Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • III Dünya müharibəsi başlasa, ilk 7 gün nələr ola bilər? Siyasət
  • Uşağın doğulduğu ay onun inkişafına təsir edir? – Araşdırma Maraqlı
  • Azərbaycanda hər sürücünün tanıdığı adamdan ETİRAF: “Özüm də 40 manat cərimə olunmuşam” – VİDEO Cəmiyyət
  • 7 nazirlik işçi axtarır: 3 700 manat maaş Cəmiyyət
  • Azərbaycanda yeni informasiya sistemi yaradıldı Ölkə
  • Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır Siyasət

Mingəçevirdə yay aylarında irinli xəstəliklər artır – Cərrah Kərim Kərimovdan əhaliyə mühüm xəbərdarlıq

Posted on 13 İyul 202613 İyul 2026 By admin Şərh yoxdur Mingəçevirdə yay aylarında irinli xəstəliklər artır – Cərrah Kərim Kərimovdan əhaliyə mühüm xəbərdarlıq

44 günlük Vətən müharibəsinin iştirakçısı, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahı Kərim Kərimov yay mövsümündə irinli yaralar, dolamalar və digər iltihabi xəstəliklərlə bağlı müraciətlərin artdığını açıqlayıb.

Yay mövsümündə havaların kəskin istiləşməsi ilə birlikdə irinli iltihabi xəstəliklərin sayında da artım müşahidə olunur. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrah həkimi Kərim Laçın oğlu Kərimov bildirib ki, son günlər xəstəxanaya bədənin müxtəlif nahiyələrində yaranan dolamalar, irinli yaralar və digər irinli iltihabi proseslərlə bağlı müraciət edənlərin sayı xeyli artıb.

Qeyd edək ki, Kərim Kərimov 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərək Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib. Bu gün isə o, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yüzlərlə pasiyentin sağlamlığı naminə xidmət göstərir.

Həkimin sözlərinə görə, müraciət edənlər arasında təkcə Mingəçevir sakinləri deyil, ətraf rayon və şəhərlərin sakinləri də üstünlük təşkil edir. Yay aylarında yüksək temperatur, güclü tərləmə, gigiyena qaydalarına kifayət qədər əməl olunmaması və bakteriyaların sürətlə çoxalması irinli xəstəliklərin yaranması üçün əlverişli şərait yaradır.

“Klinikamıza daha çox bədənin müxtəlif nahiyələrində əmələ gələn dolamalar, irinli yaralar və digər irinli iltihabi xəstəliklərlə bağlı müraciətlər daxil olur. Bəzi hallarda xəstələrin vəziyyəti cərrahi müdaxilə tələb edir. Vaxtında həkimə müraciət etmək həm müalicəni asanlaşdırır, həm də ağırlaşmaların qarşısını alır”, – deyə Kərim Kərimov bildirib.

Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək vurğulayıb ki, irinli yaraları ev şəraitində sıxmaq, deşmək və ya özbaşına müalicə etmək ciddi fəsadlara səbəb ola bilər. İlk əlamətlər müşahidə olunan kimi ixtisaslı həkimə müraciət olunması tövsiyə edilir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bu cür müraciətlər operativ şəkildə qiymətləndirilir, xəstələr müayinə olunaraq vəziyyətlərinə uyğun konservativ və ya cərrahi müalicəyə cəlb edilirlər.

Dövrü mətbuatın əsas vəzifələrindən biri də cəmiyyətin sağlamlığı ilə bağlı maarifləndirici məlumatları ictimaiyyətə operativ şəkildə çatdırmaqdır. Həkimlərin bu kimi tövsiyələrinin işıqlandırılması insanların sağlamlıq risklərini vaxtında dəyərləndirməsinə, erkən diaqnostika və müalicəyə müraciət etməsinə mühüm töhfə verir.

Esmira Hidayətova, Mingəçevir 

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: 2 BÜRC keçmişlə vidalaşacaq, bu BÜRC isə sevgisini etiraf edəcək
Next Post: Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu

Related Posts

  • Azərbaycanda 63 yaşlı qadın illər sonra ana oldu – VİDEO Cəmiyyət
  • 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir – Fotolar Cəmiyyət
  • Vətənin məğrur oğlu: Qazi Ceyhun Həsənovun doğum günü mübarək! Cəmiyyət
  • Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş Cəmiyyət
  • Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyevin abidəsinin açılışı olub Cəmiyyət
  • 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi. Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İran “Abraham Lincoln”a raket atdı – Video Siyasət
  • Pezeşkian bütün icra orqanlarına təcili tapşırıq verdi Dünya
  • ABŞ Körfəz ölkələrinə 16 milyardlıq silah satdı Dünya
  • Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var Hadisə
  • SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu yolda sıxlıq yaranıb Cəmiyyət
  • Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib Siyasət
  • Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı Ölkə
  • Əməkdar jurnalist Nurani dəfn olundu Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by