Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Uzunömürlülük kefiri hazırlanır Dünya
  • MEDİA: İranla sərhədə ağır silahların yerləşdirilməsi barədə paylaşımlar manipulyasiyadır Siyasət
  • İrandan Türkiyəyə atılan raket məhv edildi Siyasət
  • Gədəbəydə 78 yaşlı kişinin meyiti tapılıb Hadisə
  • Hörmüzün açılması üçün 6 ŞƏRT Siyasət
  • Əməkdar artist “Çocuklar duymasın”ın aktyoru ilə bir arada – FOTO Mədəniyyət
  • Bu sahədə layihələrə qrant veriləcək İqtisadiyyat
  • Əməkdar jurnalist Nurani dəfn olundu Cəmiyyət

Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?

Posted on 9 İyun 2026 By admin Şərh yoxdur Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?

2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 15 aprel-5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib. Müraciət edən namizədlərin 271 nəfəri dünya reytinq cədvəllərində (“Times Higher Education”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai)”) top 10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edib. Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Avstraliya İttifaqı və Çin Xalq Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər və dövlət idarəetməsidir.

Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən – 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı illik 500 nəfərədək müəyyən olunub. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Top UK Bingo Jackpot Games Reviewed
Next Post: “İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir”

Related Posts

  • Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyədə doktorantura təhsili almaq istəyən əməkdaşlarla görüşüb Təhsil
  • MDU rektoru Anar Eminov 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib Təhsil
  • Mingəçevir Dövlət Universitetində Turizm Sənaye Şurası yaradılır Təhsil
  • Dayanıqlı region, güclü insan kapitalı: Mingəçevir Dövlət Universitetində növbəti “Məzun Günü” keçirilib Təhsil
  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • MDU-da yeni laboratoriyalar tələbələrin praktiki hazırlığını gücləndirəcək Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıda bu məktəbdə tədris DAYANDIRILDI – SƏBƏB Təhsil
  • Vəkillər Kollegiyası: “Son 2 ildə hüquq tələbələrinin inkişafına 55 min manatdan artıq maliyyə dəstəyi göstərilib” Ölkə
  • Türkiyədə güclü zəlzələ oldu Dünya
  • Vüsalə Səttarova vəfat etdi – FOTO Cəmiyyət
  • Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb Təhsil
  • Məşhur erməni idmançını fitə basdılar İdman
  • Hər kəs qabığını atır, amma… – Kivinin gizli faydası Maraqlı
  • Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər? Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by