Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rusiyada sirkdə pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO Dünya
  • Hava kəskin dəyişir – XƏBƏRDARLIQ Ölkə
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • Qubada avtomobillər toqquşdu – Xəsarət alanlar var – FOTO Hadisə
  • Fikrət Zeynalov: “Səhiyyə və təhsil müəssisələri ilə yerli media arasında birbaşa dialoq və əməkdaşlıq gücləndirilməlidir” Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyədə doktorantura təhsili almaq istəyən əməkdaşlarla görüşüb Təhsil
  • İcra başçısı sürücüyə yeni vəzifə verdi Cəmiyyət
  • Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin Cəmiyyət

Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyevin abidəsinin açılışı olub

Posted on 24 İyun 202624 İyun 2026 By admin Şərh yoxdur Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyevin abidəsinin açılışı olub

Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyevin mövludu münasibətilə onun adını daşıyan Dilqəm Nağıyev küçəsində ucaldılan abidənin açılış mərasimi keçirilib.

 

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşları, YAP şəhər təşkilatının nümayəndələri, qəhrəmanın təhsil aldığı və adını daşıyan 9 nömrəli tam orta məktəbin direktoru Seymur Məhərrəmov, Mingəçevir Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov, qazilər, yerli sakinlər və şəhidin ailə üzvləri iştirak ediblər.

Bildirilib ki, Milli Qəhrəman Dilqəm Nağıyevin mövludu hər il ənənəvi olaraq iyunun 24-də yerli təşkilatların iştirakı ilə qeyd olunur.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra abidənin önünə gül dəstələri düzülərək qəhrəmanın əziz xatirəsinə ehtiram nümayiş etdirilib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev icra başçısı İlham İsmayılovun salamlarını iştirakçılara çatdırıb. O, qəhrəmanın adını daşıyan ərazidə abadlıq işlərinin aparılacağını və bir sıra layihələrin həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, Dilqəm Heydər oğlu Nağıyev 24 iyun 1975-ci ildə Mingəçevirdə anadan olub. O, Birinci Qarabağ müharibəsində göstərdiyi igidliklə yanaşı, 1995-ci ilin mart hadisələri zamanı dövlətçiliyin müdafiəsində də fəal iştirak edib.

Milli Qəhrəmanın döyüş yolu Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli və Kürdmahmudlu kəndlərinin müdafiəsindən keçib. Döyüşlərdə göstərdiyi şücaətə görə komandirləri tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə çavuş rütbəsinə layiq görülüb.

1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri qaytarılmasında iştirak edən Dilqəm Nağıyev, 15 mart 1995-ci ildə Tovuz-Ağstafa istiqamətində qiyamçıların zərərsizləşdirilməsi əməliyyatı zamanı qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Dilqəm Nağıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub. Qəhrəmanın adını Mingəçevirdəki 9 nömrəli tam orta məktəb daşıyır və təhsil ocağının həyətində onun büstü ucaldılıb.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Guía de depósitos y retiros con PayPal en casinos online de España
Next Post: Tanınmış rejissor Cavid Təvəkkülün 52 yaşı tamam olur

Related Posts

  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi – FOTO Cəmiyyət
  • Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI Cəmiyyət
  • Mingəçevirdə böyrək xəstəliklərinin müalicəsi: 45 ildən artıq təcrübəsi olan Allahverdi həkim Cəmiyyət
  • ​Cibinizdəki “saatlı bomba”: Hər gün etdiyimiz bu hərəkət telefonu daxildən məhv edir Cəmiyyət
  • Mingəçevirdə ilan və zərərli həşəratlara qarşı profilaktik tədbirlər görüldü – Zəngəzur küçəsində dərmanlama aparıldı Cəmiyyət
  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Deputata ağır itki üz verdi – FOTO  Ölkə
  • Xankəndidə 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO Ölkə
  • Yeni mexanizm məktəblərə ayrılan resursların səmərəliliyini artıracaq – EKSPERTLƏR Təhsil
  • Əli Əhmədovun oğluna yeni vəzifə verildi Ölkə
  • Ermənistandan Naxçıvana dəmir yolu ilə bağlı QƏRAR Siyasət
  • 70 yaşlı aktyor sirrlərini bölüşdü – Aslan müəllimdən səmimi etiraflar – MÜSAHİBƏ Mədəniyyət
  • SEPAH İsrailin növbəti “F16” qırıcısını vurub Siyasət
  • İran bayrağı köynəyi ilə hücum: 2 ölü Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by