Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Sea Breeze”dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK Cəmiyyət
  • SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bu yolda sıxlıq yaranıb Cəmiyyət
  • İlin ən pis filmləri və aktyorları – SİYAHI Mədəniyyət
  • Azərbaycandan Ermənistana dizel göndərilib – YENİLƏNİB İqtisadiyyat
  • Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır İqtisadiyyat
  • Azərbaycanda bu əməli törədənlər həbs ediləcək Kriminal
  • Şəhid Şahin Heydər oğlu Kərimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb Ölkə
  • Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR Hadisə

Data mərkəzləri yükə çevrilir: Mask və Til çıxış yolu tapdı

Posted on 22 İyun 2026 By admin Şərh yoxdur Data mərkəzləri yükə çevrilir: Mask və Til çıxış yolu tapdı

Data mərkəzləri kommunal xidmət tariflərini artırır, səs-küy yaradır, ətraf mühiti çirkləndirir və yerli iqtisadiyyata məhdud fayda verir. Bununla yanaşı, süni intellekt (Al) texnologiyalarının sürətli inkişafı bu infrastrukturdan imtina etməyə imkan vermir.

“Forbes” nəşrinin yazdığına görə, bu problem İlon Maskın da diqqətini çəkib. Bu yaxınlarda birjada yerləşdirilən “SpaceX” şirkəti məlumat emalı mərkəzlərini kosmosa çıxarmağı planlaşdırır. Layihəyə əsasən, günəş enerjisi ilə işləyən peyklərdən ibarət şəbəkə yaradılacaq, məlumatlar orbitdə emal ediləcək və daha sonra Yerə ötürüləcək.

“SpaceX”in planlarına görə, ilk orbital data mərkəzlərinin buraxılışı 2028-ci ildə başlaya bilər. Lakin şirkətin ilkin səhmlərin ictimai təklifi (IPO) sənədlərində belə sistemin yaradılması xərcləri barədə qiymətləndirmə yer almır.

Sənəddə xüsusi diqqət çəkən xəbərdarlıq da qeyd olunub:

“Layihə əhəmiyyətli texniki mürəkkəbliklə əlaqədardır, sınaqdan keçirilməmiş texnologiyalardan istifadəni nəzərdə tutur və hazırda mövcud olmayan və ya ciddi təkmilləşdirmə tələb edən texnologiyalara əsaslanır. Buna görə də təşəbbüslərin kommersiya baxımından səmərəli olacağına zəmanət yoxdur”.

Şirkətin hüquqşünasları bu ifadəni potensial risklərlə bağlı rəsmi xəbərdarlıq kimi daxil ediblər.

Okeanda yerləşən data mərkəzləri

Oreqon ştatının Portlend şəhərində fəaliyyət göstərən “Panthalassa” startapı İlon Maskın uzunmüddətli biznes tərəfdaşı Piter Til və Silikon Vadisinin bir sıra vençur investorları tərəfindən dəstəklənir.

Şirkət son on ildə açıq okeanda fəaliyyət göstərə bilən üzən məlumat emalı mərkəzləri üzərində işləyib. Bu qurğular enerji ehtiyacını dalğa enerjisindən qarşılayır və eyni zamanda soyuq dəniz suyu ilə soyudulur.

Şirkətin məlumatına görə, ilk kommersiya obyektləri artıq 2027-ci ildə istifadəyə verilə bilər. Bu isə “SpaceX”in orbital data mərkəzləri layihəsindən bir il əvvəl baş verə bilər.

“Panthalassa”nın Vaşinqton ştatı sahillərində sınaqdan keçirdiyi “Ocean-2” prototipi ənənəvi data mərkəzindən daha çox dəniz sənaye qülləsini xatırladır. Qurğu 70 metr hündürlüyündə polad konstruksiyadan ibarətdir və onun böyük hissəsi suyun altında yerləşir.

Dalğaların təsiri ilə qüllə qalxıb-endikcə su yuxarı rezervuara daxil olur və daha sonra turbin vasitəsilə keçərək 1 meqavata qədər sabit elektrik enerjisi istehsal edir.

Növbəti il istifadəyə verilməsi planlaşdırılan qurğuda artıq süni intellekt modellərinin öyrədilməsi üçün çiplər və hesablama avadanlıqları quraşdırılır. Məlumatlar isə peyk vasitəsilə ötürüləcək ki, bu da Maskın “SpaceX” konsepsiyasına bənzəyir.

