Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb Təhsil
  • Bakı metropoliteni yeni hərəkət qrafikinin sınaqlarına başlayır Ölkə
  • Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI Cəmiyyət
  • “Amerika seçkiləri saxtalaşdırılıb” – Tramp Dünya
  • Yeni dövlət rüsumu müəyyənləşir İqtisadiyyat
  • Rusiya Elmlər Akademiyasını bombaladı – İki akademik öldü – VİDEO Dünya
  • Rektor Anar Eminovdan abituriyentlərə mesaj: “MDU sizi gözləyir!” Təhsil
  • Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək Ölkə

Ukrayna iri neft emalı zavodunu vurdu

Posted on 1 Avqust 2026 By admin Şərh yoxdur Ukrayna iri neft emalı zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri avqustun 1-nə keçən gecə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufadakı “Başneft-Ufaneftexim” neft emalı zavoduna, eləcə də Krım və Ukraynanın cənubunda yerləşən bir sıra hərbi obyektlərə zərbələr endirib.

Zərbə nəticəsində Ufadakı neft emalı zavodunda yanğın başlayıb.

Qeyd edək ki, “Başneft-Ufaneftexim” Ufanın şimal sənaye zonasında yerləşir və “Rosneft” şirkətinin tərkibinə daxil olan “Başneft” qrupuna məxsusdur. Zavod ildə 8,2 milyon tona qədər neft emal edir, avtomobil yanacağı, neft koksu, mayeləşdirilmiş qaz, kükürd və aromatik karbohidrogenlər istehsal edir.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Krım və Ukraynanın cənubunda yerləşən Rusiyanın bir sıra hərbi obyektlərinə də zərbələr endirildiyini açıqlayıb.

Bildirilib ki, əsas hədəflərdən biri Krımın Çornomorskoye qəsəbəsində yerləşən pilotsuz dəniz katerlərinin bazası olub. Ukrayna tərəfinin məlumatına görə, burada Qara dənizdə döyüş və xüsusi əməliyyatlarda istifadə olunan katerlər saxlanılır, hazırlanır və onlara texniki xidmət göstərilirdi.

Baş Qərargahın məlumatına əsasən, Çonqar yaxınlığındakı Sivaş dəmir yolu körpüsü və Vladislavovka yaxınlığındakı daha bir dəmir yolu körpüsü də vurulub. Qeyd olunub ki, bu körpülər işğal altındakı Krımla Ukraynanın cənubundakı işğal olunmuş ərazilər arasında canlı qüvvə, hərbi texnika, silah və sursatın daşınmasında istifadə olunan mühüm logistika marşrutlarıdır.

Ukrayna ordusu həmçinin Sevastopolda Rusiya Qara dəniz donanmasının radioelektron kəşfiyyat bölməsinə zərbə endirildiyini açıqlayıb.

Bundan başqa, Krımın Pervomaysk rayonunda təmir-bərpa bazası, Xerson vilayətinin işğal olunmuş hissəsində Podovoye yaxınlığında maddi-texniki təminat anbarı və Zaporojye vilayətinin Tokmak rayonu yaxınlığında pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarın da vurulduğu bildirilib.

Dünya

Yazı naviqasiyası

Previous Post: Rusiya banklarında rekord nağd pul böhranı: 1 ayda milyardlarla rubl çıxarıldı
Next Post: MDU 2026/2027-ci tədris ili üçün qəbul elan edir: Yeni ixtisaslar, ingilis dilində təhsil və ikili diplom imkanları

Related Posts

  • Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ Dünya
  • Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu Dünya
  • ABŞ-ın İrandakı itkiləri açıqlandı – 7 döyüş təyyarəsi Dünya
  • İran dövriyyəyə yeni əskinas buraxdı Dünya
  • Netanyahu ölüm xəbərlərinə belə cavab verdi Dünya
  • “Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək” – FOTO Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ukrayna dronları Qara dənizdə “Rosatom”un konteyner gəmisini batırdı Siyasət
  • Uzunömürlülük kefiri hazırlanır Dünya
  • Guía sobre métodos de pago con criptomonedas en el juego online Blog
  • Rəsmi İrəvan: Ermənistan Aİ-yə inteqrasiyanın “yol xəritəsi”ni həyata keçirir Dünya
  • ABŞ Zəngəzura qoşun yeridə bilər Siyasət
  • Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq öldü Hadisə
  • Hamiləlik iddialarına cavab vermədi, konsertlərini ləğv etdi Mədəniyyət
  • Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşdu – VİDEO Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by