Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK Ölkə
  • Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb Kriminal
  • Ağ Ev və Tehran razılığa gəlir – DETALLAR Siyasət
  • Tehran Vaşinqtondan kompensasiya tələb etdi – Şərtlər AÇIQLANDI Siyasət
  • Gecələr yata bilməyənlər bunu oxusun Maraqlı
  • Uçqun baş verən Lahıc-İsmayıllı yolunda SON VƏZİYYƏT Hadisə
  • Türkiyədə güclü zəlzələ oldu Dünya
  • Dünyanın ən xoşbəxt ölkəsi başqalarına da xoşbəxt olmağı öyrədəcək Dünya

Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət

Posted on 17 İyul 202617 İyul 2026 By admin Şərh yoxdur Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət

Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət Müsahibimiz:
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov

Qeyd: Növbəti müsahibimiz Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədovdur. Xatırladaq ki, Kamal Əhmədov Mingəçevirin ən fəal gənclərindən biri kimi tanınıb.

Esmira Hidayətova: Kamal müəllim, xoş gördük. Müsahibəmizə başlamazdan əvvəl sizi dinləyək.

Kamal Əhmədov: Çox sağ olun. Müsahibəyə başlamazdan əvvəl mətbuat nümayəndələrini Milli Mətbuatın 151-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizlərə ən xoş arzularımı çatdırır, bu şərəfli və məsuliyyətli işinizdə tükənməz enerji, yaradıcı uğurlar və cansağlığı arzulayıram. Cəmiyyətimizin məlumatlandırılmasında və inkişafında oynadığınız böyük rol çox dəyərlidir.

Esmira Hidayətova: Təşəkkür edirik. Keçək suallarımıza: Təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı xəbərlərin işıqlandırılmasında bölgə mətbuatının rolunu necə qiymətləndirirsiniz?

Kamal Əhmədov: Təhsil müəssisələrinin fəaliyyətinin işıqlandırılmasında bölgə mətbuatı həlledici və əvəzedici rola malikdir. Media ictimaiyyəti informasiya ilə yaxından tanış edir, təhsil və ya digər yenilikləri birbaşa valideynlərə çatdırır və regionlardakı təhsil problemlərinin həllinə ictimai diqqət çəkir. Amma etiraf etməliyəm ki, arada boşluqlar görürəm. Məndən heç bir media nümayəndəsi inciməsin, lakin bölgə mətbuatının fəaliyyətini zəif hesab edirəm. Təəssüf ki, cəmiyyətimizdə sosial şəbəkələr vastəsilə qeyri-professional formada əsası olmayan və ya araşdırılmayan məlumatlar paylaşılır və oxucular arasında mənfi fikir formalaşdırılır. Jurnalistikanın qızıl qaydası hadisəni birtərəfli deyil, hər iki tərəfin rəyini öyrənərək təqdim etməkdir. Bir tərəfin fikrinin öyrənilməsi obyektivliyi tamamilə itirir. Bu cür yanaşma həm təhsil müəssisəsinin nüfuzuna zərbə vurur, həm də cəmiyyətdə bölgə mətbuatına olan etibarı azaldır. Müasir jurnalistika nümayəndələrindən və öndə gedən onlayn media portallarından gözləntimiz, öz imkanlarından yararlanaraq oxucular arasında yayılmış məlumatların araşdırılması və insanlarda doğru fikrin formalaşmasına dəstək olmaqdır.
Esmira Hidayətova: Onlayn media ilə əməkdaşlıq tələbə və abituriyentlərin məlumatlandırılmasına hansı təsiri göstərir?

Kamal Əhmədov: Onlayn media ilə əməkdaşlıq tələbə və abituriyentlərin məlumatlandırılmasında həlledici rol oynayır desəm, yanılmaram. Bu, onlara imtahan qaydaları, ixtisas seçimi və yeniliklər barədə operativ, əlçatan və çevik məlumat əldə etməyə birbaşa kömək edir. Bizim kollecin də öz onlayn səhifəsi var, bütün məlumatlar orada yerləşdirilir və tələbələr yeniliklərdən operativ xəbərdar olurlar. Bu əlaqə gənclərin karyera qərarlarını daha məlumatlı şəkildə vermələrinə müsbət təsir göstərir.

Esmira Hidayətova: Region mediasının gənclərin maarifləndirilməsində rolunu necə görürsünüz?

Kamal Əhmədov: Region mediası yerli gənclərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq mövqeyinin inkişafında və regiondakı sosial proseslərə inteqrasiyasında əsaslı rol oynayır. Bu media vasitələri gəncləri yerli imkanlar, karyera perspektivləri və ictimai təşəbbüslər barədə məlumatlandırmaq üçün vacib bir körpüdür. Gənclərimizin milli ruhda, vətənpərvərlik və yüksək biliklərlə yetişməsini istərdim və region mediasının gənclərin maariflənməsində həmişə onların yanında olması daha məqsədəuyğun olardı.

Söhbətləşdi Esmira Hidayətova

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Fikrət Zeynalov: “Səhiyyə və təhsil müəssisələri ilə yerli media arasında birbaşa dialoq və əməkdaşlıq gücləndirilməlidir”
Next Post: MDU və Marmara Universiteti: Böyük tərəfdaşlıq, yeni üfüqlər

Related Posts

  • Telefon və kompüter gözünüzü necə zədələyir? – Mavi işığın təhlükələri Cəmiyyət
  • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib Cəmiyyət
  • Bakıda bu binalar plana düşdü Cəmiyyət
  • Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır Cəmiyyət
  • Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir. Cəmiyyət
  • MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Günəşdə güclü alışma baş verib Maraqlı
  • MM-də təklif: Bu, boşanmaların sayını azalda bilər  Ölkə
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • Avtomobil inəkləri vurub, aşdı – Xəsarət alanlar var Hadisə
  • “Məni istəməyəni bağışlaya bilmirəm” Mədəniyyət
  • Latviya Rusiyaya etiraz notası təqdim edib Siyasət
  • Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı Ölkə
  • DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq? İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by