Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Fast Withdrawal Casinos UK: A Practical Guide to Getting Your Winnings Quickly Blog
  • Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB Cəmiyyət
  • “Real Madrid” Arda Güler barədə QƏRARINI VERDİ – Türkiyəli futbolçu Madriddən ayrılır? İdman
  • Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin Cəmiyyət
  • Bu gün imtahan var – YENİLƏNİB Təhsil
  • Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib Ölkə
  • Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər Ölkə
  • İlin ən pis filmləri və aktyorları – SİYAHI Mədəniyyət

Süni intellektə görə qlobal yaddaş böhranı – RAM qiymətləri rekord vurur

Posted on 18 Avqust 2026 By admin Şərh yoxdur Süni intellektə görə qlobal yaddaş böhranı – RAM qiymətləri rekord vurur

ABŞ-da DDR5 operativ yaddaşının qiymətləri son bir ildə ayrı-ayrı seqmentlərdə beş dəfəyə yaxın artıb, bəzi dəstlərin dəyəri isə 3400 dollara yaxınlaşıb.

Bu barədə “PCPartPicker”in məlumatlarına istinadla “Tom’s Hardware” nəşri məlumat yayıb.

Ən çox böyük tutumlu dəstlər bahalaşıb. 64 QB həcmində (hər biri 32 QB olmaqla 2 ədəd) “DDR5-5600” dəstinin orta qiyməti 2025-ci ilin avqustundakı 191 dollardan 2026-cı ilin avqustunda 1118 dollara yüksəlib – yəni 485% artıb. Eyni həcmli “DDR5-6000” isə 222 dollardan 1272 dollara qədər və ya 473% bahalaşıb. 32 QB-lıq “DDR5-6000” dəsti üçün artım 429% təşkil edib: 108 dollardan 572 dollara qədər.

Digər dəstlərin qiymətləri də əvvəlki minimum göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, 128 QB-lıq “DDR5-6400” hazırda tarixən ən aşağı göstərici olan 329 dollarla müqayisədə təxminən 3399 dollara təklif olunur. 64 QB həcmində “DDR5-6000” dəstinin qiyməti isə tarixən ən aşağı göstərici olan 159 dollardan 849 dollara qədər qalxıb.

Qıtlıq daha köhnə “DDR4” yaddaş modellərinə də təsir göstərib. Onun dəyəri il ərzində təxminən 120-180% artıb. Belə ki, 32 QB həcmində “DDR4-3200” dəstinin qiyməti 105 dollardan 281 dollara qədər, 64 QB-lıq “DDR4-3600” isə 300 dollardan 789 dollara qədər bahalaşıb.

Almaniyanın “ComputerBase” nəşrinin məlumatına görə, qiymət artımı yalnız ABŞ-da müşahid olunmur: Avropada operativ yaddaşın orta dəyəri 2025-ci ilin sentyabrı ilə müqayisədə 345% artıb. Eyni zamanda sərt disklər və SSD toplayıcıları da 125%-dən çox bahalaşıb.

“Tom’s Hardware” yaddaş qıtlığını süni intellekt infrastrukturu tərəfindən olan yüksək tələbatla əlaqələndirir. Nəşrin yazdığına görə, iri bulud hesablama provayderləri artıq 2027-ci il üçün qlobal DRAM istehsalı güclərinin əhəmiyyətli hissəsini rezerv ediblər və bu da fərdi kompüter və smartfon istehsalçılarına daha az əlçatan komponent saxlayır.

Nəşrin qiymətləndirməsinə görə, qiymətlərin əhəmiyyətli dərəcədə enməsi yalnız süni intellekt bazarından olan tələbatın hiss olunacaq dərəcədə azalması halında mümkündür.

Dünya

Yazı naviqasiyası

Previous Post: Ebru Gündeş 10 yaş cavanlaşmaq üçün 200 min dollar ödədi – VİDEO
Next Post: Tərtərdə dəhşətli qəza: Maşın iki qadını vurub öldürdü

Related Posts

  • İnfantino seçkilərdə namizəd olacaq? Dünya
  • Almaniyada məktəbə hücum: Ölənlər var Dünya
  • ABŞ-İran savaşının səssiz qalibi – Pekin Dünya
  • Putinin məşhur avtomobili sultanın sarayında Dünya
  • Qətər: İran raketi neft tankerinə düşüb Dünya
  • Casusluqda ittiham edilən Fransa vətəndaşının məhkəməsinə bəzi şahidlər məcburi gətiriləcək Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək Dünya
  • 5 Nömrəli Bağça: Balacaların Sevgi və Bilik Məkanı Cəmiyyət
  • Latviya Prezidenti Edqars Rinkeviçs “Bakı Ağ Şəhər”də olub – FOTO Ölkə
  • Media: ABŞ Hörmüzün blokadasına 15-dən çox hərbi gəmi cəlb edib Siyasət
  • KİV: Günəş tutulması Avropada elektrik enerjisi çatışmazlığını dərinləşdirə bilər Dünya
  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət
  • Ən çox qızıl alan ölkələr – Azərbaycan neçəncidir? Dünya
  • Yaşları ilə bağlı narahatlıq qadınlarda qocalma prosesini sürətləndirir – Yeni tədqiqat Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by