Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sumqayıtda partlayış olub: xəsarət alanların vəziyyəti açıqlanıb Hadisə
  • Best £5 Deposit Bingo Sites Compared: Low-Stake Value in the UK Blog
  • Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB Cəmiyyət
  • Hövsanda qaz olmayacaq Ölkə
  • İstedadlı musiqiçi və müəllim Amil Həsənov 15 illik pedaqoji fəaliyyətini tamamlayır Ölkə
  • Qaraciyəri qoruyan ucuz tərəvəz – Tərkibində elə maddələr var ki.. Maraqlı
  • Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər? Cəmiyyət
  • Qarpızı bu formada yeməyin – Faydası olmayacaq Maraqlı

Mingəçevirli müəllim və şagird Üzeyir Hacıbəyli Festivalının səhnəsində – Qürurverici uğur

Posted on 22 Sentyabr 2026 By admin Şərh yoxdur Mingəçevirli müəllim və şagird Üzeyir Hacıbəyli Festivalının səhnəsində – Qürurverici uğur

Dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin adı Azərbaycanın musiqi mədəniyyəti tarixində qızıl hərflərlə yazılıb. Milli musiqimizin inkişafında misilsiz xidmətləri olan böyük sənətkarın yaradıcılığı bu gün də Azərbaycan musiqi məktəbinin əsas sütunlarından biri kimi yaşamaqdadır.

Sentyabrın 18-də Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü qeyd olunur. Bu əlamətdar tarix ölkəmizdə hər il müxtəlif mədəni tədbirlərlə, konsert proqramları və musiqi layihələri ilə qeyd edilir.

2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı isə artıq Azərbaycanın mədəni həyatında xüsusi yer tutan mühüm sənət hadisələrindən birinə çevrilib. Festival çərçivəsində dünyanın və Azərbaycanın tanınmış musiqiçiləri, ifaçıları, kollektivləri, bəstəkarları və gənc istedadları bir araya gəlir.

Bu mötəbər musiqi bayramında Mingəçevir şəhərinin də özünəməxsus iştirakı diqqət çəkib.

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin fortepiano müəllimi Zeynəb Həmidova və məktəbin 5-ci sinif şagirdi Dərya İsmayıllı festival proqramında iştirak edərək şəhərimizi və təhsil aldıqları musiqi məktəbini layiqincə təmsil ediblər.

Mingəçevirli müəllim və şagird üçün bu iştirak yalnız bir musiqi tədbirində çıxış etmək deyil, eyni zamanda Azərbaycanın ən mötəbər mədəniyyət platformalarından birində şəhərin və məktəbin adını səsləndirmək baxımından xüsusi əhəmiyyət daşıyıb.

Zeynəb Həmidova festivalda iştiraklarını böyük qürur hissi ilə xatırlayır:

“Bu iştirak bizə çox qürurverici hisslər yaşatdı. Festival çərçivəsində həm bəstəkarlarımızla, həm tanınmış sənətkarlarla, həm də istedadlı gənc ifaçılarla görüşmək imkanımız oldu. Dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Müqəddimə”ni sevə-sevə ifa etdik. Bu əsəri məhz belə möhtəşəm bir festivalın səhnəsində səsləndirmək bizim üçün olduqca böyük və unudulmaz təcrübə idi”.

Müəllimin sözlərinə görə, festivalda yaşanan ən qürurverici məqamlardan biri isə açılış proqramının məhz onların ifası ilə başlaması olub.

“Ən qürurverici anlardan biri də o oldu ki, festivalın ilk açılışı bizim ifa edəcəyimiz əsərlə başladı. Aparıcının səhnədə “Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin müəllimi və şagirdi” sözlərini deməsi bizim üçün çox böyük sevinc idi. Şəhərimizin və məktəbimizin adını həmin möhtəşəm səhnədə eşidəndə bir anlıq içimdə böyük qürur və sevinc hissləri yarandı”, – deyə Zeynəb Həmidova bildirib.

Musiqi müəllimi qeyd edib ki, bu cür tədbirlər gənc ifaçıların yaradıcılıq potensialının inkişafında və onların daha böyük səhnələrdə özlərini sınamasında mühüm rol oynayır.

Onun sözlərinə görə, Mingəçevirin musiqi məktəblərində yetişən istedadlı uşaqlar öz bacarıqları ilə ölkənin müxtəlif bölgələrində, eləcə də paytaxtda keçirilən nüfuzlu tədbirlərdə uğurla iştirak edə bilərlər.

“Biz bu festivalda iştirakımızla bir daha sübut etdik ki, Mingəçevirin musiqi məktəblərində yetişən istedadlı uşaqlar Bakıdakı musiqi məktəblərindən heç də geri qalmırlar. Əksinə, onlara yaradılan imkanlardan düzgün istifadə etdikdə öz istedadlarını böyük səhnələrdə nümayiş etdirə bilirlər. Bu baxımdan Dəryanın da belə bir mötəbər festivalda çıxış etməsi bizim üçün böyük qürurdur”, – deyə Zeynəb Həmidova vurğulayıb.

5-ci sinif şagirdi Dərya İsmayıllının festivalda iştirakı isə onun gələcək yaradıcılıq yolunda mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Gənc ifaçının belə böyük səhnədə özünü sınaması həm onun üçün dəyərli təcrübə, həm də Mingəçevir Musiqi Məktəbinin yetirmələrinin potensialının göstəricisidir.

Üzeyir Hacıbəyli kimi dahi sənətkarın adını daşıyan musiqi məktəbinin müəllim və şagirdinin onun yaradıcılığına həsr olunmuş beynəlxalq festivalda səhnəyə çıxması isə ayrıca simvolik məna daşıyır.

Bu uğur Mingəçevirin musiqi həyatında yeni və əlamətdar səhifələrdən biri olmaqla yanaşı, şəhərdə yetişən gənc istedadların böyük səhnələrə doğru inamla addımladığını da göstərir.

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin kollektivinə və gənc ifaçı Dərya İsmayıllıya bundan sonra da yeni yaradıcılıq uğurları, mötəbər səhnələrdə parlaq çıxışlar və Azərbaycanın musiqi mədəniyyətinin təbliğinə töhfə verəcək nailiyyətlər arzulayırıq.

Növbəti uğurlara imza atmaq diləyi ilə!

Esmira Hidayətova Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Müharibədən sülhə: Azərbaycan reallığı necə dəyişdi?
Next Post: AzTU ilə MDU arasında mühəndislik təhsili və elmi-tədqiqat sahəsində əməkdaşlıq genişləndirilir

Related Posts

  • MDU və “Bakı İnşaat Sənaye” ASC əməkdaşlığa başladı Təhsil
  • Vahid geyim məktəblərdə belə görüntülərə səbəb olur – VİDEO Təhsil
  • Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq Təhsil
  • Keçid balları enəcək – Abituriyentlərə ŞAD XƏBƏR Təhsil
  • AzTU ilə MDU arasında mühəndislik təhsili və elmi-tədqiqat sahəsində əməkdaşlıq genişləndirilir Təhsil
  • Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Guide du baccarat pour joueurs français Blog
  • Casus Piroqov 23 il müddətinə azadlıqdan məhrum edildi Dünya
  • Bərdədə xəstəxananın həyətində doğuş oldu Cəmiyyət
  • Aylarla beynini “söndürən” və ölməyən canlı Dünya
  • Aİ-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı müzakirə ediləcək Siyasət
  • Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib Siyasət
  • MM-də təklif: Bu, boşanmaların sayını azalda bilər  Ölkə
  • Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by