Okean data mərkəzləri ideyası yeni deyil. “Microsoft” uzun illər Şotlandiya sahillərində sualtı data mərkəzlərini sınaqdan keçirib və 2024-cü ildə bu tədqiqat proqramını başa çatdırıb. Çin də külək turbinləri ilə işləyən sualtı məlumat emalı mərkəzləri üzərində eksperimentlər aparır.

Bu layihələrdə okean əsasən soyutma mühiti kimi istifadə olunurdu. “Panthalassa” isə onu həm də enerji mənbəyi kimi qiymətləndirir.

Şirkətin baş direktoru və həmtəsisçisi Hart Şeldon-Kulson bildirib:

“Biz dayaz sahil zonalarında deyil, dalğa enerjisinin maksimum olduğu dərin sularda fəaliyyət göstəririk. Qurğularımız öz hərəkət imkanına malikdir və lazım gəldikdə yeni mövqeyə keçə bilir. Onlar dənizin dibinə heç bir şəkildə bağlanmayıb”.

Kosmos, yoxsa okean?

Həm kosmik, həm də okean əsaslı data mərkəzlərinin arxasında eyni ideya dayanır — pulsuz və davamlı enerji mənbələrindən istifadə.

Kosmos variantında enerji mənbəyi orbitdəki günəş enerjisi olacaq, okean variantında isə Cənub okeanının dalğa enerjisi.

Mütəxəssis Şrepferin fikrincə, okean həllinin əsas üstünlüyü logistika ilə bağlıdır.

Açıq dənizdə avadanlıq yerləşdirmək çətin olsa da, onu orbitə çıxarmaq bundan qat-qat bahalıdır. Hazırda “SpaceX” bir raket buraxılışı üçün 90 milyon dollara qədər ödəniş tələb edir.

Şrepfer qeyd edib: “Bir ton avadanlığın okeana və kosmosa daşınma xərclərini müqayisə etsək, kosmosa çatdırılma təxminən yüz dəfə bahadır. Bu, bizim üçün xərc baxımından yüzqat üstünlük deməkdir. Hətta hesablamalarda on dəfə səhv etdiyimizi fərz etsək belə, yenə də iqtisadi baxımdan on dəfə daha sərfəli vəziyyətdəyik.”

“Panthalassa”nın digər iddialı layihəsi

Şirkət data mərkəzi modelinin uğurlu olacağı təqdirdə növbəti mərhələdə karbon emissiyası olmadan hidrogen və ammonyak istehsalını hədəfləyir.

Bu məqsədlə duzsuzlaşdırılmış dəniz suyu və su molekullarını hidrogen və oksigenə ayıran elektroliz qurğularından istifadə ediləcək.

Şeldon-Kulsonun fikrincə, bu üsulla “yaşıl” hidrogen istehsalı günəş enerjisi əsaslı analoji layihələrdən dəfələrlə ucuz başa gələcək.

“Biz son dərəcə aşağı enerji xərcləri ilə işləyirik. İstehsal etdiyimiz elektrik enerjisinin qiyməti təxminən hər kilovat-saat üçün 2 sentdir. Bundan əlavə, gücdən istifadə əmsalımız çox yüksəkdir və sistem vaxtın 90 faizindən çoxunda fəaliyyət göstərir”, deyə o bildirib.

Dünya

Yazı naviqasiyası

Previous Post: Avtomobil inəkləri vurub, aşdı – Xəsarət alanlar var
Next Post: Anadangəlmə yüksək intellektə malik 4 bürc

Related Posts

  • ABŞ-nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib Dünya
  • İsrail 100.000 ehtiyat əsgərini çağırır Dünya
  • Serbiyada yüzlərlə tələbə polislə toqquşub Dünya
  • Hər beş dəqiqədə iki yeni diaqnoz: İranda xərçəng xəstəliyi ilə bağlı qorxunc statistika Dünya
  • İran dövriyyəyə yeni əskinas buraxdı Dünya
  • Ana uşaqlarını dilənçilik üçün 1000 dollara satdı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirib Dünya
  • Trampa qızıl heykəl qoyuldu – VİDEO Dünya
  • CBS: Bazadan çıxan ABŞ hərbçiləri yalanı ifşa etdilər Siyasət
  • Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş Maraqlı
  • ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün bundan istifadə edə bilər Dünya
  • Vətəndaşlardan alınan daşınmaz əmlaka kompensasiyaların həcmi artırılsın – Deputat İqtisadiyyat
  • “Biri ilə çay içirəm, başqa yerə yozur” Cəmiyyət
  • Kəmaləddin Heydərovun ortağının şirkətində yoxlama aparılacaq: Xeyli miqdarda vergi borcu da var Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by