəstəliklərin sayında da artım müşahidə olunur. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrah həkimi Kərim Laçın oğlu Kərimov bildirib ki, son günlər xəstəxanaya…