Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • 560 ABŞ əsgəri ölüb və yaralanıb – İran Siyasət
  • Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir Ölkə
  • Yeni dövlət rüsumu müəyyənləşir İqtisadiyyat
  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunda iştirak edir. Cəmiyyət
  • Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq Cəmiyyət
  • Hindistanda fabrikdə partlayış: 17 nəfər ölüb Dünya
  • Fransa Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərdiyini inkar edir Dünya
  • “Ərinizin subay dostlarını evinizə buraxmayın” Mədəniyyət

Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu

Posted on 13 İyul 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu

2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində olub.
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyətini Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edib.
Görüşdə universitetlə xidmət arasında təhsil, elmi-tədqiqat, meteorologiya, iqlim dəyişmələri, iqlim xidmətləri, erkən xəbərdarlıq sistemləri, meteoroloji məlumatların rəqəmsal emalı və yüksəkixtisaslı kadr hazırlığı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitetin əmək bazarının müasir tələblərinə uyğun mütəxəssis hazırlığına, tədris proqramlarının praktik məzmununun gücləndirilməsinə və elmi tədqiqatların real problemlərin həllinə yönəldilməsinə xüsusi önəm verdiyini bildirib.
Rektor qeyd edib ki, iqlim dəyişmələri, ekstremal hava hadisələri, su və enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat və rəqəmsal məlumatların təhlili müasir dövrün əsas elmi və sosial-iqtisadi çağırışları sırasındadır. Bu baxımdan Milli Hidrometeorologiya Xidməti ilə qurulan əməkdaşlıq universitetin tələbə, magistrant, doktorant və tədqiqatçıları üçün yeni elmi-praktiki imkanlar yaradacaq.
Anar Eminov ekologiya, ətraf mühit, energetika, informasiya texnologiyaları, iqtisadiyyat və digər əlaqəli ixtisaslarda təhsil alan tələbələrin meteorologiya və iqlim xidmətləri sahəsində praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat və tədqiqat təcrübələrinin təşkili, mütəxəssislərin tədris prosesinə cəlb olunması, birgə seminar, təlim və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov ölkədə hidrometeoroloji müşahidələrin aparılması, hava proqnozlarının hazırlanması, iqlim proseslərinin monitorinqi, təhlükəli hidrometeoroloji hadisələrin qiymətləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Nazim Mahmudov universitetlərlə əməkdaşlığın elmi biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi, gənc mütəxəssislərin hazırlanması və müasir texnologiyaların hidrometeoroloji xidmətlərdə tətbiqi baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlığın xüsusilə regionlarda iqlim məlumatlarının öyrənilməsi, elmi-praktiki tədqiqatların genişləndirilməsi və tələbələrin peşəkar hazırlığının dəstəklənməsi üçün faydalı olacağını bildirib.
Görüş zamanı Kür hövzəsində iqlim dəyişmələrinin təsirlərinin, meteoroloji proseslərin, ekstremal hava hadisələrinin, regional iqlim risklərinin və onların sosial-iqtisadi nəticələrinin birgə tədqiqi məsələləri də müzakirə edilib. Tədqiqatlarda müasir rəqəmsal texnologiyalardan, məlumat analitikasından, modelləşdirmə və proqnozlaşdırma üsullarından istifadə olunmasının vacibliyi vurğulanıb.
Bu istiqamətdə Mingəçevir Dövlət Universitetinin nəzdində yeni yaradılan Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutu ilə Milli Hidrometeorologiya Xidmətinin müvafiq struktur bölmələri arasında əməkdaşlığın qurulması nəzərdə tutulub. İnstitutun direktoru Tünzalə Babayeva və Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Kür hövzəsində aparılacaq tədqiqatları, məlumat mübadiləsini, elmi tədbirləri və layihə təşəbbüslərini əhatə edən birgə fəaliyyət planı hazırlanacaq.
