Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universitetinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə komandasının iclası keçirilib Cəmiyyət
  • Same-Day Neosurf Withdrawals: Which Australian Casinos Actually Deliver Blog
  • Azərbaycanı içəridən çökdürmək planı ifşa olundu – Deputatdan ağır sözlər Ölkə
  • Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO Hadisə
  • AFFA “Sumqayıt”ı 10 min manat CƏRİMƏLƏDİ İdman
  • Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək İqtisadiyyat
  • İslamabadda ara qarışdı: minlərlə insan küçələrə axışdı Dünya
  • Mayda 14 gün iş OLMAYACAQ Ölkə

300 bal toplasa da – Adı siyahıda yoxdur

Posted on 16 May 2026 By admin Şərh yoxdur 300 bal toplasa da – Adı siyahıda yoxdur

Aprelin 19-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlananda diqqətlər əsasən 300 bal toplayan cəmi bir abituriyentin üzərində cəmləndi. Amma maraqlısı odur ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov da imtahanda mümkün olan ən yüksək nəticəni – 300 balı toplayıb. Ölkə üzrə cəmi iki nəfərin əldə etdiyi bu nəticə böyük uğur hesab olunsa da, bir detal bu uğurun rəsmi şəkildə tanınmasına sual yaradıb.

Məsələ ondadır ki, abituriyent məktəbdə tədris olunan xarici dildən fərqli dil seçib. Məlumat üçün bildirək ki, buraxılış imtahanlarında xarici dil fənni üzrə nəticənin nəzərə alınması üçün şagirdin məktəbdə tədris olunan dili seçməsi tələb olunur. Əgər abituriyent imtahanda məktəbdə keçirilən dildən fərqli bir xarici dil seçirsə, həmin nəticə buraxılış imtahanı üzrə etibarlı hesab edilmir. Çünki buraxılış imtahanı məktəb proqramı əsasında keçirilir və qiymətləndirmə də tədris olunan fənn üzrə aparılır.

Bu tələb yalnız buraxılış imtahanına aiddir. Qəbul imtahanlarında isə bəzi hallarda abituriyent fərqli xarici dil seçə bilər. Lakin attestat və buraxılış nəticələrinin formalaşdırılmasında məktəbdə keçirilən dil əsas götürülür.

“Azərbaycan müəllimi” xəbər verir ki, Əhməd nəticəsini ilk dəfə hazırlıq müəllimlərinin yaratdığı qrupda öyrəndiyini deyib.

“Hazırlıq müəllimimiz qrupumuza yazdı ki, mən 300 bal toplamışam. Bu xəbəri görəndə çox sevindim. Bu mənim üçün həm sevindirici, həm də qürurverici bir hiss idi. Həddindən artıq həyəcanlı idim və nə edəcəyimi bilmirdim”,- abituriyent qeyd edib.

O deyib ki, məktəbdə əsas xarici dil rus dili olsa da, bu fəndə özünü zəif hiss etdiyi üçün ingilis dilini seçib:

“Çünki ingilis dilini daha yaxşı bilirdim. Həm də düşünürəm ki, müasir dövrdə ingilis dili daha vacib və perspektivli bir dildir”.

Əhməd uğurunun arxasında uzun illərin zəhmətinin dayandığını deyir:

“1-ci sinifdən dərslərimi həmişə yaxşı oxumuşam. Məktəb müəllimlərim mənə çox dəstək olublar, üzərimdə böyük əməkləri var. Hamısına dərin minnətdarlığımı bildirirəm. Valideynlərim də hər zaman yanımda olublar, mənə motivasiya veriblər. Onlara çox şey borcluyam”.

O, hazırlıq müddətində əsas diqqəti zəif olduğu mövzulara yönəldib:

“Buraxılış imtahanı ərəfəsində riyaziyyatdakı boşluqlarımı doldurmaq üçün gecə-gündüz çalışdım. Azərbaycan dili fənnində mətnlər üzərində daha çox işlədim, onlara xüsusi vaxt ayırdım. İngilis dilində isə söz ehtiyatımı artırmağa, xüsusilə sinonimlərə diqqət yetirdim. Düşünürəm ki, insan öz zəif tərəflərini yalnız özü düzəldə bilər”.

