Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib Ölkə
  • Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək Maraqlı
  • Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb Kriminal
  • Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır – BİRGƏ MƏLUMAT Ölkə
  • “Sea Breeze”dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK Cəmiyyət
  • ABŞ-nin nüvə planına Polşadan sərt cavab Siyasət
  • 10 sosial media fenomeni saxlanıldı Dünya
  • Qurbanov “Neftçi” ilə bir həftədə iki dəfə qarşılaşmaq qərarından danışdı – Video İdman

Azərbaycanda bu əməli törədənlər həbs ediləcək

Posted on 10 Aprel 2026 By admin Şərh yoxdur Azərbaycanda bu əməli törədənlər həbs ediləcək

Azərbaycanda təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlər etmə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Təxribat əməlin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq
Next Post: Bu sahədə layihələrə qrant veriləcək

Related Posts

  • Bakıda 31 kq narkotik aşkarlandı – VİDEO Kriminal
  • Bakıda cibgirlik edən şəxs saxlanıldı – Anbaan video Kriminal
  • 6 avtomobil və iki marketi talayan şəxs saxlanıldı Kriminal
  • Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi Kriminal
  • Qanunsuz saxlanılan avtomat və tüfəng aşkarlandı Kriminal
  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hövsanda qaz olmayacaq Ölkə
  • Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir Ölkə
  • “Qalatasaray”dan ayrıldı İdman
  • Axios: ABŞ ilə İran arasında danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçilik edir Siyasət
  • Azərbaycan Tacikistana qarşı – Canlı İdman
  • Şəhid anası qızına böyrəyini donor kimi bağışladı – FOTO Ölkə
  • Mingəçevirdə uzun illər məktəb direktoru olmuş Yaqub Babayev vəfat edib Cəmiyyət
  • “Gözümə gün düşdü” – Aşan avtobusun sürücüsü danışdı – VİDEO Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by