Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sürücülər arasında yol davası – Saxlanılan var Hadisə
  • Ərdoğana sui-qəsd cəhdi: Terrorçu tutuldu Dünya
  • Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü Hadisə
  • Latviya Prezidenti Edqars Rinkeviçs “Bakı Ağ Şəhər”də olub – FOTO Ölkə
  • Errores comunes al jugar tragaperras online en España Blog
  • Test Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetində Turizm Sənaye Şurası yaradılır Təhsil
  • “Pis yola düşdüm, müğənni oldum” Dünya

Sözün və Elmın Vəhdəti: Gənc şair Nərmin Əliyevanın vətənpərvərlik missiyası

Posted on 18 İyul 202618 İyul 2026 By admin Şərh yoxdur Sözün və Elmın Vəhdəti: Gənc şair Nərmin Əliyevanın vətənpərvərlik missiyası

Mingəçevirin ədəbi mühitində özünəməxsus imzası ilə seçilən gənc şair Nərmin Əliyeva, yaradıcılığının ən məhsuldar dövrünü vətənə və qəhrəmanlıq tariximizə həsr edib. Onun qələmi sadəcə misralardan ibarət deyil; bu, gələcək nəsillərə ötürülən bir milli-mənəvi mesaj və vətənpərvərlik yolunun işığıdır.

​Nərmin xanımın poetik dünyasının mərkəzində vətən sevgisi və milli kimliyimiz dayanır. O, şəhidlərin anım mərasimlərində, dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edərək, gənclərin milli ruhda formalaşması üçün əlindən gələni əsirgəmir. Şair öz həyat fəlsəfəsini belə ifadə edir:

​”Həyatımı iki müqəddəs sahənin – elmin və sözün vəhdəti üzərində qurmuşam. İnanıram ki, elm insanın düşüncəsini formalaşdırır, poeziya isə onun ruhunu zənginləşdirir. Yaradıcılığım vasitəsilə gələcək nəsillərin milli dəyərlərə bağlı, vətənpərvər yetişməsinə töhfə vermək ən böyük amalımızdır.”

​Daha öncə oxucuların ixtiyarına verdiyi “Ürəyimdə közərən söz” adlı şeirlər kitabı ilə ədəbi ictimaiyyətin rəğbətini qazanan Nərmin Əliyeva, indi daha böyük və məsuliyyətli bir missiyanın astanasındadır.

​Nərmin xanım bu dəfə qələmini Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ölməz xatirəsinə həsr etmək qərarına gəlib. Bu müqəddəs niyyətlə qəhrəmanın ailə üzvləri ilə görüşən şair, öz planlarını bölüşüb. Qəhrəmanın qardaşı Nofəl Qasımov bu təşəbbüsü yüksək qiymətləndirərək, şairə xeyir-duasını verib:

“Qəhrəmanlarımızı unutmaq olmaz. Onların bizə əmanət qoyduğu bu Vətəni sevmək, qorumaq və bu sevgini gələcək nəsillərə aşılamaq hər birimizin müqəddəs borcudur.”

​Nofəl Qasımovun səmimi dəstəyi və xoş sözləri Nərmin xanımı daha da ruhlandırıb. O, qəhrəmanlıq tariximizin öyrənilməsi və tanıdılması yolunda əzmlə çalışacağını vurğulayaraq: “Mən də qələmim və fəaliyyətimlə bu müqəddəs yolda xidmət etməyə davam edəcəyəm,” – deyə bildirib.

​Biz də öz növbəmizdə, milli ruhlu vətənpərvər şairimiz Nərmin Əliyevaya bu məsuliyyətli yolda uğurlar arzulayırıq. İnanırıq ki, onun qələmindən çıxan yeni əsərlər Natiq Qasımov kimi qəhrəmanlarımızın ölməzlik dastana çevrilməsinə və gənc nəslin qəlbində vətən eşqinin daha gur yanmasına vasitəçi olacaq.

Esmira Hidayətova, Mingəçevir 

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Cómo funciona el programa de puntos VIP en los casinos online
Next Post: Mingəçevir Turizm Kollecinin direktoru jurnalistlər üçün Milli Mətbuat Günü münasibətilə səhər süfrəsi təşkil edib

Related Posts

  • Təbiət qoynunda istirahət edənlərin diqqətinə – Nazirlik XƏBƏRDAQLIQ yaydı Cəmiyyət
  • Bakı Metropolitenindən bloqerin şikayətinə cavab – “Xətdən qatar çıxarılmayıb” Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib Cəmiyyət
  • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetində nümunəvi addım – Rektor Anar Eminov əməkdaşlara bayram münasibətilə mükafat verdi Cəmiyyət
  • Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin Cəmiyyət
  • Nazirlik 57 min ailəni sevindirdi – MÜHÜM QƏRAR Cəmiyyət
  • Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB Cəmiyyət
  • Universitet proqramlarına yeni mövzu daxil ediləcək Təhsil
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • Vaşinqtondan narazılıq pik həddə çatıb – WP Dünya
  • Yaponiyada rekord yağış faciəsi: 8 ölü, 4 yaralı Dünya
  • Əhvalınızı düzəldəcək kiçik vərdişlər Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by