Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi Ölkə
  • Superkompüterdən yeni proqnoz – Dünya çempionu kim olacaq? İdman
  • Şiddət görüntüləri uşaqlara necə təsir edir? Cəmiyyət
  • Data mərkəzləri yükə çevrilir: Mask və Til çıxış yolu tapdı Dünya
  • İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Ölkə
  • ABŞ vətəndaşlığından imtina üçün nə qədər ödəniş tələb olunur? Dünya
  • Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünya
  • Süni intellektə görə qlobal yaddaş böhranı – RAM qiymətləri rekord vurur Dünya

AzTU ilə MDU arasında mühəndislik təhsili və elmi-tədqiqat sahəsində əməkdaşlıq genişləndirilir

Posted on 23 Sentyabr 2026 By admin Şərh yoxdur AzTU ilə MDU arasında mühəndislik təhsili və elmi-tədqiqat sahəsində əməkdaşlıq genişləndirilir

Universitetlər arasında mühəndislik təhsili və elmi-tədqiqat sahəsində əməkdaşlıq genişləndirilir
Sentyabrın 23-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir Dövlət Universiteti (MDU), eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.


Beş il müddətinə nəzərdə tutulan müqavilələrin əsas məqsədi ali təhsil müəssisələri arasında təhsil, elm, innovasiya və texnologiyaların transferi sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə mütəxəssis hazırlığının təşkili və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsidir.
Müqavilələr çərçivəsində elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, kimya mühəndisliyi və mexanika mühəndisliyi də daxil olmaqla, müxtəlif ixtisaslar üzrə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, tələbələrin tərəfdaş universitetlərdə müəyyən müddət təhsil almalarına şərait yaradılması, birgə təhsil və tədqiqat proqramlarının təşkili nəzərdə tutulur.
Əməkdaşlıq, həmçinin, tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksək ixtisaslı mühəndis kadrların hazırlanması, universitetlərin elmi və texnoloji potensialının gücləndirilməsi, mövcud infrastruktur və innovasiya imkanlarından qarşılıqlı istifadənin təmin edilməsi istiqamətlərini əhatə edir.
Bununla yanaşı, tərəflər sənaye-universitet əməkdaşlığının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq layihələrdə birgə iştirak imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Mingəçevirli müəllim və şagird Üzeyir Hacıbəyli Festivalının səhnəsində – Qürurverici uğur
Next Post: Mingəçevir Su Anbarında iki fəhlə quyuya düşdü

Related Posts

  • Mingəçevir Dövlət Universitetini seçmək – uğurlu gələcəyə atılan ən doğru addımdır Təhsil
  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu Təhsil
  • Komitə sədrindən məktəbli geyimləri ilə bağlı açıqlama: “Doğru deyil” Təhsil
  • Məktəbdə insident: Müəllim valideyni döydü Təhsil
  • Mingəçevir Dövlət Universitetinin əziz xanım əməkdaşları və tələbələri!  Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Cómo elegir un casino online fiable en España Blog
  • Pünhan Əlizadəyə yüksək vəzifə VERİLDİ Ölkə
  • Azərbaycan nefti cüzi ucuzlaşıb İqtisadiyyat
  • Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü İdman
  • İran sərhədçiləri dizel daşıyan gəmini ələ keçirdi Dünya
  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı Cəmiyyət
  • Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı Kriminal
  • DYP rayonlara səfər edən sürücülərə müraciət etdi Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by