Gələcək planlarından danışan Əhməd deyir ki, İT ixtisası üzrə ingilis dilində təhsil almaq istəyir:

“Yüksək nəticə əldə etmək istəyən abituriyentlərə əsas tövsiyəm odur ki, özlərinə hədəf qoysunlar və hər zaman özlərinə inansınlar”.

O hesab edir ki, düzgün yuxu rejimi və planlı hazırlıq uğurun əsas şərtlərindəndir:

“Məncə, səhər saat 6-7-də oyanmaq dərs üçün ən ideal vaxtdır. Çünki səhər saatlarında beyin daha ayıq olur. Yuxu rejimi isə hər kəs üçün fərqlidir. Bir nəfər üçün uyğun olan rejim başqa biri üçün ideal olmaya bilər. Amma ümumi olaraq düşünürəm ki, orta hesabla 7 saat yuxu kifayət qədər uyğundur”.

Əhməd deyir ki, bəzi günlər gecə saatlarına qədər dərs çalışıb:

“Adətən gecə saat 12-də yatırdım. Lakin bəzi günlər dərsə görə gecə saat 1-2-yə qədər çalışırdım. Yeni öyrənilən mövzunu həmin gün təkrar etmək çox vacibdir. Bu, mövzunun daha yaxşı yadda qalmasına kömək edir. Təkrar və sınaqlara vaxt ayırmaq da olduqca önəmlidir. Çünki təkrar biliklərin unudulmamasını təmin edir, sınaqlar isə zəif tərəflərimizi görməyə imkan yaradır”.

O, sınaqlarda etdiyi səhvlər üzərində xüsusi işlədiyini də vurğulayıb:

“Sınaqlarda səhv etdiyim və ya cavablandıra bilmədiyim sualları dairəyə alırdım. Daha sonra onları əvvəlcə özüm həll etməyə çalışırdım. Bacarmadığım hallarda müəllimlərimdən soruşur və ya yutub vasitəsilə izahlara baxırdım”.

Əhmədin fikrincə, dərs oxumaqda əsas məsələ vaxt yox, keyfiyyətdir:

“Gündəlik dərs oxuma müddətim dəyişirdi. Amma düşünürəm ki, əsas məsələ dərs oxuma müddəti deyil, onun keyfiyyətidir. Məsələn, 30-35 dəqiqə dərs oxuyub 5-10 dəqiqə fasilə vermək daha effektiv nəticə verir. Bundan əlavə, gün ərzində hansı fəndən hansı mövzuları oxuyacağını və hansı sınaqları yazacağını əvvəlcədən planlaşdırmaq da çox vacibdir”.

Əhməd bildirir ki, blok imtahanında 1-ci qrupun Rİ altqrupu üzrə iştirak edəcək:

“Ümumilikdə isə abituriyentlərə tövsiyəm budur ki, özlərinə hədəf qoysunlar, öz güclərinə inansınlar, çox çalışsınlar və vaxtlarını düzgün idarə etsinlər. Unutmaq olmaz ki, mümkünsüz heç nə yoxdur”.

Təhsil

Yazı naviqasiyası

Previous Post: FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
Next Post: Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb

Related Posts

  • Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir Təhsil
  • Mingəçevirli müəllim və şagird Üzeyir Hacıbəyli Festivalının səhnəsində – Qürurverici uğur Təhsil
  • Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər tədbiri keçirilib – Mingəçevir Dövlət Universiteti fəallığı ilə seçilib Təhsil
  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil
  • MDU rektoru Anar Eminov 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib Təhsil
  • Vahid geyim məktəblərdə belə görüntülərə səbəb olur – VİDEO Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dünyanın ən bahalı 5 yeməyi: beluqa kürüsü ilə 10 min avroluq pizza Maraqlı
  • Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq Təhsil
  • İsveçrədə 80 sərnişini daşıyan qatar relsdən çıxıb Hadisə
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.04.2026) İqtisadiyyat
  • Rusiyanın ən böyük neft-kimya zavodunda yanğın baş verib Dünya
  • Free Spins Offers: Best Aussie Casino Deals Blog
  • “Yeddi şərt yerinə yetirilməlidir, əks halda Hörmüz boğazı açılmayacaq” Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by