Milli komandalar üçün yaranmış fasilədən istifadə edən “Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev keçmiş komanda yoldaşı Abdullah Zubirlə görüşüb.
Bununla bağlı hər iki futbolçu paylaşım edib.
Zubir paylaşımına “Səni görmək həmişə xoşdur, mənim qardaşım” sözlərini yazıb.
Xatırladaq ki, Zubir “Qarabağ”dan avqustda gedib. O, hazırda Səudiyyə Ərəbistanın birinci liqa təmsilçisi “Əl-Oroba” klubunda çıxış edir.