Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq Təhsil
  • Quduzluq: vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır – həkim-infeksionist Şəfəq Kərimova ilə MÜSAHİBƏ Cəmiyyət
  • Mingəçevirdə yük maşını minik avtomobili ilə toqquşub, sürücü ölüb Hadisə
  • Sürücülər bu xidmətlərə “mygov”dan müraciət edə biləcəklər Cəmiyyət
  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət
  • Qué es el jackpot progresivo y cómo funciona Blog
  • Sabah Yardımlıda qaz olmayacaq Cəmiyyət
  • Günəşlidə evlərin ətrafında ilanlar peyda olub – VİDEO Cəmiyyət

Bakıda bu binalar plana düşdü

Posted on 14 Aprel 2026 By admin Şərh yoxdur Bakıda bu binalar plana düşdü

Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə başlanılır.

Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində istismar müddətini başa vurmuş və plana düşmüş, “mordovan” adlandırılan binaların sökülməsi nəzərdə tutulub.

Həmin ikimərtəbəli evlərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.

Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Söküntü işlərinin qəsəbənin infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, “mordovan” yaxud “qamışlıq” kimi tanınan binalar İkinci Dünya müharibədən sonra inşa edilib. Tikintidə qamışdan da geniş istifadə olunub. Bu evlərin bəziləri sonradan kənardan daşla üzlənərək müasir görkəm alsa da, daxili karkasları hələ də həmin dövrün yadigarı olan qamış bağlamalarından ibarətdir.

Xatırladaq ki, aprelin 5-6-da paytaxtda müşahidə olunan intensiv yağıntılar Keşlə qəsəbəsində bir sıra fəsadlara yol açıb. Qəsəbə ərazisində yerləşən Bakı dairəvi magistral kollektorunda suyun səviyyəsinin kəskin artması və R. Bağırov küçəsindəki magistral xətdə əvvəlcədən yaranmış çökmə nəticəsində drenaj-kanalizasiya sistemində yüklənmə baş verib. Relyef şəraiti ilə əlaqədar suyun səviyyəsi 1.2-1.5 metrə yüksəlib, nəticədə 31 fərdi yaşayış evinə su dolub.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Sumqayıtda DƏHŞƏT: qəbiristanlıqda gənc oğlanın meyiti tapıldı
Next Post: 9 yaşlı uşaq paltarsız və ac halda tapıldı: Atası və sevgilisi həbs olundu – Fransada

Related Posts

  • Günəşlidə evlərin ətrafında ilanlar peyda olub – VİDEO Cəmiyyət
  • Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir. Cəmiyyət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib Cəmiyyət
  • Elgiz Əkbərin yeni işi Cəmiyyət
  • Şiddət görüntüləri uşaqlara necə təsir edir? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq Ölkə
  • 27 sentyabr: müasir hərb tarixini dəyişən paradiqma Ölkə
  • Bu həftə hönkür-hönkür ağlayacaq BÜRCLƏR Cəmiyyət
  • Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu Hadisə
  • Ermənistandan Naxçıvana dəmir yolu ilə bağlı QƏRAR Siyasət
  • Azərbaycanda tanınmış musiqiçi VƏFAT ETDİ – FOTO Mədəniyyət
  • Nazir yeni rəis təyin etdi – FOTO Ölkə
  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub Kriminal

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by