Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Casusluqda ittiham edilən Fransa vətəndaşının məhkəməsinə bəzi şahidlər məcburi gətiriləcək Dünya
  • İslam Maxaçev UFC-də ardıcıl 17-ci qələbəsini qazandı İdman
  • Azərbaycanda bu əməli törədənlər həbs ediləcək Kriminal
  • “Təşəbbüs Tbilisidən gəlməlidir” – Zaxarova Dünya
  • Bu qidalar böyrək daşı yaradır Maraqlı
  • Guía completa de bonos de bienvenida en casinos online Blog
  • Bakıda hansı sahələrdə 4 mindən çox maaş verilir? İqtisadiyyat
  • Neosurf vs Paysafecard: Which Voucher Deposit Method Suits Australian Punters? Blog

Başqa planetdən radiosiqnal qeydə alındı – Yadplanetlilər gəlir?

Posted on 27 Sentyabr 2026 By admin Şərh yoxdur Başqa planetdən radiosiqnal qeydə alındı – Yadplanetlilər gəlir?

Alimlər Günəş sistemindən kənarda yerləşən bir planetdən birbaşa gələn radiosiqnal qeydə aldıqlarını bildiriblər. Tədqiqatçılar bu siqnalı planetdəki qütb parıltısı ilə əlaqələndirirlər. Söhbət təbii hadisədən gedir və bu, yadplanetli həyatın aşkarlanması demək deyil.

“Science Alert” nəşri Harvard və Oreqon universitetlərinin tədqiqatçılarının araşdırması barədə məlumat yayıb.

Məqalədə bildirilir ki, əvvəllər başqa planet sistemlərindən gələn radiosiqnallar aşkarlansa da, onların mənbəyinin konkret bir planet olduğunu birmənalı müəyyənləşdirmək mümkün olmayıb. Yeni müşahidələrin isə birbaşa Beta Piktoris b planetindən gələn radioşüalanmanı göstərdiyi bildirilir.

Siqnal necə yaranır?

“arXiv” elmi ilkin nəşrlər platformasında yerləşdirilən araşdırmaya görə, siqnal planetdəki qütb parıltısı ilə bağlıdır. Bu hadisə elektrik yüklü zərrəciklərin planetin maqnit sahəsi və atmosferi ilə qarşılıqlı təsiri nəticəsində yaranır.

Yer kürəsində də müşahidə olunan qütb parıltısı zamanı enerji ayrılır. Alimlərin sözlərinə görə, bu hadisə ilə əlaqəli radioşüalanma Günəş sisteminin digər planetlərində və olduqca soyuq cırtdan ulduzlarda da qeydə alınıb.

Müşahidələr zamanı sürətli və təkrarlanan radioimpulslar, həmçinin davamlı radioşüalanma aşkarlanıb. Siqnallar 0,85-3,5 giqahers tezlik diapazonunda qeydə alınıb. Şüalanmanın dairəvi qütbləşmə adlanan xüsusiyyəti də güclü olub. Bu xüsusiyyət alimlərə siqnalın hansı fiziki proses nəticəsində yarandığını anlamağa kömək edir.

Müşahidələr Cənubi Afrikada aparılıb

Məlumata görə, siqnallar Cənubi Afrikadakı “MeerKAT” radioteleskoplar şəbəkəsi vasitəsilə 2025 və 2026-cı illərdə aparılan dörd müşahidə zamanı qeydə alınıb.

Tədqiqatçılar Yerdən təxminən 63,4 işıq ili uzaqlıqda yerləşən Beta Piktoris ulduz sistemini araşdırarkən qütb parıltısına xas radioşüalanma aşkarlayıblar. Onlar siqnalın mənbəyini həmin sistemdəki Beta Piktoris b planeti ilə əlaqələndiriblər.

Beta Piktoris Günəşdən daha böyük və isti ulduzdur. Onun quruluşu da Günəş tipli ulduzlardan fərqlənir.

Maqnit sahəsi Yerdəkindən min dəfə güclü ola bilər

Araşdırmaya əsasən, Beta Piktoris b planetinin çox güclü maqnit sahəsinə malik olduğu ehtimal edilir. Müşahidə məlumatları bu sahənin Yerin maqnit sahəsindən təxminən min dəfə güclü ola biləcəyini göstərir.

Tədqiqatçılar bunu qismən planetin sürətlə fırlanması ilə əlaqələndirirlər. Beta Piktoris b öz oxu ətrafında bir dövrəni təxminən 8-9 saata tamamlayır.

Alimlər növbəti mərhələdə eyni müşahidə üsulundan istifadə edərək digər ekzoplanetləri, yəni Günəş sistemindən kənardakı planetləri də araşdırmağı planlaşdırırlar.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: İsveçrə milli komandasında qalmaqal: Caka və Embolo saxta COVID sənədi bədəlini necə ödədilər
Next Post: İdman brendi Benzemadan imtina etdi

Related Posts

  • Dünyanın ən bahalı 5 yeməyi: beluqa kürüsü ilə 10 min avroluq pizza Maraqlı
  • Dahilik kodu: Bu 6 tarixdə doğulanlar üstün zəkaya malikdirlər Maraqlı
  • Avqustda pulu tükənməyəcək bürclər Maraqlı
  • Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı – SİYAHI Maraqlı
  • “Heç vaxt yaşaya bilməz” deyilən yerdə peyda oldu: Antarktidada böyük sürpriz Maraqlı
  • Bu üsulla qaraciyərinizdə olan bütün yağlar ƏRİYƏCƏK Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıda hansı sahələrdə 4 mindən çox maaş verilir? İqtisadiyyat
  • Daimi yorğunluğun səbəbi tapıldı – Qadınlarda daha çox rast gəlinir Cəmiyyət
  • UFC prezidentindən azərbaycanlı azarkeşlərə xüsusi çağırış – VİDEO İdman
  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal
  • Şəhid atası Arif Məmmədov: “Oğlumun ən böyük arzusu Azərbaycan torpaqlarını azad görmək idi” Cəmiyyət
  • Ceffri Epşteynin oxşarı sensasiya yaratdı Dünya
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by