Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI Cəmiyyət
  • Avropa Liqasında 1/4 finala yüksələn KOMANDALAR İdman
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Ölkə
  • İncəsənət məktəblərinə direktor seçimi bu ay başlayır Ölkə
  • WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Ölkə
  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət
  • Məşhur çimərliklərdə HƏYƏCAN TƏBİLİ: Zəhərli bakteriyalar aşkarlandı Dünya

Azərbaycanda ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar? – MƏBLƏĞ

Posted on 7 Mart 2026 By admin Şərh yoxdur Azərbaycanda ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar? – MƏBLƏĞ

Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda rolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Millət vəkili bildirib ki, Azərbaycanda qadınların ən çox çalışdığı sektor təhsildir:
“Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 147 nəfərdir. Onun 242 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Bu, eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından 1-i təhsil sferasında işləyir”.
Deputat vurğulayıb ki, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımın üstünlük verdiyi ikinci ən böyük sektordur:
“Ümumi payda 16.2 faiz ilə bu sferada 116 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Burada 95 566 qadın vətəndaşın əmək müqaviləsi qeydiyatdan keçib”.
V.Bayramov əlavə edib ki, qadınların orta aylıq əmək haqqısına gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir:
“Burada qadın işçilərin orta maaşı 2 915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşların orta aylıq maaşı gəlir 1 813 manatdır. Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamallayır: 1 353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda qadınların orta aylıq maaşı kişilərin orta əmək haqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir”.
Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Əczaçı milyonlarla insanın hər həftə yediyi “dünyanın ən təhlükəli məhsulu”nu açıqladı
Next Post: Vüsal Nəsirli onu özünə müşavir təyin etdi (FOTO)

Related Posts

  • Agentlik sədri şöbə müdirini işdən çıxardı – Yeni təyinat Cəmiyyət
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • Pirşağıda dənizdə batan şəxsin axtarışları davam etdirilir Cəmiyyət
  • Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb Cəmiyyət
  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət
  • Mingəçevirdə Şuşa fatehi Təbriz Cüməzadənin xatirəsinə həsr olunmuş genişmiqyaslı boks turniri keçirilib Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sakit okeanda zəlzələ baş verdi Dünya
  • Ramanada tarixi quyular zibilliyə çevrilib? – Sakinlərdən şikayət Ölkə
  • 5000 il yaşı olan bakteriya müasir antibiotiklərə davamlı çıxdı: Bu nə deməkdir? Dünya
  • Bu ərazilərdə işıq olmayacaq Ölkə
  • Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi Ölkə
  • “Ağ qorillaya oxşayırlar” – Plastik əməliyyatlılardan DANIŞDI Mədəniyyət
  • Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi Hadisə
  • Tramp İranın təklifini qəbul etdi? – Danışıqlarla bağlı son vəziyyət Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by