Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İdman
  • Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb Təhsil
  • İsrail İranda yeni hava hücumları dalğası başladıb Siyasət
  • “Hakimin səhvi bizi uduzdurdu” İdman
  • SEPAH İsraili ABŞ ilə danışıqları pozmağa cəhddə ittiham edir Siyasət
  • Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib Dünya
  • Beşinci qrup üzrə qəbul planına nə qədər yer ayrılıb? Təhsil
  • Niyə məhz Mingəçevir Dövlət Universiteti? — 12 SƏBƏB Təhsil

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanıldı

Posted on 5 İyun 2026 By admin Şərh yoxdur Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxsləri müəyyən edib.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyə daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı vəsaitlərinin oğurlandığını bildiriblər.

Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha iki nəfər 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta profillər yaradaraq, vətəndaşlara “aşağı faizli”, “sürətli” və “zaminsiz kredit” təklif ediblər.

Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarətinə keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, C.Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər, kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Netanyahunun olduğu qəsəbəyə PUA hücumu etdilər
Next Post: Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA

Related Posts

  • Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb Kriminal
  • Ötən gün 124 nəfər tutulub, 100-ü borca görə Kriminal
  • Azərbaycanda bu əməli törədənlər həbs ediləcək Kriminal
  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal
  • Soğan yükündən 25 kiloqram marixuana aşkarlandı  Kriminal
  • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş Kriminal

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq İdman
  • Günün qəhərmanı o oldu – VİDEO Dünya
  • “Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam” Dünya
  • Nahar fasiləsinə gedən qadın milyonçu kimi qayıtdı Dünya
  • “ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar” Siyasət
  • “Amerika seçkiləri saxtalaşdırılıb” – Tramp Dünya
  • ABŞ-nin İranda şok əməliyyatı: Yaralı zabit belə xilas olunub – VİDEO  Siyasət
  • Prezident bu memorandumu təsdiqlədi Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by