Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İsrail ABŞ-ni hücuma məcbur edib? – Trampdan qəribə cavab   Siyasət
  • Bölmə rəisi işdən çıxdı – Yeni vəzifəyə təyin olundu Ölkə
  • Sakit okeanda zəlzələ baş verdi Dünya
  • Tramp İranla bağlı müttəfiqlərini çaşdırıb – “Bloomberg” Siyasət
  • İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib Dünya
  • Diş ətiniz qanayırsa, bu vitamin çatışmır Cəmiyyət
  • Manatın real məzənnəsi ARTDI İqtisadiyyat
  • 300 bal toplasa da – Adı siyahıda yoxdur Təhsil

Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi

Posted on 21 Aprel 2026 By admin Şərh yoxdur Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi

Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verib.

Vətəndaş B.B. bacısı qızı – “TikTok” sosial şəbəkəsində “AYDAW” ləqəbi ilə tanınan A.Nəzərli ilə bağlı xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Şikayətçi B.B. tərəfindən A.Nəzərlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə təqdim edilib.

Müraciətdə göstərilir ki, barəsində şikayət olunan şəxs – A.Nəzərli sosial şəbəkələrdə yayımladığı çıxışlarla onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb, şərəf və ləyaqətini ləkələyib.

Şikayətçi bildirir ki, yayımlanan çıxışlarda onun maddi imkanları, ailə münasibətləri və şəxsi həyatı ilə bağlı böhtan xarakterli fikirlər səsləndirilib, eyni zamanda nalayiq ifadələr işlədilərək açıq formada təhqir edilib. Bu məlumatların geniş auditoriyaya çatdırıldığı və çoxsaylı şəxslər tərəfindən izlənildiyi qeyd olunur.

Ərizədə xüsusi olaraq vurğulanır ki, sosial şəbəkə üzərindən yayılan bu çıxışlar nəticəsində şikayətçi ciddi mənəvi sarsıntı keçirib, səhhətində problemlər yaranıb və dəfələrlə tibbi yardım almağa məcbur olub. Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında bir neçə dəfə təcili tibbi yardım xidmətinə müraciət edilib, eləcə də müxtəlif tibbi müayinələrdən keçərək müalicə alıb.

B.B. həmçinin qeyd edir ki, yayılan ifadələr cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərib, qohumları və tanışları arasında onun haqqında mənfi rəy formalaşdırıb. Şikayətçinin sözlərinə görə, həmin paylaşımlar qeyri-müəyyən və geniş şəxslər dairəsinə çataraq ictimai mühitdə rezonans doğurub.

Məhkəmənin hazırlıq iclasında şikayətçinin nümayəndəsi ərizənin məzmununu təsdiqləyərək onun icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş edib.

Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir
Next Post: Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir 

Related Posts

  • Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət Cəmiyyət
  • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir Cəmiyyət
  • Yanaşı iki mağaza – Necə olur ki biri yaxşı qazanır, digəri yox? Cəmiyyət
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət
  • Bakıda bu binalar plana düşdü Cəmiyyət
  • Bərdədə xəstəxananın həyətində doğuş oldu Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Aktrisa direktoru məhkəməyə verdi: Töhməti ləğv etdirdi Kriminal
  • Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb Təhsil
  • Təcili yardım niyə gecikir? – Ekspert səbəbləri açıqladı Cəmiyyət
  • Azərbaycanda ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar? – MƏBLƏĞ Cəmiyyət
  • Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək Maraqlı
  • Başqa planetdən radiosiqnal qeydə alındı – Yadplanetlilər gəlir? Maraqlı
  • Best Strategy for Playing UK Slots Blog
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by