Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır Dünya
  • Qrizman “Atletiko Madrid”i bu kluba dəyişir İdman
  • Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir Siyasət
  • Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edildi – YENİ TƏYİNAT Ölkə
  • Azərbaycan bu metaldan 25 milyon dollara yaxın vəsait qazanıb İqtisadiyyat
  • Mingəçevir İES MMC-nin direktoru Təhmasib Hüseynovun doğum günüdür Cəmiyyət
  • FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb Ölkə
  • WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Ölkə

MDU və “Mingəçevir Tekstil” birgə elmi-tədqiqat və innovasiya layihələri həyata keçirəcək

Posted on 28 Sentyabr 202628 Sentyabr 2026 By admin Şərh yoxdur MDU və “Mingəçevir Tekstil” birgə elmi-tədqiqat və innovasiya layihələri həyata keçirəcək

Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
28 sentyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Görüş zamanı universitet ilə onun nəzdində fəaliyyət göstərən Dayanıqlı Enerji və Mühəndislik Sistemləri Tədqiqat İnstitutu arasında mövcud və perspektiv əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, eləcə də qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları ətraflı müzakirə edilmişdir.
Müzakirələr çərçivəsində “Mingəçevir Tekstil” MMC sənayesinin ehtiyaclarını və fəaliyyət istiqamətlərini əks etdirən tətbiqyönümlü elmi-tədqiqatların aparılması, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və elmi nəticələrin real istehsalat mühitinə inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilmişdir. Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi MDU-da “Mingəçevir Tekstil” MMC -nin fəaliyyət sahələrini əks etdirən müasir laboratoriyanın yaradılması məsələsi nəzərdən keçirilmişdir.

Laboratoriyanın tələbələrin praktiki hazırlığının gücləndirilməsi, tətbiqi tədqiqatların aparılması, yeni texnologiyaların öyrənilməsi və universitet-sənaye əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.
Bununla yanaşı, birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, magistrantların dissertasiya mövzularının “Mingəçevir Tekstil” MMC sənayesinin aktual problemləri və texnoloji ehtiyacları əsasında müəyyənləşdirilməsi, tələbələrin şirkətin istehsalat və texnoloji mühitində təcrübə və praktiki hazırlıq keçmələrinin təşkili imkanları müzakirə edilmişdir. Tərəflər əməkdaşlığın yalnız təhsil və təcrübə mübadiləsi ilə məhdudlaşmaması, eyni zamanda tətbiqi elmi-tədqiqat, innovasiya, texnologiya transferi və sənaye problemlərinin elmi əsaslarla həllinə yönəldilməsi barədə razılığa gəlmişlər.


Bu əməkdaşlığın MDU-da sənaye yönümlü tədqiqatların inkişafına, tələbələrin əmək bazarının tələblərinə uyğun praktiki və peşəkar kompetensiyalarının formalaşdırılmasına, eləcə də universitet–sənaye–tədqiqat institutu əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.


5 il müddətinə qüvvədə olacaq Memorandum MDU ilə sənaye sektoru arasında uzunmüddətli əməkdaşlığın inkişafına və tələbələrin müasir əmək bazarının tələblərinə uyğun praktiki hazırlığının gücləndirilməsinə xidmət edəcək.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Errores comunes al jugar tragaperras online en España
Next Post: İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə – VİDEO

Related Posts

  • Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək Təhsil
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: Bu qaydaların tətbiqi dini dəyərlərə qarşı yönəlməyib Təhsil
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Beynəlxalq uğurların arxasında dayanan əzm və məqsədyönlü fəaliyyət Təhsil
  • İyunun 14-də “Son zəng” olmayacaq Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dövlət şirkətləri rəqabətli bazar modelinə keçəcək – Agentlik sədi İqtisadiyyat
  • Bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • Neftimizin qiyməti 94 dolları keçdi İqtisadiyyat
  • “Bölgə.az” xəbər portalından Esmira Hidayətovaya 8 Mart təbriki Cəmiyyət
  • Hamiləlik iddialarına cavab vermədi, konsertlərini ləğv etdi Mədəniyyət
  • Direktor işdən çıxarıldı – YENİ TƏYİNAT Ölkə
  • İzləyicilərinin qarşısında rəqəmsal maska ​​​​taxdı: yayım zamanı əsl siması ortaya çıxdı və… Dünya
  • Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by