Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İsveçrə Aİ-nin sanksiyalarına dəstək verdi Dünya
  • Zidan bu komandanı çalışdıracaq İdman
  • “Formula-1” üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? – AÇIQLAMA İdman
  • Gecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu Maraqlı
  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil
  • Hesablama Palatasına yeni səlahiyyətlər verilib Cəmiyyət
  • Dünyada ərzaq qiyməti ucuzlaşır İqtisadiyyat

“Sabah” futbol klubundan mühüm addım – Bu sahəyə 10 milyon manat ayrıldı

Posted on 5 Sentyabr 2026 By admin Şərh yoxdur “Sabah” futbol klubundan mühüm addım – Bu sahəyə 10 milyon manat ayrıldı

“Sabah” futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradır.

Bu barədə klubdan məlumat verilib.

Xatırladılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah” Futbol Klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

“Cənab Prezidentin klubumuza və Azərbaycan futboluna göstərdiyi bu diqqət və etimad bizi bu dəstəyin yaratdığı imkanı daha böyük və uzunmüddətli məqsədə yönəltmək barədə düşünməyə sövq etdi. Biz istəyirik ki, bu tarixi uğur və göstərilən dəstək təkcə bugünkü “Sabah”a deyil, Azərbaycan futbolunun gələcəyinə də xidmət etsin”, – klubdan bildirilib.

Qeyd olunub ki, məhz buna görə “Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun davamlı inkişafına yönəltmək və “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramını yaratmaq qərarına gəlib:

Beləliklə, proqramın ilkin kapitalının 5 milyon manat cənab Prezidentin dəstəyi + 5 milyon manat “Sabah”ın vəsaiti = 10 milyon manat prinsipi əsasında formalaşdırılması nəzərdə tutulur.

Fondun əsas prinsipi bu 10 milyon manatı xərcləmək deyil, onu qorumaq və artırmaqdır. Vəsait peşəkar şəkildə idarə olunaraq gəlir yaradacaq.

Bu il UEFA ÇL-da keçirilən oyunlara bilet satışından əldə edilən məbləğlərin müəyyən hissəsi də həmin proqrama yönəldiləcək:

“Beləliklə, ilkin kapital gələcək gənc futbolçuların inkişafına uzun illər xidmət edən daimi maliyyə mənbəyinə çevriləcək.

Klubun məqsədi bir mövsümün tarixi uğurunu gələcək nəsilləri təmsil edən futbolçularını yetişdirmək, ölkədə və gələcəkdə regionumuzda aparıcı futbol akademiyasını formalaşdırmaq, cənab Prezidentin futbolumuza və klubumuza olan diqqəti əbədiləşdirmək üçün uzunmüddətli imkanlara çevirməkdir.

“Sabah Football Academy Future Talents” proqramının əsas məqsədi uşaq futbolunun davamlı inkişafına dəstək vermək, bu prosesə maraqlı tərəfləri cəlb etmək və uzunmüddətli, dayanıqlı inkişaf modelinin formalaşdırılmasına töhfə verməkdir.

Klub bu təşəbbüsün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ölkədə uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılmasına xüsusi önəm verir.

Layihə futbol infrastrukturunun təkmilləşdirilməsinə, istedadlı uşaqların aşkarlanmasına və peşəkar hazırlığına, müasir məşq metodlarının tətbiqinə, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Klub ölkə üzrə istedadların aşkarlanması sistemini daha da genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq, perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.

Uzunmüddətli perspektivdə “Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirərək, Akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi qarşısına məqsəd qoyur.

SABAH FK bu təşəbbüsə “Bünövrə Tərəfdaşı” formatında qoşulmaq üçün ölkəmizin şirkətlərinə və beynəlxalq tərəfdaşlara imkan yaradacaq və maraqlı tərəfləri bu təşəbbüsü nəzərdən keçirməyə dəvət edir.

“Sabah Football Academy Future Talents” proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri ilə bağlı ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim ediləcək”.

İdman

Yazı naviqasiyası

Previous Post: Qolu azarkeşlərin yanında əyləşərək qeyd etdi – VİDEO
Next Post: Stiv Uitkoff və Cared Kuşner Moskvadadır

Related Posts

  • Siz bir futbolçu görürsünüz, mən isə..- Həyat yoldaşı yazdı İdman
  • Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qalib birinci oldu İdman
  • UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir İdman
  • “Real Madrid” Arda Güler barədə QƏRARINI VERDİ – Türkiyəli futbolçu Madriddən ayrılır? İdman
  • Elvin Cəfərquliyev əməliyyat olundu – Son durumu necədir? – FOTO İdman
  • Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda pul bazası artdı Cəmiyyət
  • 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən təxliyə edildi Ölkə
  • Orban: Macarıstan Zelenskinin təhdidlərinə boyun əyməyəcək Siyasət
  • 3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi Dünya
  • ABŞ sakini hantavirusdan öldü Dünya
  • “Rəhbərlə bir gün”: Mingəçevər gəncləri İlham İsmayılovla görüşdü Siyasət
  • İran casuslarının Avropadakı “paytaxtı” AÇIQLANDI Siyasət
  • Qatar yoluna yıxılan sərnişin metroya kompensasiya ödəyəcək Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by