Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT Cəmiyyət
  • Prezidentin Zəfər parkını ziyarətinə dair PAYLAŞIM – VİDEO Ölkə
  • Moskvada mobil internet kəsilib Dünya
  • Pünhan Əlizadəyə yüksək vəzifə VERİLDİ Ölkə
  • Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb İqtisadiyyat
  • Azərbaycanda dövlət müəssisələri mənfəətindən dividend ödəməyə gələn ildən başlayacaq Cəmiyyət
  • Ağıllı eynək böhranı böyüyür: “Meta” hesabları bağlamaq qərarına gəldi Dünya
  • Bu ölkədə balıq yemək qadağan edildi Dünya

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub

Posted on 14 Sentyabr 2026 By admin Şərh yoxdur Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində “Altynken” qızıl mədəni və “Kyrgyzaltyn” şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib.
Nümayəndə heyəti Qırğızıstanın Çuy vilayətində yerləşən “Altynken” mədəninin fəaliyyəti, istehsalat infrastrukturu və qızıl hasilatının əsas mərhələləri ilə tanış olub. Mütəxəssislər filizin şaxta üsulu ilə karxanadan istehsal sahələrinə daşınması, emalı və digər texnoloji proseslər barədə məlumat veriblər. Bildirilib ki, “Altynken” qızıl mədəni Qırğızıstanın “Kyrgyzaltyn” şirkəti ilə Çinin iri mədənçilik korporasiyası “Zijin Mining” arasında yaradılmış birgə müəssisə tərəfindən 2016-cı ildən etibarən istismar olunur.
Səfər zamanı istehsal sahələrinə baxış keçirilib, filizin emalı texnologiyası, tətbiq olunan texniki həllər və sənaye təhlükəsizliyi standartları ilə tanışlıq olub. Tərəflər arasında mədən sənayesi, qızıl hasilatı və istehsal prosesləri üzrə təcrübə mübadiləsi aparılıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr keçirilib.
Daha sonra nümayəndə heyəti Kara-Balta şəhərində yerləşən affinaj zavoduna baş çəkib. Burada istehsal infrastrukturu və texnoloji proseslər, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, təhlükəsizlik standartları, eləcə də ekoloji və istehsalat tələbləri barədə məlumat verilib.
Qonaqlar qızıl külçələrin istehsal sahəsinə baxış keçirərək məhsulların hazırlanması prosesi ilə tanış olublar. Mütəxəssislər qızıl məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, həmçinin istehsal prosesinin əsas mərhələləri barədə məlumat veriblər.
Səfər çərçivəsində tərəflər qızıl sənayesində istehsal texnologiyalarının tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, səfər “AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında imzalanmış Memorandum çərçivəsində həyata keçirilib.
 

 

Siyasət

Yazı naviqasiyası

Previous Post: ABŞ-nin İranda şok əməliyyatı: Yaralı zabit belə xilas olunub – VİDEO 
Next Post: Ehtiyatlı olun, bu, ən zərərli çörək növüdür – HƏKİMDƏN XƏBƏRDARLIQ

Related Posts

  • Azərbaycan XİN: “Rusiya tərəfindən izahat gözləyirik” Siyasət
  • Husilər ABŞ ilə müharibə etmək istəmir – Tramp Siyasət
  • Bir əsgəri belə yoxdur: NATO-nun ordusuz yeganə üzvü müharibəyə necə hazırlaşır? Siyasət
  • Fars körfəzi ölkələri raket və PUA-ların hücumları barədə məlumat verib Siyasət
  • Media: ABŞ Hörmüzün blokadasına 15-dən çox hərbi gəmi cəlb edib Siyasət
  • YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan bu metaldan 25 milyon dollara yaxın vəsait qazanıb İqtisadiyyat
  • Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı Dünya
  • Azərbaycanda pensiya alanların sayı açıqlandı İqtisadiyyat
  • “Veliaht” izləyicilərinə pis xəbər Mədəniyyət
  • Mingəçevir Bələdiyyəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib Cəmiyyət
  • “TikTok” ABŞ-yə 400 milyon dollar ödəyəcək Dünya
  • Dunkan Norman Azərbaycan xalqını təbrik edib Ölkə
  • İnqilab Şirinli:”Biz mütləq öz kəndimizə qayıdacağıq” Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by