Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Benzinlə ehtiyasız davrandı, vəziyyəti ağırdır Hadisə
  • Bakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü Ölkə
  • Yer kürəsi 54 il fərqlə.. – FOTO Maraqlı
  • Ağıllı eynək böhranı böyüyür: “Meta” hesabları bağlamaq qərarına gəldi Dünya
  • Mingəçevirdə şəhid və qazi övladları ilə görüş keçirilib Cəmiyyət
  • WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb – FOTO Ölkə
  • “Beşiktaş” Medinanı transfer etmək istəyir İdman
  • Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub Siyasət

“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” – 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə

Posted on 26 Mart 2026 By admin Şərh yoxdur “Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” – 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə

Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub.
İstintaqla müəyyən edilib ki, Rəşad İsmayılov xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd edib.
Belə ki, Martın 8-i 2024-cü il tarixdə, saat 04:00 radələrində Rəşad yuxudan oyanıb ikinci dəfə ailə qurduğu Aynur Həsənovadan yemək istəyib. O isə Rəşada “biraz gözlə, səhər açılsın, yemək hazırlayım” deyib. Rəşad isə qışqıraraq “bu dəqiqə yemək hazırlamasan bu evdə qan tökəcəm” deyib. Arvadı Rəşadın xasiyyətini bildiyi üçün qorxudan saat 04:00-da qalxıb ona yemək hazırlamağa başlayıb. Sadəcə yemək biraz gec hazırlandığından Rəşad onun acığına uşaqlar yatan otağa keçib 6 yaşlı oğulluğu Nuranın baş və sinən nahiyələrinə yumruq – təpik zərbələri vurub. Artıq həmin vaxt uşaq tam şəkildə özündən gedib. Buna baxmayaraq, Rəşad uşağı sürüyüb çöl çıxarıb və orada da vurmağa davam edib. Həmin vaxtı qışqırıq səsinə oyanan onun ögey qızı 8 yaşlı Şəbnəm atalığının qardaşı Nuranı vəhşicəsinə döydüyünü görüb, sadəcə onun qorxusundan otaqda ağlayıb.
Aynur qışqararaq Rəşada deyib ki, uşaqdan əl çəksin, yoxsa qonşuları və polisi çağıracaq. Rəşad onun polis çağıracağından qorxaraq uşağı vurmağı dayandırıb.
Sonra uşaq qusmağa başlayıb və özündən gedib. Aynur oğlunu təcili həkimə aparaq deyəndə Rəşad isə “lazım deyil, qoy ölsün, bildirərik ki, pilləkəndən yıxılıb ölüb” deyib. Aynurun yalvarışından sonra Rəşad razılıq verib və taksi çağırıb uşağa xəstəxanaya aparıblar. Lakin Rəşad ona dəfələrlə “xəstəxanada deyirsən ki, uşaq pilləkəndan yıxılıb, əks halda səni və uşaqlarını öldürəcəm” deyib. Onlar uşağı taksi ilə xəstəxanaya aparıblar və həkimə Rəşadın dediyi kimi Nuranın guya pilləkəndən yıxılaraq özündən getdiyini deyiblər. Xəstəxanada uşaq əməliyyat olunub və buna baxmayaraq həmin gündən Nuran eşitmə, danışma, görmə, yerimə qabiliyyətlərini itirib və iflic vəziyətdə yataqda yatıb. Aynur Rəşadın qorxusundan 4 ay hər kəsdən uşağının döyülməsini gizlədib, onun yıxılaraq xəsarət aldığını deyib, lakin uşağın getdikcə ağırlaşdığını görüb məcbur olub 19 iyul 2024-cü il tarixdə hadisə barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə ərizə ilə müraciət edib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindaən keçirilən tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.
Bununla da, Rəşad İsmayılova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə  Rəşad İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Kriminal

Yazı naviqasiyası

Previous Post: Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
Next Post: Azərbaycan nefti ucuzlaşıb

Related Posts

  • Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanıldı Kriminal
  • Qadın boğularaq öldürüldü, qohumu saxlanıldı Kriminal
  • Nazirlikdə sürücü işləmək istədi, dələduzluğa məruz qaldı Kriminal
  • Polis Saatlıda əməliyyat keçirdi – Həbs edilənlər var – FOTO Kriminal
  • Azərbaycanda bu əməli törədənlər həbs ediləcək Kriminal
  • 50 mindən çox vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəkiyə 8 il həbs istənildi Kriminal

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb Ölkə
  • Azərbaycan və Tacikistan Baş nazirləri görüşdü – FOTO Siyasət
  • Su təsərrüfatının inkişafına verdiyi töhfəyə görə Fəxri Fərmanla təltif olundu Cəmiyyət
  • Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək İqtisadiyyat
  • Qolu azarkeşlərin yanında əyləşərək qeyd etdi – VİDEO İdman
  • Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır Ölkə
  • İşə qəbul üçün tələb olunan sənədlərin sayı artırılır  Cəmiyyət
  • “İmişli” “Kəpəz”ə, “Sumqayıt” “Qəbələ”yə qalib gəldi İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by