Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Paşinyandan “Artsax”la bağlı ermənilərə XƏBƏRDARLIQ: Tamaşanı dayandırın Dünya
  • Tərtərdə dəhşətli qəza: Maşın iki qadını vurub öldürdü Hadisə
  • Skuter sürənlərə XƏBƏRDARLIQ Cəmiyyət
  • “Nyukasl”la oyunun biletləri bu gün satışa çıxarılır İdman
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI Təhsil
  • Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər – “Bloomberg” İqtisadiyyat
  • Netanyahu növbədənkənar seçkilərə gedə bilər – KİV Dünya

MDU əməkdaşlarının sağlamlığı diqqət mərkəzində

Posted on 25 Fevral 202625 Fevral 2026 By admin Şərh yoxdur MDU əməkdaşlarının sağlamlığı diqqət mərkəzində

Mingəçevir Dövlət Universitetində sağlam həyat təşəbbüsləri genişləndirilir: Əməkdaşlar üçün kompleks tibbi müayinələr təşkil olunur

2026-cı il fevralın 25-də Mingəçevir Dövlət Universitetində əməkdaşların sağlamlığının qorunmasına və sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsü həyata keçirilməyə başlanılıb. Bu məqsədlə Mingəçevir şəhərində fəaliyyət göstərən Regional Hospital ilə əməkdaşlığa dair Anlaşma Müqaviləsi imzalanıb.

 

İmzalanmış anlaşma universitetin sosial yönümlü fəaliyyətlərin genişləndirilməsinə dair yeni strategiyasına uyğun olaraq əməkdaşların sağlamlığının qorunması, profilaktik tibbi müayinələrin təşkili və keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının artırılmasını nəzərdə tutur.

 

Əməkdaşlıq görüşündə Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev, Keyfiyyət təminatı və Akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov, İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə və protokol üzrə koordinator Zərifə Fərruxlu iştirak ediblər. Regional Hospitalı isə direktor Anar Məmmədov, kardioloq, tibb elmləri doktoru Novruz Həsənov, androloq, tibb elmləri namizədi Vaqif Hüseynov, operator-həkim, ümumi cərrah Kurtuluş Urgur, terapevt Nurlan Əliyev və digər həkimlər təmsil ediblər.

 

Anlaşma çərçivəsində Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə universitetin 50 əməkdaşı Regional Hospitalda kompleks profilaktik tibbi müayinə paketindən (full check-up müayinəsi) ödənişsiz istifadə edəcək. Müayinə proqramı əməkdaşların ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yönəlmiş tibbi analiz və diaqnostik xidmətləri əhatə edir.

 

Bununla yanaşı, əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetinin bütün əməkdaşları və tələbələri üçün Regional Hospitalda göstərilən tibbi xidmətlərə 20 faiz güzəşt tətbiq ediləcək. Bu imkan əməkdaşların tibbi xidmətlərdən daha əlçatan və sərfəli şəkildə yararlanmasına şərait yaradacaq.

 

Reallaşdırılan təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü Məqsəd – Sağlam həyatın təmin edilməsi və rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verir. Profilaktik tibbi müayinələrin təşkili əməkdaşların sağlamlığının erkən diaqnostikasına və qorunmasına xidmət edir.

 

 

Eyni zamanda, universitetlə səhiyyə müəssisəsi arasında qurulan əməkdaşlıq münasibətləri 17-ci Məqsəd – Məqsədlər naminə tərəfdaşlıq çərçivəsində institusional əlaqələrin genişləndirilməsinin nümunəsidir.

 

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində əməkdaşların sosial rifahının və sağlamlığının qorunmasına yönəlmiş sosial təşəbbüslərin universitetin inkişaf strategiyasına uyğun olaraq gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Həqiqət Şahmuradovanın Doğum Günüdür – Təhsil İşçilərinin Səmimi Təbriki
Next Post: Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər

Related Posts

  • Rektor Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır” Təhsil
  • Sabahdan lisey və gimnaziyalara qəbul başlayır Təhsil
  • Yeni mexanizm məktəblərə ayrılan resursların səmərəliliyini artıracaq – EKSPERTLƏR Təhsil
  • AzTU ilə MDU arasında mühəndislik təhsili və elmi-tədqiqat sahəsində əməkdaşlıq genişləndirilir Təhsil
  • Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək Təhsil
  • MDU və “Mingəçevir Tekstil” birgə elmi-tədqiqat və innovasiya layihələri həyata keçirəcək Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevirdə kommunal xidmətlərin gücləndirilməsi istiqamətində yeni texnika istifadəyə verildi Cəmiyyət
  • Ermənistanda keçmiş baş nazirin oğlu HƏBS EDİLDİ Dünya
  • Azərbaycan nefti cüzi bahalaşıb İqtisadiyyat
  • Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI Ölkə
  • Gənc qadın avtomobildə bıçaqlanaraq qətlə yetirildi Hadisə
  • Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşub: 11 nəfər ölüb, 10 nəfər yaralanıb Dünya
  • İsrail İranda yeni hava hücumları dalğası başladıb Siyasət
  • Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by