Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə  Siyasət
  • WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb – FOTO Ölkə
  • Mingəçevirdən olan Birinci Qarabağ müharibəsi şəhidinin nəşi tapıldı Hadisə
  • İlham Mirzəyev son durumu açıqlandı – Vəziyyəti ağırdır Cəmiyyət
  • Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı Ölkə
  • Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI Ölkə
  • Casus Piroqov 23 il müddətinə azadlıqdan məhrum edildi Dünya
  • Rusiyada qətldə ittiham olunan azərbaycanəsilli iş adamı üçüncü dəfə bəraət aldı Kriminal

Təcili yardım niyə gecikir? – Ekspert səbəbləri açıqladı

Posted on 16 Sentyabr 2026 By admin Şərh yoxdur Təcili yardım niyə gecikir? – Ekspert səbəbləri açıqladı

Təcili tibbi yardım çağırıldıqda hər dəqiqənin əhəmiyyəti artır. Xüsusilə ürək tutması, insult, ağır travma və digər həyati təhlükəli vəziyyətlərdə tibbi briqadanın hadisə yerinə nə qədər vaxt ərzində çatması xəstənin vəziyyətinə birbaşa təsir göstərə bilər.

Lakin sıx nəqliyyat, ünvanın dəqiq müəyyən edilməməsi, briqadaların məşğul olması və digər səbəblər təcili yardım avtomobilinin gecikməsinə gətirib çıxara bilər. Bu isə vətəndaşlar arasında “Təcili yardım çağırıldıqdan sonra briqada neçə dəqiqə ərzində ünvana çatmalıdır?” sualını gündəmə gətirir.

Bəs təcili yardım çağırıldıqda briqada hansı müddət ərzində ünvana çatmalıdır və gecikmələrin əsas səbəbləri nələrdir?

Ttibb eksperti Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, təcili tibbi yardım sisteminin strukturu dəyişdirilməlidir:

“Ümumiyyətlə, biz Qərb təbabətinə keçmək istəyiriksə, burada bəzi məsələlər də ona uyğun öz əksini tapmalıdır. Təsəvvür edin, deyirsən ki, insanın qarnı ağrıyır, mədəsində ağrı var və yaxud yüngül bir şikayəti var və təcili yardıma zəng vurur. Təcili yardım Bakı şəhərində deyilənə görə 4 milyon, bəzi şayiələrə görə isə 6 milyona yaxın əhalinin yaşadığı bir şəhərə xidmət göstərir. Demək olar ki, ölkə əhalisinin böyük hissəsi Bakıda toplaşıb. Belə şəraitdə bir həkim nə qədər xəstəyə, çağırışa gedə bilər? Axı bu mümkün deyil. Yolların da vəziyyəti belədir”.

Ekspert bildirib ki, tıxac vaxtında sovet dövründə nəzərdə tutulan çağırışlar üçün yaradılmış stansiyaların və həkimlərin sayı indiki Bakı şəhərinin əhalisi üçün təxminən üç dəfə azdır:

“Bu kimi xırda şikayətlərin hamısını ailə həkimi həll etməlidir. Dünyanın hər yerində bunu ailə həkimi həll edir. Baş ağrısı, qarın ağrısı və ya hər hansı başqa şikayət, bir xəstəliyin kəskinləşməsi və sair hallarda ailə həkiminə müraciət edilir. Bunu mütləq sahə həkimləri də əvəz edə bilər. Bizdə sahə həkimi institutu dağıdılıb. İndi konkret situasiyalara gəldikdə isə ailə həkimi ürək-damar krizləri zamanı, insult və infarkt hallarında ilkin tibbi yardım göstərə bilər. Bu da xəstənin xəstəxanaya çatdırılmasına və orada lazımi yardım göstərilənədək vaxt qazandırmış olur”.

Adil Qeybulla bildirib ki, ailə həkimi digər ekstremal durumlarda da xəstələrə lazımi yardım göstərə bilər:

“Amma bizdə təcili yardım “hospitaldan xəstəyə” prinsipi ilə işləyir. Yəni daim çağırışlar olur, həkim gedir, bəzən çatmır və xəstə ilə konflikt yaranır”.

Ekspert vurğulayıb ki, xaricdə təxirəsalınmaz tibbi yardım sistemi “xəstədən hospitala” prinsipi ilə işləyir:

“Yəni müəyyən ağır situasiyada olan, travma alan, yıxılan, qanaxması olan və ya müxtəlif qəzalara məruz qalan şəxsləri dərhal vertolyot və digər vasitələrlə gəlib götürür və təcili xəstəxanaya aparırlar. Orada birbaşa ixtisaslaşdırılmış yardım göstərilir. Siz filmlərdə 911 xidmətini tez-tez görürsünüz. Onların çəkilişləri də yayımlanır. Biz belə bir təxirəsalınmaz yardım sistemi qurmalıyıq. Yoxsa hamı təcili yardımdan şikayətçidir. Təcili yardım istəsək də, istəməsək də, bu qədər əhalini mövcud resursları ilə tam təmin edə bilməz”.

Adil Qeybulla hesab edir ki, nəzərə almaq lazımdır ki, yollar da bərbaddır, təxirəsalınmaz yardım üçün yol problemi var:

“Avtobuslar bəzi yerlərdə, dar küçələrdə hərəkət edir. Müxtəlif ərazilərdə, hətta şəhər ətrafı bağlarda rayonlardan gəlib kütləvi şəkildə yaşayan insanlar var. Ünvanlar bəzən dəqiq olmur, naviqasiya dəqiq göstərmir və təxirəsalınmaz yardım gəlib ora vaxtında yetişə bilmir. Yəni onları qınamaq lazım deyil. O baxımdan mən düşünürəm ki, biz bütövlükdə səhiyyə sistemini yenidən təşkil etməliyik və elə təşkil etməliyik ki, xaricdəki kimi vətəndaşla həkim üz-üzə qalmasın”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “Sumqayıt” klubunun əsas kapitanı bəlli oldu
Next Post: Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib

Related Posts

  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət
  • Fikrət Zeynalov: “Səhiyyə və təhsil müəssisələri ilə yerli media arasında birbaşa dialoq və əməkdaşlıq gücləndirilməlidir” Cəmiyyət
  • Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti Cəmiyyət
  • Yaşları ilə bağlı narahatlıq qadınlarda qocalma prosesini sürətləndirir – Yeni tədqiqat Cəmiyyət
  • Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər – Pediatrdan XƏBƏRDARLIQ Cəmiyyət
  • Test Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI Təhsil
  • Azərbaycan XİN: “Rusiya tərəfindən izahat gözləyirik” Siyasət
  • 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu Dünya
  • İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib Ölkə
  • Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı Dünya
  • Bakı Metropolitenindən bloqerin şikayətinə cavab – “Xətdən qatar çıxarılmayıb” Cəmiyyət
  • Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır Siyasət
  • Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by