Birgə fəaliyyət planında Kür hövzəsində iqlim risklərinin qiymətləndirilməsi, təhlükəli hava hadisələrinin regional təsirlərinin öyrənilməsi, meteoroloji məlumatların rəqəmsal emalı, tələbə və gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, eləcə də nəticələrin elmi məqalə, hesabat və analitik materiallar şəklində təqdim edilməsi əsas istiqamətlər sırasında yer alacaq.
Görüşdə iqlim dəyişmələri və yaşıl inkişaf sahəsində həyata keçiriləcək tələbə, tədqiqat və innovasiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə “Yaşıl İqlim Fondu”nun yaradılması imkanları ətrafında da fikir mübadiləsi aparılıb. Fondun gələcəkdə gənc tədqiqatçıların layihələrinin, iqlim maarifləndirilməsi tədbirlərinin, yaşıl innovasiya ideyalarının və regionlarda aparılan elmi araşdırmaların dəstəklənməsinə töhfə verə biləcəyi qeyd olunub.
Görüşün sonunda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən iki müəssisə arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandum təcrübə proqramlarının, təlim və seminarların təşkili, tələbə və gənc mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi, meteoroloji məlumatların emalı və təhlili üzrə rəqəmsal həllərin tətbiqi, müşahidə, proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinin inkişafı, birgə elmi-praktiki layihələrin və milli və beynəlxalq təşəbbüslərin həyata keçirilməsini əhatə edir.
Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Nümayəndə heyətinə müşahidə məntəqələrindən daxil olan meteoroloji məlumatların operativ şəkildə toplanması, emalı və təhlili, atmosfer proseslərinin izlənilməsi, hava proqnozlarının hazırlanması, təhlükəli hidrometeoroloji hadisələrin müəyyənləşdirilməsi və erkən xəbərdarlıqların verilməsi prosesləri barədə məlumat təqdim edilib.
Situasiya Mərkəzində müasir rəqəmsal sistemlər vasitəsilə məlumatların vizuallaşdırılması, müxtəlif meteoroloji göstəricilərin müqayisəli təhlili və qərarların qəbuluna dəstək mexanizmləri nümayiş etdirilib. Mərkəzin fəaliyyəti tələbələrin meteoroloji məlumatların təhlili, rəqəmsal xəritələşdirmə, proqnozlaşdırma və iqlim risklərinin qiymətləndirilməsi sahələrində praktiki biliklər əldə etməsi baxımından xüsusi maraq doğurub.
Qeyd edək ki, imzalanan Memorandum Mingəçevir Dövlət Universiteti ilə Milli Hidrometeorologiya Xidməti arasında uzunmüddətli və nəticəyönümlü əməkdaşlığın formalaşdırılmasına, elm, təhsil və praktiki fəaliyyətin əlaqələndirilməsinə, eləcə də regionun iqlim və dayanıqlı inkişaf problemlərinə dair birgə tədqiqatların genişləndirilməsinə xidmət edəcək.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə yay aylarında irinli xəstəliklər artır – Cərrah Kərim Kərimovdan əhaliyə mühüm xəbərdarlıq
Next Post: Dövlət qulluğuna həsr olunan ömür: İlham İsmayılov 63 yaşını qeyd edir

Related Posts

  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Mingəçevir Dövlət Universitetinin əziz xanım əməkdaşları və tələbələri!  Təhsil
  • MDU əməkdaşlarının sağlamlığı diqqət mərkəzində Təhsil
  • Məktəbdə insident: Müəllim valideyni döydü Təhsil
  • Rektor Anar Eminov: Malayziya universitetləri ilə əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin qlobal inkişaf xəttini gücləndirəcək Təhsil
  • Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tramp: “Bomba səsini eşitməyəndə əsəbləşirlər” Siyasət
  • KİV: Britaniya ordusu süni intellektə hərbi hədəfləri seçməkdə müstəqillik verə bilər Dünya
  • Xərçəngin qarşısını almağa və ürəyi qorumağa kömək edən məşhur giləmeyvə Maraqlı
  • Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər Cəmiyyət
  • Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi Kriminal
  • Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib Ölkə
  • Ermənistan və ABŞ TRIPP layihəsi üzrə yeni saziş hazırlayırlar Siyasət
  • Milyarder ulduzlar: “Forbes”in 2026-cı il siyahısına kimlər daxil olub? Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by