Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Moskva Tehrana məfxi raket texnologiyası ötürüb: ABŞ gəmilərinə qarşı yeni təhlükə Dünya
  • “Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm” Mədəniyyət
  • Tramp İranla bağlı razılaşmanı açıqladı Siyasət
  • Telefona cavab verməmək xarakteriniz barədə nə deyir? Maraqlı
  • Baş nazir qazla bağlı yeni qərar imzaladı Cəmiyyət
  • Fransa prezidenti Azərbaycan dilində paylaşım edib Dünya
  • Bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • Azərbaycanın xarici dövlət borcu bu qədərdir  İqtisadiyyat

Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər

Posted on 25 Fevral 202625 Fevral 2026 By admin Şərh yoxdur Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər

Mingəçevir şəhərində yerləşən Mingəçevir Milli Qəhrəman Natiq Qasımov adına 4 saylı tam orta məktəbdə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Bu gün Xocalı azaddır, Xocalı abaddır və Xocalı qurbanlarının ruhları şaddır” adlı anım tədbiri keçirilib.

Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Zaur Müseyibov çıxış edərək Xocalı qətliamından 34 il keçdiyini xatırladıb. O bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş ən ağır cinayətlərdən biridir:

“Bu dəhşətli hadisə hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunub. İllər keçsə də, Xocalı faciəsinin acısı və nəticələri heç vaxt unudulmayacaq.”

Direktor vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsi və məktəblərdə aparılan məqsədyönlü vətənpərvərlik tərbiyəsi işi gənc nəslin milli ruhda formalaşmasına, onların daha yetkin və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, məktəb Mingəçevir şəhərində ən çox şəhid vermiş təhsil ocaqlarından biridir – 13 məzunu şəhidlik zirvəsinə ucalıb. Məktəb adını daşıdığı Milli Qəhrəman Natiq Qasımovun qəhrəmanlıq yolunu daim örnək kimi təqdim edir.

Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyada şagirdlər Vətənə və doğma torpağa bağlılıqlarını şeirlər, səhnəciklər və təsirli çıxışlar vasitəsilə nümayiş etdiriblər. Balaca fidanların duyğulu və təsirli ifaları iştirakçıların qəlbini riqqətə gətirib və alqışlarla qarşılanıb.

Qeyd edək ki, tədbirin təşkilatçısı 3 “C” sinif müəllimi Aytən Salahovadır. Onun rəhbərliyi ilə ərsəyə gələn proqram yüksək səviyyədə hazırlanıb və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə şəhid ailələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Mingəçevir Yazıçılar Birliyinin üzvü, gənc yazar və şairə Nərmin Əliyeva iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və bu qanlı səhifə tariximizdə daim yaddaşlarda yaşayacaq.

Esmira Hidayətova Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: MDU əməkdaşlarının sağlamlığı diqqət mərkəzində
Next Post: No Deposit Casino Bonuses: Full UK Guide

Related Posts

  • Bərdədə xəstəxananın həyətində doğuş oldu Cəmiyyət
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb Cəmiyyət
  • 2026-cı ildə bir həftə gecikən xəbər media sayıla bilərmi? – Rəqəmsal əsrdə köhnə qəzetçilik modeli çıxılmaz vəziyyətdədir Cəmiyyət
  • Sabah Yardımlıda qaz olmayacaq Cəmiyyət
  • Mingəçevir İES MMC-nin direktoru Təhmasib Hüseynovun doğum günüdür Cəmiyyət
  • Agentlik sədri şöbə müdirini işdən çıxardı – Yeni təyinat Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Uzak Şehir”də sürpriz ayrılıq – FOTO Mədəniyyət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • Bakıda DƏHŞƏTLİ YANĞIN – Ölən var – VİDEO Hadisə
  • Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat
  • UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub İdman
  • 100 milyonluq Arda Gülərlə bağlı maraqlı FAKT İdman
  • Pulunu ala bilməyən usta hördüyü divarı dağıtdı – VİDEO Cəmiyyət
  • Leysan yağacaq – SABAHIN HAVASI Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by