Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Əməkdar artist qızını PAYLAŞDI: “Həyatımın ən böyük imtahanı…” – FOTO Mədəniyyət
  • Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Siyasət
  • DİN-dən əməliyyat – Borcunu qaytarmayan 101 nəfər tutuldu Kriminal
  • Ana uşaqlarını dilənçilik üçün 1000 dollara satdı Dünya
  • Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər – FOTO Dünya
  • Dunkan Norman Azərbaycan xalqını təbrik edib Ölkə
  • ABŞ-nin Yaxın Şərq üçün növbəti planı nədir? – Amerika nəşri Siyasət
  • İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırıq – Pentaqon generalı Dünya

Azərbaycan və Tacikistan Baş nazirləri görüşdü – FOTO

Posted on 25 Sentyabr 2026 By admin Şərh yoxdur Azərbaycan və Tacikistan Baş nazirləri görüşdü – FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 25-də onun dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Dövlət başçıları İlham Əliyevin və Emoməli Rəhmonun siyasi iradəsinin və birgə səylərinin Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rol oynadığı qeyd olunub.

Ölkələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Qarşılıqlı ticarətdə müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Eyni zamanda ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb.

Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin, eləcə də Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forum formatının işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində mövcud olan əlverişli əməkdaşlıq imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.

Orta Dəhlizin Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutlarından biri kimi artan rolu, eləcə də Zəngəzur dəhlizinin regionun yeni nəqliyyat arxitekturasında yaratdığı əlavə imkanlar qeyd olunub.

Energetika sahəsində, xüsusilə bərpa olunan enerji istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəni-humanitar və təhsil sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Sazişin tələbələr üçün əlavə imkanlar yaratdığı bildirilib.

Hökumət başçıları Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

 

 

Siyasət

Yazı naviqasiyası

Previous Post: Bakıda güclü yanğın məhdudlaşdırılıb
Next Post: “Hansı əmr və ya tapşırıq alsalar da, bunu dəyişə bilməzlər” – Kobaxidze

Related Posts

  • Husilər ABŞ ilə müharibə etmək istəmir – Tramp Siyasət
  • Orban: Macarıstan Zelenskinin təhdidlərinə boyun əyməyəcək Siyasət
  • Aİ-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı müzakirə ediləcək Siyasət
  • ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi İran rəhbərliyini aylarla izləyibmiş – Sensasion iddia Siyasət
  • ABŞ Ukraynada sülhün əldə edilməsi üçün qırmızı xətləri açıqladı Siyasət
  • “Rəhbərlə bir gün”: Mingəçevər gəncləri İlham İsmayılovla görüşdü Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Uşaqlar və yeniyetmələr üçün təhlükəli saç prosedurları AÇIQLANDI Dünya
  • ABŞ-ın İrandakı itkiləri açıqlandı – 7 döyüş təyyarəsi Dünya
  • Retiros con Bizum en casinos: guía práctica para jugadores en España Blog
  • Ərdoğan komandasında ciddi dəyişikliklərə hazırlaşır Dünya
  • Daimi yorğunluğun səbəbi tapıldı – Qadınlarda daha çox rast gəlinir Cəmiyyət
  • “Veliaht” izləyicilərinə pis xəbər Mədəniyyət
  • Bakıda cibgirlik edən şəxs saxlanıldı – Anbaan video Kriminal
  • ABŞ-İran müharibəsi yenidən alovlanır: Tehrandan Ağ Evə xəbərdarlıq Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by