Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Dram Teatrında “Nişanlı Qız” tamaşasının möhtəşəm premyerası keçirildi Mədəniyyət
  • Bu şəxslərin maaşları artırıldı İqtisadiyyat
  • Dünyada ərzaq qiyməti ucuzlaşır İqtisadiyyat
  • Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İqtisadiyyat
  • İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Mingəçevirə səfər edib – icra başçısı ilə görüş keçirilib Siyasət
  • Mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq İdman
  • Ermənistanda keçmiş baş nazirin oğlu HƏBS EDİLDİ Dünya
  • Yamal Mbappe və Keynə söz atdı – Dünya futbolunda “Qızıl top” savaşı İdman

Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib

Posted on 16 Sentyabr 2026 By admin Şərh yoxdur Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Asiya dövlətləri və AR xüsusi xidmət orqanları rəhbərlərinin Qazaxıstan Respublikasında “Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması” mövzusunda keçirilən görüşündə iştirak edib.

Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən general-polkovnik Əli Nağıyev AR Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının ölkələrimiz arasında münasibətlərin strateji xarakterini aydın şəkildə əks etdirdiyini vurğulayaraq Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsinin regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən tarixi addım olduğunu, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

DTX rəisi regional təhlükəsizliyə təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkar qruplaşmaların fəaliyyəti, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə yanaşı, kibercinayətkarlığın müasir formalarının, habelə kritik infrastruktura yönəlmiş digər təhlükələrin də yer aldığını, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək məqsədilə müasir informasiya texnologiyalarından istifadə imkanlarının xüsusi narahatlıq doğuran amil olduğunu qeyd edib.

General-polkovnik Əli Nağıyev dövlətlərimiz arasında münasibətləri səciyyələndirən qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda regional təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Təcili yardım niyə gecikir? – Ekspert səbəbləri açıqladı
Next Post: 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı – VİDEO

Related Posts

  • Netanyahu Livanda işğalın genişləndirilməsini əmr etdi Siyasət
  • SEPAH İsrailin növbəti “F16” qırıcısını vurub Siyasət
  • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib Siyasət
  • Rusiya və Ukrayna razılığa gələ bilər – Putin Siyasət
  • Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq  Siyasət
  • İlham Əliyev Corcia Melonini təbrik etdi Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İranla dialoqun uğursuzluğu Ağ Evdə Vensi hədəfə çevirə bilər Siyasət
  • Yamal Mbappe və Keynə söz atdı – Dünya futbolunda “Qızıl top” savaşı İdman
  • Konqoda üsyançılar tərəfindən ən azı 300 mülki şəxs qaçırılıb Dünya
  • “Planetin ən gözəl qadınından boşandım, çünki.. Dünya
  • Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir Ölkə
  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət
  • Brusellyoz təhlükəsi: xəstəlik necə yayılır və ondan necə qorunmaq olar? Cəmiyyət
  • Sabah Yardımlıda qaz olmayacaq Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by