Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi” Dünya
  • ABŞ İranın Ali Rəhbərindən “yaşıl işıq” gözləyir – Axios Siyasət
  • Bölmə rəisi işdən çıxdı – Yeni vəzifəyə təyin olundu Ölkə
  • Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi Ölkə
  • Prezidentin sosial media hesablarında “SABAH.city” ilə bağlı video paylaşılıb Cəmiyyət
  • “Survivor”da ayağını itirən iştirakçının son halı – FOTO Hadisə
  • Sumqayıtda partlayış olub: xəsarət alanların vəziyyəti açıqlanıb Hadisə
  • Top Tips for Playing Progressive Jackpots in the UK Blog

Mingəçevirdə şəhid və qazi övladları ilə görüş keçirilib

Posted on 4 Sentyabr 2026 By admin Şərh yoxdur Mingəçevirdə şəhid və qazi övladları ilə görüş keçirilib

Sentyabrın 4-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni dərs olundə birinci sinfə qədəm qoyacaq şəhid və qazi övladları ilə görüşüb. Tədbirdə icra aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşları, birincilər — şəhid Emin Rüstəmzadənin övladı İnci Rüstəmzadə, şəhid Əvəz Paşayevin qızı Gülnaz Paşayeva, şəhid Rəşad Budaqovun övladı Milay Budaqova, qazilər – Rüstəm Ömərlinin qızı Elif Ömərli, Famil Məmmədovun oğlu Musa Məmmədov və onların valideynləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.


İlham İsmayılov torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə şücaət göstərən Vətən övladlarının xidmətlərindən söz açaraq şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən sonra torpaqlarımızın işğaldan azad olunduğunu, bu qələbədə əsgər və zabitlərimizin, şəhidlərin və qazilərin qəhrəmanlıqlar göstərdiyini qeyd edib.

 

Cənab Prezidentimizin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazi ailələrinə, onların övladlarına diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, hər il olduğu kimi bu il də Heydər Əliyev Fondu tərəfindən şəhid və qazi övladlarına hədiyyələr verilir. Cənab Prezidentimizin tapşırığı ilə yurdumuzun qəhrəman övladlarının ailələrinə, bizlərə əmanət qoyduqları övladlarına Mingəçevirdə də qayğı göstərilir.


İcra başçısı birincilərə xoş arzularını çatdıraraq deyib ki, əziz balalar, siz bu il orta məktəbə gedəcəksiniz. Arzu edirəm ki, yüksək təhsilinizlə valideynlərinizi sevindirəsiniz, ləyaqətli övlad olasınız. Bu gün sizlərlə görüşmək, təbrik etmək bizim üçün xoşdur. Sizin birinci vəzifəniz yaxşı oxumaq, öyrənməkdir. Hər birinizi, valideynlərinizi təbrik edir, uğurlar arzulayıram.


Görüşdə şəhid anası İranə Həsənova, Vətən müharbəsi qazisi Pərviz Məmmədov çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan söz açaraq minnətdarlıqlarını bildiriblər.
Sonda İlham İsmayılov birincilərə məktəb ləvazimatları və çanta hədiyyə edib, xatirə şəkilləri çəkdirilib.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb
Next Post: Fransada tarixin ən isti və quraq yayı: 100 min hektardan çox ərazi yandı

Related Posts

  • Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib. Cəmiyyət
  • Banklar şəxsi məlumatlarımızı niyə toplayır? Cəmiyyət
  • Penitensiar xidmətin rəisi vəzifəsindən azad olundu – YENİSİ TƏYİN EDİLDİ Cəmiyyət
  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi – FOTO Cəmiyyət
  • Təcili yardım niyə gecikir? – Ekspert səbəbləri açıqladı Cəmiyyət
  • Təzəpir məscidində bayram namazı qılınıb Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın Ölkə
  • Superkompüterdən yeni proqnoz – Dünya çempionu kim olacaq? İdman
  • Visa Einzahlung im Casino: Limits und Gebühren im Überblick Blog
  • Prezidentin mesajı: “BMT niyə 30 il susdu? Dəyişməlidir!” Siyasət
  • İran Ərbil hava limanına zərbə endirib Siyasət
  • Dünyanın ən ölümcül raketləri Dünya
  • Bakı-Moskva münasibətlərində yeni etimad mərhələsi Siyasət
  • Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by